
Xəbərlər


Ali Məqamlı Rəhbər şəhid Əhmədi Rouşən və Rezayinejadın evlərində oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu axşam (cümə axşamı günü) ölkənin şəhid olmuş elm xadimlərindən ikisinin – şəhid Mustafa Əhmədi Rouşən və Dariyuş Rezayinejadın evlərinə gedərək onların ailə üzvləri ilə mənəviyyat dolu bir atmosferdə görüşüb söhbət etdi.

Ali Məqamlı Rəhbər Kirmanşah şairi Əhməd Əziziyə xəstəxanada baş çəkdi
Ali Məqamlı Rəhbər bu gün (cümə axşamı) günorta Kirmanşahdakı İmam Rza (ə) adına xəstəxanaya gedərək intensiv terapiya şöbəsində yatan istedadlı və xoştəb İran şairi Əhməd Əziziyə baş çəkdi, şairin səhhətinin yaxşılaşması üçün Tanrıya dualar etdi.

Ali Məqamlı Rəhbər Kəngavərin Şəhidlər xiyabanını ziyarət etdi
Bu sabah İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kəngavər əyalətinə daxil olduğu ilk saatlarda buranın Şəhidlər xiyabanında oldu, şəhid məzarları başında “Fatihə” oxuyaraq regionun rəşadətli döyüşçülərinin xatirəsini ehtiramla yad etdi.

Ali Məqamlı Rəhbər Pave şəhidlərinin xatirə kompleksini ziyarət etdi
Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Pave və Ouramanat məntəqələrinin əhalisi ilə sevinc və canlanma dolu bir atmosferdə keçən görüşündən sonra Pave şəhidlərinin xatirə kompleksini ziyarət etdi. Şəhid məzarları başında “Fatihə” oxuyan Ali Məqamlı Rəhbər məntəqənin vüqarlı və məzlum şəhidlərinin əks-inqilabçı qüvvələrə, habelə Səddam Hüseyn rejiminə qarşı mübarizədə nümayiş etdirdiyi fədakarlıq və mətanəti təqdir edərək yüksək dəyərləndirdi.

Ali Məqamlı Rəhbər Gilan-e Qərbin Şəhidlər xiyabanını ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Gilan-e Qərb şəhərinə daxil olduğu ilk saatlarda Şəhidlər xiyabanını ziyarət etdi.
Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq Uca Yaradandan müsəlman İran dövlətinin başucalığı uğrunda canından keçmiş şəhidlərin ruhlarına dərgahında ən ali dərəcələri nəsib etməsini dilədi.

Ali Məqamlı Rəhbər bir neçə şəhid ailəsinə baş çəkdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşaha səfərinin üçüncü günündə şəhid Ocaqi, Əmini, Xalisi və Monkəresinin ailələrini ziyarət edərək onlarla hal-əhval tutdu, qayğı və problemləri ilə maraqlandı.

Ali Məqamlı Rəhbər Kirmanşahın Şəhidlər xiyabanını ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə günü) səhər Kirmanşahın Şəhidlər xiyabanında oldu, vilayətin adlı-sanlı alimləri – mehrabda şəhid edilmiş Ayətullah Əşrəfinin və şəhid Ayətullah Nucuminin məzarlarını ziyarət edərək Tanrıdan onların ruhuna dərgahında ən ali dərəcələri nəsib etməsini dilədi.

Ali Məqamlı Rəhbər Silahlı Qüvvələrin elmi cihad nailiyyətlərini və müdafiə qabiliyyətini nümayiş etdirən sərgiyə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün 7 saata yaxın müddət ərzində “Elmi cihad və müdafiə gücü” adlı sərgiyə baxış keçirərək Silahlı Qüvvələrin elmi-tədqiqat sahəsində əldə etdiyi nailiyyətlərlə tanış oldu.

Ali Məqamlı Rəhbər Təbrizdə toxunmuş nəfis Quran xalçasına baxış keçirdi
Təbriz İslam Sənətləri Universitetinin rektoru bu gün günortadan əvvəl müavinlər, elmi şuranın üzvləri, fakültə dekanları və universitetdə çalışan sənət adamları ilə birgə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü. Görüş zamanı xalça üzərinə toxunmuş nəfis Qurani-Kərim sərgiləndi.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi
Bu gün səhər – Fəcr dekadasının ilk günü və İmam Xomeyninin (r.ə) öz müsəlman vətəninə tarixi qayıdışının ildönümündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum imamın (r.ə) məqbərəsini ziyarət etdi, İran İslam Respublikasının dahi banisinin ruhuna “Fatihə” oxuyaraq onun xatirəsini ehtiramla yad etdi.

Ali Məqamlı Rəhbər Qum şəhərinin Şəhidlər xiyabanını ziyarət etdi
Müqəddəs Qum şəhərinə səfərinin 5-ci günü – bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəhərin Şəhidlər xiyabanında oldu, İslam İnqilabı uğrunda və Müqəddəs Müdafiə savaşında şəhid olanların ruhuna “Fatihə” oxuyaraq Allahdan onlara dərgahında ən ali məqamları nəsib etməsini dilədi.

Ali Məqamlı Rəhbər XXIII beynəlxalq kitab sərgisinə baxış keçirdi
Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran namazgahında təşkil edilmiş XXIII beynəlxalq kitab sərgisinə baxış keçirdi, habelə yazıçı və naşirlərlə nəşriyyat bazarı, yeni nəşrlər və tərcümələr sahəsindəki yeniliklər barədə söhbət etdi.

Həcc ziyarətinin mədəni və təşkilati məsələlər üzrə məsul şəxslərlə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün cari ildə təşkil olunacaq həcc mərasiminin mədəni və təşkilati məsələlər üzrə məsul şəxslər ilə görüşdə hazırkı etapda İslami birlik naminə səy və təşəbbüs göstərməyi ən zəruri ehtiyaclardan biri adlandıraraq vurğuladı: “Həcc ziyarəti özündə İslam dünyasının vəhdət və tərəqqisinə müxalif olan, müsəlmanlar arasında təfriqə salmaq məqsədi güdən hər cür addımlara qarşı İslam ümmətinin güclü əzmini təzahür etdirməlidir”.
