Ali Məqamlı Rəhbərin informasiya bloku

Fiqh və şəri hökmlər

Əzadarlığın hökmləri
Əzadarlığın hökmləri
Ümumiyyətlə, məddahlıq və mərsiyəxanlıq ğina şəklində və günah məclislərinə xas olan bir şəkildə olmamalıdır. Həmçinin ürfə görə, Əhli-beytin (ə) məclislərinə uyğun olmayan bir şəkildə olmamalıdır.
Əzadarlığın hökmləri
Əzadarlığın hökmləri
Ələm və bayraq qaldırmağın öz-özlüyündə maneəsi yoxdur. Amma bu işlər dindən hesab olunmamalıdır. Bunu da qeyd edək ki, Əhli-beyt (ə) üçün nəzir verməyin, qurban kəsməyin və bunları fəqirlərə, əzadarlara sərf etməyin iradı yoxdur.
Qadının bəzənməsi
Qadının bəzənməsi
Qadın ürfə görə, yəni insanların nəzərində zinət və bəzək sayılan hər bir şeyi naməhrəm kişilərin qarşısında tam şəkildə örtməlidir.
Hicab
Hicab
Üz və biləyədək əllər istisna olmaqla, qadına naməhrəm kişi qarşısında bütün bədənini örtməsi vacibdir. Hicaba riayət etməmək böyük günahlardandır.
Qadının geyimi
Qadının geyimi
Ümumiyyətlə, qadının rəng, model və ya tərz baxımından naməhrəmin diqqətini çəkən, yaxud fəsada və günaha zəmin yaradan geyimlər geyinməsinə icazə verilmir.
Kişinin geyimi
Kişinin geyimi
İslam dinində kişinin geyimi barəsində müəyyən bir tərz və model göstərilməyibdir. Sadəcə fəsada səbəb olmayan və ya qərbin azğın mədəniyyətinin təbliği sayılmayan geyimlər geyinməlidir.
Şəvval ayının əvvəlinin təyin edilməsi
Şəvval ayının əvvəlinin təyin edilməsi
İranda 2024-cü il 10 aprel çərşənbə günü şəvval ayının 1-i və mübarək Fitr bayramı elan olunduğu təqdirdə, aşağıda adı çəkilən ölkələr və məntəqələr bu elana müvafiq şəkildə əməl etməlidirlər.
Orucun və mübarək Ramazan ayının bir sıra hökmləri
Orucun və mübarək Ramazan ayının bir sıra hökmləri
Müstəhəbdir ki, oruc tutan şəxs iftar etməmişdən qabaq məğrib namazını qılsın. Amma əgər kimsə onu süfrə başında gözləyirsə, yaxud özü çox ac olduğuna görə namazı hüzuri-qəlb ilə qıla bilməyəcəkdirsə, yaxşı olar ki, o, əvvəlcə iftar etsin. İmkan daxilində də namazı fəzilətli vaxtında qılsın.
Orucun vacib olmadığı şəxslər
Orucun vacib olmadığı şəxslər
Əgər oruc tutmaq qoca kişiyə və ya qadına olduqca çətin və əziyyətlidirsə, onlara oruc tutmaq vacib olmur. Onlar hər gün üçün bir müdd təam fəqirə verməlidirlər.
Müsafir orucunun hökmləri
Müsafir orucunun hökmləri
Ramazan ayında səfər etməyə, hətta orucdan yayınmaq məqsədilə olsa belə, icazə verilir. Amma səfər etməmək daha yaxşıdır. Yaxşı və ya lazımlı bir iş üçün səfər etmək isə istisna təşkil edir.
Təxir kəffarəsi
Təxir kəffarəsi
Təxir kəffarəsi bir müdd təamdır, yəni 750 qram buğda, un, çörək, düyü və bu kimi ərzaqlardır və fəqirə verilməlidir.

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər