İslam İnqilabının Rəhbəri bu gün səhər İraq Respublikasının baş naziri ilə görüşdə təkidlə vurğuladı: “Ölkədaxili müxtəlif məzhəb və millətlərlə əlaqələrin genişləndirilməsi, xalqa olan dərin inam və etibar, qonşu ölkələrlə qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi – bütün bunlar İraq dövlətçiliyinin qüdrəti və əbədiliyi üçün zəruri olan həqiqi amillərdir. İraq hökuməti öz məqsədlərinə çatmaq üçün bu amillərə dayaq nöqtəsi kimi baxmalı, eyni zamanda İraq xalqının dini etiqadını, cəsarət və qürurunu özü üçün böyük bir sərmayə hesab etməlidir”.
Bu gün günorta həcc mərasiminin təşkilatçıları ilə görüşən İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneyi dedi: «Təşəbbüs və proqramlar elə hazırlanmalıdır ki, həccin həqiqi siması ötən illərlə müqayisədə daha da parlaq olsun».
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ümumi və inqilab məhkəmələri, hərbi tribunallar və inzibati orqanlar tərəfindən mühakimə olunmuş 1874 nəfər məhkumun əfv olunması və cəzasının yüngülləşdirilməsi haqqında çıxarılan qərarla razılaşdığını bildirdi.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər xalqın müxtəlif təbəqələrindən ibarət minlərlə vətəndaşın qarşısında İslam hökumətinin əhəmiyyətli məsələ olması və əsil İslam hökuməti nümunəsinin açıqlanmasını Qədir-Xum hadisəsinin böyük bir dərsi kimi təqdim edərək dedi: “Şiəlik Qədir-Xum hadisəsi ilə bağlı öz parlaq və əsası möhkəm olan inancını qorumaqla yanaşı bu inancın İslam dünyasında təfriqə və ixtilafa yol açmasına da imkan verməyəcək”.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Elm və Sənaye Universitetinin minlərlə tələbəsi qarşısında etdiyi çıxışda tələbə fəaliyyətinin müxtəlif sahələrini və xüsusiyyətlərini açıqlayaraq, universitetləri "elm və təhqiqat" və "müqəddəs amallar uğrunda mübarizə” ocağı kimi dəyərləndirdi və qeyd etdi: “Əgər millət və dövlətin vəzifəli şəxsləri ölkəmizdəki İslam quruluşunu öz həqiqi simasında qoruyub saxlaya bilsələr, heç bir düşmən bu ölkəyə zərbə vura bilməz".
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Ekvador Respublikasının prezidenti Rafael Korrea və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran millətinin maraq və hüquqlarına dair ölkələrin müqavimətini yeganə tərəqqi yolu kimi qiymətləndirərək qeyd etdi: "Bu müqavimətin şücaətli rəhbərlərə ehtiyacı var və Latın Amerikasında belə rəhbərlər mövcuddur".
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün görkəmli elm xadimləri və universitetlərdə çalışan müəlimlərin böyük bir qrupu ilə görüşündə elmi tərəqqini ölkə üçün həyati əhəmiyyət daşıyan zəruri bir məsələ adlandıraraq təkidlə qeyd etdi: “Bu elmi tərəqqi ölkədaxili intelektual potensiala əsaslanmalı, həmçinin özünəinam, optimizm və cihad hərəkatı ilə yanaşı həyata keçirilməlidir”.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Hərbi Dəniz Qüvvələrinin ordu müavini və komandiri ilə görüşündə işğalçı qüvvələrin təzyiqinə baxmayaraq İranın inkişaf yolunda qazandığı dəyərli təcrübələrə işarə edərək dedi: “Bu ölkə Allaha təvəkkül edərək var-qüvvəsi ilə bütün imkanlarından istifadə etməklə artıq bu gün elə bir qüdrətli məntəqəyə çevrilmişdir ki, hətta düşmənlər belə bu həqiqəti etiraf edirlər”.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Livan Respublikasının prezidenti Mişel Süleyman və onu müşayiət edən nümayəndə heyəti ilə bugünkü görüşündə Livandakı müxtəlif qrup və tayfaların birləşməsini bu ölkənin yeganə xilas və tərəqqi yolu kimi təqdim edərək dedi: “İran İslam Respublikası bu əqidədədir ki, Livandakı bütün qruplaşmalar öz xalqının sionist rejimindən doğan təhlükəyə qarşı milli qüdrət və vəhdətinə xidmət etməlidirlər”.
