Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansının əlli altıncı qurultayına ünvanladığı müraciətdə son günlərdə baş verən siyasi və hərbi hadisələrə işarə edərək cəbhələşmələrin tanınması, düzgün mövqe seçilməsi, proseslərdə haqq cəbhəsinin xeyrinə həlledici rol oynamaq üçün hazırlıqlı olmanın vacibliyini vurğuladı.
Həzrət Ayətullah Xamenei dörd illik yeni bir dövr üçün Mədəni İnqilab Ali Şurasının üzvlərinin təyin edilməsi fərmanında əvvəlki üzvlərə, xüsusilə yeni dövrdə olmayan alim və ustadlara çəkdikləri zəhmətlərə gösrə təşəkkür edərək mədəniyyətin inqilab sistemi və məzmununa əsaslanan ümumi forması və tərtibatının yadların media və mədəni hücumlarına qarşı yeganə müdafiəçi olduğunu bildirdi.
Əfqanıstanın Qunduz əyalətində məsciddə baş vermiş dəhşətli partlayış hadisəsi və nəticədə çoxlu sayda namaz qılanın həlak olması münasibətilə müraciət ünvanlayan Həzrət Ayətullah Xamenei bu böyük cinayəti törədənlərin cəzalandırılması və belə bir faciənin təkrarlanmasının qarşısının alınmasının zəruri olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər korona xəstəliyinin vəziyyəti və sürətlə yayılması ilə bağlı etdiyi teleçıxışı zamanı onu ölkənin birinci dərəcəli və təxirəsalınmaz məsələsi olduğu dedi. O, xəstəliklə mübarizə istiqamətində qərarların qəbul edilməsi və qarşıda duran vəzifələrə qəti şəkildə əməl edilməsinin zəruriliyini vurğulayaraq məsul şəxslərə və əhaliyə bir sıra tövsiyələr verdi.
Həzrət Ayətullah Xamenei Həcc günləri münasibətilə dünya müsəlmanlarına ünvanlandığı müraciətində aşiqlərin Beytullah ziyafətinə olan həsrətlərinin davam etməsinin keçici bir imtahan olduğunu, Həcc mesajlarının təsirdən düşməməsi, təcavüzkar qüvvələrin, xüsusilə ABŞ-a qarşı müqavimətin zəruriliyinin bu ilahi mesajlardan olduğunu bildirdi.
Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər COVİran Barakat vaksininin birinci dozasını qəbul etdi. İranın gənc alimləri və tədqiqatçılarının səylərinin nəticəsi olan bu vaksin təzəlikcə yerli elmi qaynaqlara əsasən istehlak lisenziyası aldı və İran dünyada karona əleyhinə vaksin istehsal edən altıncı ölkəyə çevrildi.
Böyük İran xalqının 28 xordad (18 iyun) seçkilərindəki qəhrəmancasına və izdihamlı iştirakından sonra İslam İnqilabının Ali Rəhbəri ünvanladığı müraciətində seçkilərin böyük qalibinin İran xalqı olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri Ramazan ayının sonuncu cüməsi, eyni zamanda Beynəlxalq Qüds Günü etdiyi çıxışı zamanı qüvvələr balansının İslam dünyası və müqavimət cəbhəsinin xeyrinə dəyişməsinə, qarşılığında ABŞ və sionist rejimin aşkar iflasına işarə edərək bir neçə zəif dövlətlə olan əlaqələrin adiləşdirilməsinin işğalçı rejimin süqutuna mane olmayacağını dedi.
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) günortadan sonra televiziya vasitəsilə yayımlanan canlı çıxışında böyük İran xalqına müraciət etdi.
İslam İnqilabının Ali Rəhbəri 1400-cü hicri şəmsi ilinin başlanması münasibətilə ünvanladığı müraciətində bütün həmvətənləri, xüsusilə şəhid və əlillərin əzəmətli ailələrini, o cümlədən Novruz bayramını böyük təntənə ilə keçirən bütün xalqları Novruz bayramı münasibətilə təbrik etdi.
Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri doktor Əliəkbər Vilayəti Suriyanın İrandakı yeni səfiri doktor Şəfiq Dəyub ilə görüşərək Ali Rəhbərin Suriya prezdienti Bəşər Əsədin vəziyyəti ilə maraqlandığını bildirdi və ona Allahdan sağlamlıq dilədiyini çatdırdı.
Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Təşkilatlar Alyansının əlli beşinci qurultayına ünvanladığı müraciətdə “Əsas məsələlərdə həlledici rola görə nişanı”n ölkənin abırlı gənclərinin sinəsinə taxılmasının İslam İnqilabının ən üstün fəxarətlərindən olduğunu dedi.
İslam İnqilabının Rəhbərinin iştirakı ilə keçirilən bu məclisdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali Həzrət Fatimeyi-Zəhranın (s.ə) dua, zikir və ibadətdə insanların üstünü olduğunu dedi: “Allah-taalanın lütfü bütün yaranmışlara şamil olur. Lakin Allahın xüsusi lütf və mərhəməti Onun dərgahında yoxsulluğunu və təvazökarlığını daha çox göstərən adamlara aid olur”.
Ali Rəhbərlik İdarəsi elan edir ki, “Fatimiyyə (s.ə) günləri” adlı matəm məclisi İmam Xomeyni (r.ə) adına hüseyniyədə ümumi şəkildə qeyd edilməyəcək. İslam İnqilabının Rəhbərinin iştirakı ilə təşkil edilən matəm tədbiri televiziya kanalları vasitəsilə yayımlanacaq.
Böyük təəssüf və kədər hissi ilə Allah adamı olan alim, fəqih, mücahid filosof Ayətullah Hacı Şeyx Məhəmmədtəqi Misbah Yəzdinin vəfat xəbərini aldım. Bu, İslam maarifi və elmi hövzəsi üçün bir itgidir. O, üstün bir mütəfəkkir, layiqli müdir, haqqı çəkinmədən deyən, düz yolda möhkəm və qətiyyətlə irəliləyən bir adam idi.
Həzrət Ayətullah Xamenei nüvə və müdafiə sənayesi üzrə seçilən və yüksək alim olan cənab Möhsün Fəxrizadənin şəhadəti münasibətilə başsağlığı bəyanatı verdi. O, bəyanatda bu cinayəti göstəriş verənlər və onu həyata keçirənlərin qəti şəkildə cəzalandırılması, habelə şəhidin elmi və texnoloji fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğuladı.
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər televiziya vasitəsilə etdiyi canlı çıxışında əziz İran xalqını və böyük İslam ümmətini sonuncu peyğəmbər Həzrət Məhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin mübarək mövlud ildönümü münasibətilə təbrik etdi.