Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər yeni təyinatlar haqda 2 sərəncam imzaladı
Ali Məqamlı Rəhbər yeni təyinatlar haqda 2 sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 91-ci maddəsinə istinadən, həzrət ayətullahlar: cənab Hacı Şeyx Məhəmməd Mömin, Hacı Şeyx Məhəmməd Yəzdi və Hacı Seyid Mahmud Haşimi Şahrudinin Keşikçi Şuraya üzvlüyünün davam etdirilməsi barədə sərəncam imzaladı. Həmçinin Ali Məqamlı Rəhbər imzaladığı başqa bir sərəncamla Höccətül-İslam Hacı Şeyx Mehdi Şəbzendedarı Keşikçi Şuranın yeni fəqih üzvü təyin etdi.
Ali Məqamlı Rəhbər milli istehsal, İran insanının əməyinin və sərmayəsinin himayəsi ilə bağlı ümumi siyasətləri elan etdi
Ali Məqamlı Rəhbər milli istehsal, İran insanının əməyinin və sərmayəsinin himayəsi ilə bağlı ümumi siyasətləri elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinin icrasına müvafiq olaraq, Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra milli istehsal, İran insanının əməyinin və sərmayəsinin himayəsi ilə bağlı müəyyən olunmuş başlıca siyasətləri elan edərək bildirdi ki, hökumət kabineti bu siyasətlərin mümkün olan tez bir zamanda reallaşmasını sürətləndirməli, bu sahədə əsas təlimatları verməli və tələb olunan hüquqi proseduraların həyata keçirilməsini təmin etməlidir.
Ali Məqamlı Rəhbər İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının yeni baş katibini təyin etdi
Ali Məqamlı Rəhbər İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının yeni baş katibini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Mohsen Ərakinin İslam Məzhəblərini Yaxınlaşdırma təşkilatının baş katibi, Höccətül-İslam vəl-muslimin Məhəmmədəli Təsxirinin isə Ali Məqamlı Rəhbərliyin İslam dünyasının işləri üzrə ali müşaviri vəzifəsinə təyin olunmaları ilə bağlı sərəncam imzaladı.
Ali Məqamlı Rəhbər yeni yaradılmış şuranın sədri və üzvlərini təyin etdi
Ali Məqamlı Rəhbər yeni yaradılmış şuranın sədri və üzvlərini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Seyid Mahmud Haşimi Şahrudinin Üçlü Hakimiyyət Qüvvələri Arasındakı İxtilafları Həll Edən və Əlaqələri Tənzimləyən Şuranın sədri vəzifəsinə təyin olunması haqda sərəncam imzaladı. Sözügedən şura Konstitusiyanın 110-cu maddəsinin 7-ci bəndinin icrası üzrə təşkil olunmuşdur.
Ali Məqamlı Rəhbər məşğulluğun ümumi siyasətlərini elan etdi
Ali Məqamlı Rəhbər məşğulluğun ümumi siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra ölkə üçün ümumi olan məşğulluq siyasətlərini elan etdi.
Üçlü hakimiyyət qüvvələri başçılarına, Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın sədrinə və Keşikçi Şuranın katibinə elan olunmuş məşğulluq siyasətlərinin mətni:
Ali Məqamlı Rəhbər Mədəni İnqilab Ali Şurasının yeni tərkibini müəyyən etdi
Ali Məqamlı Rəhbər Mədəni İnqilab Ali Şurasının yeni tərkibini müəyyən etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mədəni İnqilab Ali Şurasının yeni mərhələ üçün tərkibinin müəyyən olunması barədə sərəncam imzaladı.
Sərəncamın tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Mədəni İnqilab Ali Şurasının hazırkı üzvlərinin səlahiyyət müddətinin başa çatdığını nəzərə alaraq aşağıda adları sadalanan hüquqi və fiziki şəxsləri şuranın yeni mərhələ üçün həqiqi üzləri, Ayətullah Əhməd Cənnəti və Dr. Həsən Həbibini isə fəxri üzləri təyin edirəm:
Ali Məqamlı Rəhbər Ərəbistanın şiə alimlərindən olan Əllamə Şeyx Məhəmmədəli Ömərinin vəfatı ilə əlaqədar, 2 nümayəndəsini Mədinə şəhərinə göndərdi
Ali Məqamlı Rəhbər Ərəbistanın şiə alimlərindən olan Əllamə Şeyx Məhəmmədəli Ömərinin vəfatı ilə əlaqədar, 2 nümayəndəsini Mədinə şəhərinə göndərdi
Ərəbistanın şiə alimlərindən olan Əllamə Şeyx Məhəmmədəli Ömərinin vəfatı ilə əlaqədar olaraq, Ayətullah Cənnəti və Höccətül-İslam Mərvi Ali Məqamlı Rəhbərliyin başsağlığı diləklərini Əllamə Ömərinin ailə üzvlərinə çatdırmaq və matəm mərasimində iştirak etmək üçün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən Mədinə şəhərinə ezam olundular.

Seçilmiş ünvanlar