İİR-nın Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tacikistanın prezidenti cənab İmaməli Rəhmanla görüşündə İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) çox yaxşı bir təşkilat olduğunu vurğulayıb EKO-nun üzvü olan ölkələrin müxtəlif tutum və xüsusiyyətlərə malik olması kimi həssas məqama toxunaraq dedi: «Bu məntəqə təşkilatı ölkələrin biri digərini tamamlayan tutum və xüsusiyyətlərindən mükəmməl şəkildə istifadə etməklə daha da fəallaşmalı və qüvvətlənməlidir».
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İslam Konfransı Təşkilatının sədri cənab Ehsanoğlu ilə görüşündə İslam dünyasının məsələlərində yaxından iştirak etməyi bu təşkilatın mühüm vəzifələrindən biri hesab edərək təkidlə dedi: “İslam Konfransı Təşkilatı İslam ölkələri arasında yaxınlıq və vəhdətin yaranmasında mühüm rol oynaya bilər”.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dünən Türkiyə prezidenti cənab Abdullah Gül və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə hər iki ölkə potensialının əlaqələrin daha da inkişafı üçün əhəmiyyətli olduğunu bildirərək təkid etdi: «EKO Təşkilatı iqtisadi əməkdaşlıqların genişlənməsi üçün bir nümunədir. Amma İran və Türkiyə bölgənin nüfuzlu və mühüm iki ölkəsi olaraq siyasət, təhlükəsizlik və xidmət sahələrində rabitələri genişlətmək imkanına malikdir».
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Pakistan prezidenti cənab Asəf Əli Zərdari ilə görüşündə hər iki millətin ortaq çox dərin mədəni və tarixi nöqtələrinə işarə edərək bildirdi: “Mömin Pakistan və İran millətlərinin qarşılıqlı məhəbbəti əsas bir amil kimi hər iki ölkənin münasibətlərinin genişlənməsinə lazımi zəmin yaradır”.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşündə iki ölkənin müştərək dəyərlərinin misilsiz olduğunu qeyd etdi və Tehran-Bakı əlaqələrinin yaxşı olmasına işarə edərək dedi: «Bu əlaqələr müxtəlif sahələrdə daha yaxın, daha səmimi və daha ciddi ola bilər».
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Livan parlamentinin spikeri Nəbiyyə Bəri ilə görüşündə müqavimət cəbhəsində qazanılan iki parlaq qələbədən sonra bölgənin hal-hazırkı şəraitinə işarə edərək bildirdi: «Artıq bu gün Livan Yaxın Şərq məntəqəsinin qəlbinə çevrilmişdir. Qəzza xalqının 22 günlük müharibədə qazandığı qələbə İslam qarşıdurmasının Livandakı 33 günlük müharibədə əldə etdiyi qalibiyyətdən doğan nəticədir».
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İraq prezidenti cənab Cəlal Tələbani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə iki millətin–İran və İraqın qədim və dərin əlaqələrinə, müştərək mədəni, tarixi və dini bağlantılarına işarə edərək təkidlə vurğuladı: “Belə münasib və çoxlu planlar müxtəlif sahələrdə iki ölkə arasındakı əlaqələrin adi və normal inkişafını, eləcə də sazişlərin həyata keçməsini təmin edir”.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei vəqf və xeyriyyə təşkilatlarının rəis və məsul şəxsləri ilə görüşündə vəqfi çox yaxşı və mübarək bir əməl adlandıraraq, həmçinin İlahi dinlər və İslamda belə gözəl adətin olmasına xüsusi işarə edərək bildirdi: “Vəqf mədəniyyəti daha da yayılmalı və genişlənməlidir”.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Şərqi Azərbaycanın minlərlə mömin və inqilab ruhiyyəli camaatı ilə görüşündə ayıq olmaq, baş verən hadisələrə və mövcud duruma qarşı laqeyd olmamaq, cəsarətli və münasib addım atmaq kimi xüsusiyyətləri məhz imam Hüseyn (ə) məktəbinin böyük dərslərindən hesab edərək bildirdi: «İran xalqı zamanın nəbzini dərk etməklə düşmənlərin İnqilabı və İslam rejimini dini mahiyyətdən və inqilabi ruhiyyədən çıxartmaq üçün göstərdikləri səylərinin qarşısında tamamilə ayıqdır».
Bu gün İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran və Türkmənistan arasında çoxlu və dərin tarixi-mədəni müştərək cəhətlərə işarə edərək bildirdi: «Müxtəlif imkanlar və müxtəlif sahələrin olmasını nəzərə alaraq iki ölkə bir çox sahələrdə əməkdaşlıq edə bilərlər».
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei hörmətli alim Hüccətul-İslam vəl-müslimin Muhyiddin Hairi Şirazinin xidmətlərinə görə ona təşəkkür etdi və Hüccətul-İslam Şeyx Əsədullah İmanini Şirazın İmam-cüməsi və Vəliyyi-fəqihin Fars ostanı üzrə nümayəndəsi təyin etdi.
