Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər əzəmətli həcc toplantısına müraciət etdi
Ali Məqamlı Rəhbər əzəmətli həcc toplantısına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplantısına ünvanladığı müraciətdə ilahi sirlərlə dolu bu mərasimin İslam ümmətinin islahı yollarını araşdırmaq, İslam dünyasında baş verən mühüm hadisələr haqda dərindən düşünmək üçün böyük bir fürsət olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinə 8 günlük səfərini müqəddəs İmam Rza (ə) hərəminin ziyarəti ilə başa vurdu
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinə 8 günlük səfərini müqəddəs İmam Rza (ə) hərəminin ziyarəti ilə başa vurdu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şimali Xorasan vilayətinə 8 gün davam etmiş səfəri, vilayətin mömin və istiqanlı əhalisinin müxtəlif təbəqələri ilə görüşü bu gün (çərşənbə günü) günortadan sonra Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəminin ziyarəti ilə başa çatdı.
Ali Məqamlı Rəhbər Şəhid və Veteranlara Təşəkkür Günü münasibəti ilə müraciət imzaladı
Ali Məqamlı Rəhbər Şəhid və Veteranlara Təşəkkür Günü münasibəti ilə müraciət imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) günortadan sonra Müqəddəs Müdafiə həftəsi, eləcə də Şəhid və Veteranlara Təşəkkür Günü münasibətilə müraciət imzaladı. Öz müraciətində şəhidləri Allah yolunda cihad dövrünün heyranedici gözəlliklərinin təzahürü adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Bütün meydanlarda qələbə çalmağın ən böyük sirri fədakarlıqdır”.
Ali Məqamlı Rəhbər Peyğəmbərin (s) nurani dərgahının təhqir olunması ilə bağlı İran xalqına və İslam ümmətinə müraciət etdi
Ali Məqamlı Rəhbər Peyğəmbərin (s) nurani dərgahının təhqir olunması ilə bağlı İran xalqına və İslam ümmətinə müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dinimizin əzəmətli Peyğəmbərinin (s) nurani dərgahına qarşı İslam düşmənlərinin yol verdiyi nifrət doğuran, təhqiramiz hərəkətlə əlaqədar İran xalqına və İslam ümmətinə ünvanladığı müraciətdə bildirdi ki, şərlə dolu bu addımın arxasında sionizmin, Amerikanın və dünya imperializminin digər başçılarının düşmənçi siyasəti durur.
Ali Məqamlı Rəhbər 2012-ci il Yay Paraolimpiya Oyunlarının medalçılarını təqdir etdi
Ali Məqamlı Rəhbər 2012-ci il Yay Paraolimpiya Oyunlarının medalçılarını təqdir etdi
Əlil və fiziki qüsurlu idmançıların 2012-ci il Yay Paraolimpiya Oyunlarında İran İslam Respublikasını uğurla təmsil etmələri ilə əlaqədar, həmçinin Milli Paraolimpiya Komitəsinin sədrinin ona yazdığı məktuba cavab olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei idmançılara müraciət ünvanlayıb, qürurverici nailiyyətlərinə görə onları təqdir etdi.
Ali Məqamlı Rəhbər 21-ci Ümummilli Namaz Konfransına müraciət etdi
Ali Məqamlı Rəhbər 21-ci Ümummilli Namaz Konfransına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 21-ci Ümummilli Namaz Konfransına ünvanladığı müraciətdə qeyd etdi ki, namazın öz layiqli mövqeyini tutması cəmiyyətin İslam dinində nəzərdə tutulan ideal və arzulanan məqama çatması üçün zəmin yaradır. O vurğuladı: “Mədəniyyət və incəsənət sferasında görülən bütün işlər, təhsil sahəsindəki bütün proqramlar namazın camaat, xüsusən də gənclər arasında günü-gündən daha da rövnəqlənməsi istiqamətində layihələndirilməli və icra olunmalıdır”.

Seçilmiş ünvanlar