
Xəbərlər


Ali Məqamlı Rəhbər ehtiyaclı məhbusların azadlığa çıxması üçün pul ayırdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan 28-ci Qolrizan bayramı ilə əlaqədar olaraq, Allah-taalanın da bəyəndiyi bu xeyirxah əmələ qatılaraq, ehtiyaclı məhbusların azadlığa qovuşması üçün 1 milyard 500 milyon rial məbləğində maliyyə yardımı ayırmışdır.

Ali Məqamlı Rəhbər xeyriyyə aksiyasında iştirak etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Ehsan və Xeyriyyəçilik Günü ərəfəsində “İmdad, İmam Xomeyni (r.ə)!” Təşkilatının himayəsi altında olan insanlara və ehtiyaclı ailələrə yardım məqsədilə 500 milyon rial ianə ayırmışdır.

Ali Məqamlı Rəhbər ehtiyaclı məhbusların azadlığa buraxılması üçün 1 milyard 500 milyon rial pul ayırdı
Ehtiyaclı məhbusların azadlığa qovuşması üçün ölkədə 26-cı dəfə qeyd olunan Qolrizan festivalı ilə əlaqədar olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Allahın bəyəndiyi bu xeyirli iş üçün 1 milyard 500 milyon rial məbləğində maddi vəsait ayırdı.

Ali Məqamlı Rəhbər yoxsul şagirdlərə 250 milyon rial hədiyyə etdi
Nəcib İran xalqının orta məktəblərdə təhsil alan yoxsul şagirdlərə yardımlar toplamaqla ölkədə Sevgi və mərhəmət bayramını qeyd etdiyi bu günlərdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei də 250 milyon rial məbləğində pul yardımı ilə bu xeyir işə qatıldı.

Ali Məqamlı Rəhbər xeyriyyə aksiyasına qoşuldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Xeyriyyəçilik bayramı ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına İmdad Komitəsinin himayəsi altında olan insanlara və ehtiyaclı ailələrə yardım məqsədilə 200 milyon rial məbləğində vəsait ayırdı. Vəsait komitənin İran Milli Bankı nəzdindəki 3333 saylı hesabına köçürüldü.

Ali Məqamlı Rəhbər Somalidə quraqlıqdan əziyyət çəkən əhaliyə maddi yardım etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Somaliyə üz vermiş insan faciəsinin ardınca bu ölkədə quraqlıqdan əziyyət çəkən əhaliyə 200 milyon rial məbləğində yardım etdi. Qeyd olunan məbləğ İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin İran Milli Bankı nəzdindəki 99999 saylı hesabına köçürülüb.
