
Xəbərlər


Ali Məqamlı Rəhbərin Müqaviməti Dəstəkləyən Din Alimlərinin Ümumdünya Assosiasiyasının konqresinə müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqaviməti Dəstəkləyən Din Alimlərinin Ümumdünya Assosiasiyasının konqresinin baş tutması ilə əlaqədar olaraq, assosiasiyanın sədrinə ünvanladığı müraciətdə vurğulayır: “Allah İsrailə qarşı mübarizədə qəti qələbə vədi verib”.

Həzrət İmam Hüseynə (ə) həsr edilmiş ikinci matəm gecəsi
Bu gecə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasiminin ikinci gecəsi keçirildi.

Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə Həftəsi münasibətilə xalqa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Həftəsi münasibətilə müraciət ünvanladı.

Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məkkədə həcc ziyarətində olan zəvvarlara ünvanladığı müraciətdə imperializm sisteminin müsəlmanlar arasına konflikt salmaq məqsədi ilə yürütdüyü siyasətlərə toxunaraq qeyd edir ki, müsəlman ölkələrinin başçılarının, habelə İslam dünyasının bütün aydınlarının vəzifəsi vəhdət yaratmaq, xalqları məlumatlandırmaq, müsəlman ölkələrində baş verən faciələri dərhal dayandırmaqdır.

Ali Məqamlı Rəhbərin Tehranda baş vermiş terror hadisəsi ilə bağlı başsağlığı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan ayının on ikisi Tehranda oruclu olan bir qrup insanın şəhid olması və yaralanması ilə nəticələnən terror hadisəsi ilə bağlı başsağlığı müraciəti ünvanladı.

Xalqın seçkilərdə qəhrəmancasına iştirakından sonra Ali Məqamlı Rəhbər xalqa müraciət etdi
Xalqın 12-ci prezident, habelə şəhər və kəndlərin İslami şuralarının 5-ci seçkilərində izdihamlı və qəhrəmancasına iştirakından sonra İslam İnqilabının Ali Məqanlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqa təqdir və təşəkkür müraciəti ünvanladı. O bu müraciətində mühüm məsələləri vurğuladı.

Ali Məqamlı Rəhbərin Gülüstan mədənində baş vermiş qəza ilə bağlı başsağlığı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Gülüstan mədənində bir qrup zəhmətkeş fəhlənin ölümü ilə nəticələnən dəhşətli faciə ilə bağlı başsağlığı müraciəti ünvanladı: “Çətin vəziyyətdə qalmış insanları xilas etmək üçün mümkün olan bütün addımlar atılmalıdır!”

Ali Məqamlı Rəhbərin Şərqi və Qərbi Azərbaycanda baş vermiş sel hadisəsi ilə bağlı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şərqi və Qrəbi Azərbaycan, Kürdüstan və Ərdəbil əyalətlərində həmvətənlərdən bir neçəsinin ölümü ilə nəticələnən sel və daşqın hadisəsi ilə bağlı müraciət ünvanladı.

Xalqın və rəhbərliyin məsullardan tələbi istehsal və məşğulluqdur
1396-cı hicri şəmsi ilinin başlanğıcı münasibətilə müraciət ünvanlayan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bütün həmvətənləri, iranlıları, xüsusilə şəhid və fədakarların möhtərəm ailələrini Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu və Novruz bayramı münasibətilə təbrik etdi. İran xalqı və dünya müsəlmanlarına bərəkətli, əmin-aman və rifah dolu bir il arzulayan Rəhbər yeni ili “Müqavimət iqtisadiyyatı: istehsal-məşğulluq ili adlandırdı”.

Ali Məqamlı Rəhbərin mömin və cəsur yanğınsöndürənlərlə bağlı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ünvanladığı bir müraciətdə mömin və ixlaslı yanğınsöndürənlərin Plasko qəzasındakı əzəmətli və məzlumcasına fədakarlığını böyük hörmətlə andı və bu ağrılı-acılı on gündə var gücləri ilə böyük bir işi başa çatdırmış bütün qurumlara və insanlara təşəkkür etdi.

Rəhbərin Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqına müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının əlli birinci assambleyasına müraciətində gənclik və tələbəliyin təkanverici bir qüvvə kimi insana öz yüksək ideyalarına nail olmaqda yardım göstərdiyini vurğulayıb: “Siz əzizlərin öz çevrənizə təsir göstərəcəyinə, danışıq və əməllərinizlə Allah yolunun yolçularının sayını artıracağına ümid bəsləyirik”.

Ali Məqamlı Rəhbər Tehranda baş vermiş faciəli bina uçqunu ilə bağlı müraciət ünvanladı
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Tehran şəhərinin mərkəzində bir qrup yanğınsöndürənin yaralanması ilə nəticələnən ağır bina yanğını və uçması hadisəsi ilə bağlı müraciət ünvanladı.

İslam İnqilabının Rəhbəri Haşimi Rəfsəncaninin vafatı münasibəti ilə başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri ünvanladığı müraciətdə İslami hərəkat və mübarizə illərinin yoldaşı, həmsəngəri və qədim dostu cənab Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin vafatı münasibəti ilə başsağlığı verdi.

İnqilabın Ali Məqamlı Rəhbərinin 25-ci Ümummilli Namaz Qurultayına müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 25-ci Ümummilli Namaz Qurultayına ünvanladığı müraciətdə namazın qılınması məsələsində hamının məsuliyyət daşıdığına işarə edərək vurğulamışdır: “Namazın layiqli yerini tanımaq, tanıtdırmaq və əməllərimizdə də ona uyğun yüksəlişə nail olmaq üçün çalışmalıyıq”.

İnqilabın Rəhbəri İraqda ziyarətçilərin şəhadəti və qatar qəzası ilə bağlı bəyanat verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqda Həzrət Seyyidüşşühədanın (ə) onlarla zəvvarının şəhadəti, habelə Həzrət İmam Rzanın (ə) qonaq və zəvvarlarının bir hissəsinin ölümü və xəsarət alması ilə nəticələnən acı və ağır hadisələrlə bağlı bəyanat verdi.

Ali Məqamlı Rəhbərin dünya müsəlmanlarına mühüm müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həcc mərasimi ərəfəsində dünya müsəlmanları və Allah evinin ziyarətçilərinə ünvanaldığı mühüm müraciətdə İbrahimi Həccin İslam ümmətinin beynəlxalq hegemonlar qarşısındakı izzət və əzəmətinin göstəricisi olduğunu qeyd etdi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ümumi ailə siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri konstitusiyanın 110-cu maddəsinin birinci bəndini rəhbər tutaraq dövlətin mənafeini müəyyən edən kollegiya ilə məsləhətləşdikdən sonra təsdiq edilmiş ümumi ailə siyasətlərini elan etdi

Həzrət Məsumənin (s.ə) ziyarətgahında İmam Xomeyninin (r.ə) vəfatının ildönümü mərasimi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin rəhbərliyi ilə Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahının İmam Xomeyni (r.ə) hərəmində məğrib və işa namazlarından sonra İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) ürək dağlayan vəfatının ildönümü, əbədiyaşar on beş xordad qiyamı və onun böyük şəhidlərinin xatirəsinin anım mərasimi keçirilir.