Həzrət Ayətullah Xamenei buyurublar: İslami nişanələr xüsusi ilə də, namaz islami cəmiyyətdə aşkar formada olmalı və hər yerdə ona riayət edilməlidir. İslam İnqilabının Rəhbəri çərşənbə günü 17-ci Namaz iclasında iştirak edənlər ilə görüşdə namazın düzgün formada qılınmasını və namazın ruhuna diqqətin göstərilməsini insanların və cəmiyyətlərin islah edilməsində mühüm amillərdən adlandırıblar. O Həzrət vaciblərə əməl etməyi və haramlardan çəkinməyi insanın səadətini təmin edən amillərdən adlandırıb və əlavə ediblər: Bu amillər arasında ən mühüm olanı namazdır. Namaz insanın üsyankar nəfsini cilovlayır.
İslam İnqilabının Rəhbəri həcci islami birliyin daha artıq təzahürü məqsədi ilə islami ümmət üçün qənimətli fürsət adlandırıblar. Həzrət Ayətullah Xamenei bu gün həcc sahəsində icra və mədəniyyət üzrə məsul şəxslərin o həzrətlə görüşündə bu fərziyyəni hacılar, böyük islam ümməti və İİR quruluşu üçün böyük fürsət adlandıraraq vurğulayıblar: Həcc müsəlmanlar arasında təbii və süni fərqlərə qalib gəlmək və islam dünyasında ürəklər, niyyətlər və əzmkarlıqların eyniləşməsi üçün ən yaxşı fürsətdir.
İslam İnqilabının Rəhbəri vurğulayıblar ki, ABŞ İran xalqını istiqlaliyyət, mentalitet və başucalığı yolundan çəkindirə bilməz. Həzrət Ayətullah Xamenei bu gün Yeniyetmə və Tələbə Bəsici günündə, eləcə də 3 noyabr məktəblilər günü, və dünya imperializmi ilə milli mübarizə günü ərəfəsində minlərlə məktəbli, tələbə və universitet qurumlarının nümayəndələri ilə görüşdə deyiblər: Biz öz mahiyyət, istiqlaliyyət və başucalığımızın qorunması əhliyik və qarşıdurma əhli deyilik. Lakin əgər bir kəsi İran xalqının mənsubiyyəti və istiqlaliyyətini pozmaq istərsə, İran xalqı onun əlini kəsəcək.
İslam İnqilabının bir neçə beynəlxalq siyasi və dini şəxsiyyətin o həzrətlə görüşündə dialoq və əməkdaşlığı məsələlərin aradan qaldırılması və anlaşma üçün zəruri və təsirli amil adlandırıblar. İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei çərşənbə axşamı günü bu görüşdə vurğulayıblar: Müharibə, aclıq və insanların hüquqlarını pozma kimi dünyanın hazırkı acı həqiqətləri qüdrətpərəstlik və tamahkarlıq amillərində köklərə malikdirlər. Buna görə də, dünya problemlərinin həlli üçün “hər bir səy və hərəkətdə ədalətsevərlik və zülmlə mübarizə” şüarını əsas meyar kimi qərar vermək lazımdır.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tehran xəstəxanaların¬dan birinə gələrək Fars dili və Ədəbiyyatı üzrə Elmlər Akademiyasının rektoru professor Həsən Həbibi ilə görüşmüşdür. Daha sonra İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Həbibinin səhhəti ilə maraqlanmış və onun durumunun tezliklə yaxşılaşmasından ötrü dualar etmişdir.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İran İslam Respublikasının bütün məsul şəxsləri və xalqın müxtəlif təbəqələri ilə görüşündə İslam dünyasının üfüqünü keçmiş ilə müqayisədə çox aydın və ümüdverici, İslam ümmətinin inkişafını isə inkaredilməz bir reallıq sayaraq bildirdi: “Bu inkişaf və aydın gələcək Allahın köməkliyi ilə günbəgün daha da artacaq, İslam dünyası İslam izzəti və İslam əzəmətini mütləq görəcəkdir”.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam ali təhsil ocaqlarının yüzlərlə tələbəsi və görkəmli elm xadimi ilə görüşündə İslam İnqilabının dördüncü dekadasında “ədalət və tərəqqi”nin reallaşması uğrunda optimist əhval-ruhiyyə və yüksək intellektlə çalışmağı hazırkı gənc nəslin, xüsusən də fəal tələbə hərəkatının öhdəsinə düşən ən mühüm vəzifə hesab edərək təkidlə qeyd etdi: “Əzmkar, müsəlman gənc nəsil gələcəyə optimizm dolu bir baxışla, dayanmadan səy göstərərək, düzgün və prinsipial bir strategiyanı rəhbər tutaraq yeni təfəkkür tərzinin formalaşdırılması, maddi və mənəvi baxımdan inkişaf etmiş bir müsəlman cəmiyyətinin yaradılması yolunda irəliləməlidir”.