Tehran Şəhər Cümə Namazı Qərargahı bu barədə verdiyi məlumatda geniş xalq kütləsini bu həftə Tehran Universitetində qılınacaq cümə namazında iştirak etməyə dəvət edərək təkidlə bildirmişdir: “Bu həftə qəlbi Allah sorağında olan mömin insanların cümə namazında izdihamlı iştirakı birlik və həmrəyliyin, imam Xomeyni (r.ə) amalları ilə yenidən əhd-peyman bağlamanın, həmçinin müsəlmanların Ali Məqamlı Rəhbəri olan Həzrət Ayətullah Xameneinin rəhbərliyini səmimi-qəlbdən qəbul etmənin ən gözəl təzahürü olacaq”.
Bu gün axşam ölkə prezidentliyinə onuncu seçkilərin 4 namizədinin qərargah nümayəndələri İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşmüşlər. Dostluq və səmimiyyət şəraitində keçən bu görüşdə namizədlər ölkədə baş tutmuş prezident seçkiləri və bununla əlaqədar məsələlərlə bağlı öz fikirlərini birbaşa və açıq-aşkar söylədilər, həmçinin aidiyyətli orqanlarda çalışan məsul şəxslər müəyyən məsələlərə aydınlıq gətirdilər.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün iki aləmin seçilmiş xanımı Həzrət Siddiqeyi-Tahirənin (s.ə) və onun şərəfli övladı imam Xomeyninin (r.ə) mübarək doğum gününə həsr edilmiş mərasimdə onuncu prezident seçkilərini İlahi bir möcüzə adlandırdı.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei respublikada baş tutan onuncu prezident seçkisinin və Xubriqan Məclisinin yarımmərhələ etapının ilk dəqiqələrində imam Xomeyni (r.ə) adına hüseyniyyədə 110 saylı seçki qutusunun qoyulduğu yerə gələrək səs vermişdir.
İki aləmin seçilmiş xanımı, Siddiqeyi-Tahirə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhid olduğu gecə imam Xomeyni (r.ə) adına hüseyniyyə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, habelə xalqın müxtəlif təbəqələrinin və dövlət nümayəndələrinin iştirakı ilə keçirilən Ummul-əimmənin xatirəsinə həsr edilmiş hüzn və kədərlə dolu əza mərasiminin şahidi oldu.
Dünya şiələrinin dünyadan köçmüş mərceyi-təqlidi, ruhani alim, dəyərli və möhtərəm fəqih, ziyalı arif Ayətullahul-üzma Behcətin nəcib ruhuna Allah-Taaladan rəhmət diləmək, onun əziz xatirəsini anmaq məqsədilə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən bu gün səhər imam Xomeyni (r.ə) hüseyniyyəsində İslam İnqilabı Rəhbərinin şəxsən özünün iştirakı ilə mərasim keçirildi.
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün axşam Kürdüstan məntəqəsində yerləşən hərbi qüvvələrin keçirdiyi birgə hərbi tədbirdə “təhlükəsizliyin müdafiəsi və xalqın asayiş şəraitində yaşayışının təmin edilməsi”ni İran İslam Respublikasının Silahlı Qüvvələrinin varlığının fəlsəfəsi adlandırdı. Ali Baş Komandan xalqın, xüsusilə də hərbi qüvvələrin daimi hazırlığının gücləndirilməsini İran xalqının nüfuzunun və böyüklüyünün qorunub-saxlanmasının mühüm amili hesab etdiyini bildirdi.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün imam Hüseyn (ə) adına Müdafiə Təlimi və Zabitlər Universitetinin məzunları üçün təşkil olunmuş buraxılış mərasimində təkidlə dedi: “Yalnız elm, cihad, iman və güclü iradə konkret fərdlərin simasında cəmləşib möhkəmləndikdə elə şəxsiyyətlər formalaşa bilər ki, dünya həmin şəxsiyyətlərin fəaliyyətinə arxalanaraq öz gələcəyindən əmin ola bilər”.
İran İslam Respublikasının banisi Həzrət imam Xomeyninin (r.ə) mərhum həyat yoldaşı xanım Səqəfinin xatirəsini yad etmək və ruhuna dualar oxumaq üçün bu gün İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Xomeyni (r.ə) adına hüseyniyyədə mərasim təşkil edildi.
İran İslam İnqilabının banisi Həzrət imam Xomeyninin (r.ə) həyat yoldaşının cənazə namazı Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Tehran Universitetində təşkil olundu.
İmam Xomeyninin (r.ə) həyat yoldaşının vəfatı ilə əlaqədar İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən təşkil olunan anım mərasimi bazar günü keçiriləcək.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabının banisi olan imam Xomeyninin (r.ə) mübarək məqbərəsində Hacı Seyid Əhməd Xomeyninin vəfatının14-cü ildönümü münasibətilə təşkil olunmuş mərasimdə iştirak etmişdir.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei verdiyi fərmanla cənab Hüccətul-İslam Şeyx Qulaməli Səfayini Buşəhr ostanının İmam-cüməsi və Vəliyyi-fəqihin həmin ostan üzrə nümayəndəsi təyin etmişdir.
İslam İnqilabının 30-cu ildönümü ərəfəsində “Əyyamullah”dan – “Allah günləri”ndən olan “Fəcr ongünlüyü”nün birinci günü və mərhum imam Xomeyninin (r.ə) İrana –İslam torpağına gəlişinin ildönümü münasibətilə bu gün səhər İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Xomeyni məqbərəsini ziyarət etmiş və İİR-nın banisinin yüksək məqamını «Fatihə» surəsini oxumaqla əziz tutmuşdur.
Aşura axşamı İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Hüseyn (ə) və onun vəfalı dostları üçün əzadarlıq mərasimi keçirildi.
İslam İnqilabının Rəhbəri ölkənin silahlı qüvvələrini İslam prinsiplərinin fədakarları adlandırıblar. Həzrət Ayətullah Xamenei bazar günü Tehranda İİR silahlı qüvvələri hərbi məktəblərinin tələbələrinə aid andiçmə və hərbi rütbələrin verilməsi mərasimində silahlı qüvvələri ölkənin möhkəm hasarı adlandıraraq vurğulayıblar: İran xalqı silahlı qüvvələrin tərəfdarıdır və onları özlərinin ayrılmaz parçası bilir.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən bu gün əsr vaxtı Tehranın imam Xomeyni (r.ə) adına müsəllasında (camaat namazı qılmaq üçün böyük sahə) qurulan XVI Beynəlxalq Qurani-Kərim Sərgisinə iki saat müddətində baxış keçirilmişdir.