İslam İnqilabı qələbəsinin 30-cu ildönümü ilə əlaqədar Həzrət Ayətullah Xamenei 1167 nəfər ümumi və inqilab məhbuslarının, eləcə də tribunal və inzibati orqanları tərəfindən həbsə alınmış hərbi dustaqların əfv edilməsini təsdiqlədi.
Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstinin “İslami Cihad” partiyasının baş katibi cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Bu görüşdə cənab Ramazan Abdullah Qəzza müharibəsi və bu müharibə ilə əlaqədar dəyişikliklər barədə ətraflı məlumat verdi. Həzrət Ayətullah Xamenei Qəzza camaatını və İslam qarşıdurmasını 22 günlük müharibədə qələbə çalma münasibətilə təbrik edərək bildirdi: “Həqiqətən də, Qəzzada baş verənlər sanki bir möcüzədir”.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İİR-nın Hərbi Hava Qüvvələrinin komandirləri ilə hərbi işçilərin çoxsaylı qrupu ilə görüşündə İran xalqının Allaha iman, milli özünəinam hissini qoruma və elmi-əməli səyləri ilə yetişdiyi 30 illik inanılmaz inkişafına və nəzərə çarpan yüksək irəliləyişlərinə işarə edərək bildirdi: «İran xalqının hər il həvəslə və sarsılmaz əzmlə iştirak etdiyi genişmiqyaslı 22 Bəhmən yürüşləri bu xalqın İslam İnqilabının hədəflərinə səbr və dözümlə sadiq qalmalarının və milli dirçəlişin təzahürüdür. Builki 22 Bəhmən yürüşü də Allahın köməkliyi ilə milli nümayişin əzəmətli bir görüntüsü olacaqdır».
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Hövzənin (1) rəhbəri, Ali Şura üzvləri və Qum Elmi Hövzəsinin müdiriyyəti ilə görüşündə Elmi Hövzələri daha yüksək və zəngin mənbə hesab edərək qeyd etdi: «Müasir tələblərə cavabvermə, planların qurulması və reallaşdırılması Hövzədə elə dərin və əhatəli formada qurulmalıdır ki, bunun nəticəsində cəmiyyət və ruhaniliyə öncəkindən daha artıq xidmət edilsin».
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei diktator rejimlərin həbsxanasından azadlığa çıxan bir qrup məhbusla görüşü zamanı acınacaqlı və cansıxıcı əsirlik dövrlərinə toxunaraq xatırlatdı: «Siz həbsxanada göstərdiyiniz müqavimət və səbrinizlə İslamın əzəmətli və dünyəvi dirçəliş hərəkatını çox irəliyə apardınız. Eyni zamanda sizin müqavimətinizin hər bir anı Allah yanında böyük dəyərə və gözəl mükafata malikdir».
Bu gün günorta İslam İnqilabının Rəhbəri HƏMAS siyasi şöbəsinin rəisi cənab Xalid Məşəli qəbul etmişdir. Bu görüşdə Xalid Məşəl 22 günlük Qəzza müharibəsi, İslami Müqavimət Təşkilatının qələbəsi və bu müharibənin siyasi gedişinə dair məlumat vermişdir.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İİR-nın prezidenti cənab Əhmədi Nejada beşillik inkişaf proqramının əsas öhdəliklərini yazılı surətdə açıqlamışdır. Bu öhdəliklər ölkənin 20 illik inkişaf proqramının rəsmi sənədi, habelə ədalət və tərəqqi prinsipi əsasında müəyyən edilmişdir. 45 bənddən ibarət olan bu öhdəliklər ölkənin mədəniyyət, təhsil, texnologiya, iqtisadiyyat, siyasət, milli təhlükəsizlik və hərbi sahələrini əhatə etmişdir. Ali Dini Rəhbər beşillik inkişaf proqramının əsas öhdəliklərini özündə əks etdirən sənədi ölkə prezidenti ilə yanaşı İslam Şurası Məclisinin sədri, Məhkəmə Hakimiyyəti başçısı və Qurum Məsləhətini Müəyyənləşdirən Təşkilatın sədrinə göndərmişdir.
Bu gün səhər Qum şəhərinin minlərlə sakini ilə görüşən İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei məzlum Qəzza əhalisinin, uşaqların və qadınların sionistlər tərəfindən qətli-amını misli görünməmiş dəhşətli bir faciə adlandıraraq dedi: “İsrail və Amerikanın bu qorxunc cinayətləri törətməkdə əsas məqsədi müsəlmanların müqavimətini sındırmaq və Yaxın Şərqin ən mühüm regionunu ələ keçirməkdir. Lakin Allahın fəzli, fələstinli döyüşçülərin qətiyyətli əzmi və cani-dildən müdafiəsi, xalqın həqiqi ayıq-sayıqlığı və aktivliyi sayəsində bu hadisələr sonda haqqın batil üzərində qələbəsi ilə nəticələnəcək”.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran Universitetinin rektoruna və vəliyyi-fəqihin Tehran Universitetindəki nümayəndəliyinin rəhbərinə yazdığı məktubda müqəddəs hərbi müdafiə şəhidləri olan beş naməlum döyüşçünün universitet ərazisində dəfn olunması ilə bağlı məktub yazmışdır.