
Xəbərlər


İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1395-ci hicri-şəmsi ilinin gəlişi ilə İran xalqını təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1395-ci hicri-şəmsi ilinin gəlişi ilə əlaqədar İran xalqına ünvanladığı təbrik mesajında bütün həmvətənlərini, xüsusilə də möhtərəm şəhid ailələrini və müharibə veteranlarını yeni ilin gəlişi və Novruz bayramı münasibətilə təbrik edir, şəhidlərin və dahi lider İmam Xomeyninin (r.ə) xatirəsini yad edərək yeni ili “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” ili elan etdiyini bildirir.

Ali Məqamlı Rəhbərin seçkidə möhtəşəm şəkildə iştirak etmiş İran xalqına təşəkkür mesajı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dövlətinin çağırışına ləbbeyk deyərək böyük əzm və yaddaşlarda uzun müddət qalacaq bir ruh yüksəkliyi ilə dinə əsaslanan xalq hakimiyyətini öz timsalında dünya ictimaiyyətinə nümayiş etdirmiş müdrik və qətiyyətli İran xalqına ünvanladığı mesajda ölkə əhalisinə təşəkkürünü bildirdi.

Ali Məqamlı Rəhbər general-mayor Səliminin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei mömin və təəssübkeş hərbçi, general-mayor Səliminin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər 24-cü Ümummilli Namaz Qurultayına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 24-cü Ümummilli Namaz Qurultayına ünvanladığı müraciətdə namazın cəmiyyətdə təbliği və yayılmasında hər kəsin məsuliyyət daşıdığını vurğulayıb.
Ali Məqamlı Rəhbər Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına etdiyi müraciətdə qeyd edir ki, düşmən cəbhəsinin müsəlman İranına qarşı tətbiq etdiyi məkrli planları neytrallaşdırmağın yeganə yolu bütün iranlı tələbə və gənclərin sarsılmaz əzmlə, ardıcıl şəkildə çalışmasıdır.

Ali Məqamlı Rəhbər Höccətül-İslam Hacı Şeyx Əbdülcavad Qərəviyanın vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Hacı Şeyx Əbdülcavad Qərəviyanın vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Şücainin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əxlaq və irfan alimi Höccətül-İslam vəl-muslimin Şücainin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər fiqh mövzusunda xüsusi mühazirə kursunun toplantısında Ərbəin yürüşü ilə bağlı dəyərli fikirlər səsləndirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fiqh mövzusunda xüsusi mühazirə kursunun bu gün (bazar ertəsi) səhər keçirilən toplantısında misilsiz bir təzahür, möhtəşəm və dolğun mənalı bir hərəkat olan Ərbəin yürüşünün həmişəyaşar savab olduğunu bildirdi.

Ali Məqamlı Rəhbər Qərb ölkələrinin gəncliyinə ikinci məktubla müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qərb ölkələrindəki gənclərə ünvanladığı ikinci məktubda Fransada baş vermiş acı terror olaylarının həmrəylik üçün zəmin yaratdığını qeyd edir.

Ali Məqamlı Rəhbər dövlətin əsas ekoloji siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin icrasına müvafiq olaraq, hakimiyyətin 3 qolunun başçılarına ünvanladığı məktubda dövlətin başlıca ekoloji siyasətlərini elan etmişdir.

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Şeyx Məhəmmədhüseyn Sibəveyhin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müttəqi alim, mərhum Höccətül-İslam vəl-muslimin Şeyx Məhəmmədhüseyn Sibəveyhin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər Birgə Müştərək Tədbirlər Planının icrası ilə bağlı ölkə başçısına məktub yazdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və Milli Təhlükəsizlik Ali Şurasının sədri cənab Həsən Ruhaniyə ünvanladığı məktubda Birgə Müştərək Tədbirlər Planının İslami Şura Məclisi və Milli Təhlükəsizlik Ali Şurasında dəqiqlik və məsuliyyətlə araşdırıldığına, sözügedən razılaşmanın lazımi hüquqi prosedurlardan keçdiyinə toxunaraq ölkənin və xalqın ali mənafeyinin təmin olunması və qorunması ilə bağlı mühüm tapşırıqlar vermişdir.

Ali Rəhbərlik Məqamı Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi elan yaydı
Ali Rəhbərlik Məqamı Baş İdarəsinin bəzi rəsmilərinin “Birgə Müştərək Tədbirlər Proqramının icrasında İran İslam Respublikası dövlətinin müvafiq və qarşılıqlı fəaliyyəti” layihəsinin ratifikasiyası prosesinə birbaşa təsir göstərdikləri barədə yayılmış yanlış və reallığa zidd məlumatların ardınca Ali Rəhbərlik Məqamı Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi analoji informasiyaları təkzib edən elannamə ilə çıxış etmişdir.

Ali Məqamlı Rəhbər şəhid general Hüseyn Həmədaninin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei general Hüseyn Həmədaninin şəhadəti ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər Qurban və Qədir-Xum bayramları münasibətilə əfv fərmanı imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurban və Qədir-Xum bayramlarının gəlişi münasibətilə, ümumi və inqilabi məhkəmələr, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 630 nəfər məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Ali Məqamlı Rəhbər Mina faciəsində həlak olmuş məzlum insanların xatirəsinə matəm mərasimi təşkil edəcək
Ali Rəhbərlik Məqamı Baş İdarəsinin yaydığı elannamədə deyilir: “İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (12 mehr 1394-cü il, bazar günü) günortadan sonra, saat 15.30-dan 17.30-a qədər Tehran şəhərindəki İmam Xomeyni (r.ə) adına hüseyniyədə Mina faciəsində həlak olmuş məzlum insanların xatirəsinin anılması məqsədilə matəm mərasimi təşkil edəcək.

Ali Məqamlı Rəhbər Minada baş vermiş faciə ilə bağlı 3 günlük matəm elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Minada baş vermiş və Allah evinin müsafirlərindən böyük bir kəsiminin həyatını itirməsinə səbəb olmuş müsibət dolu hadisənin ardınca rəsmi müraciət etmişdir.

Ali Məqamlı Rəhbər möhtəşəm həcc toplanışına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplanışına ünvanladığı müraciətdə qeyd edir ki, imperializmin regionda İslam ümmətinə böyük problem və çətinliklər yaratmaq məqsədilə həyata keçirdiyi şər dolu siyasətlər, qəsbkar İsrail rejiminin törətdiyi cinayətlər, habelə Məscidül-əqsaya qarşı dəfələrlə hörmətsizliyə yol verilməsi bütün müsəlmanların bir nömrəli problemidir.
