“İslamın, İslam İnqilabının və İranın alınmaz qalası” olan Kürdüstan diyarı bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneini hədsiz sevinc və böyük şövqlə qarşıladı. Bu diyarın qəlbi sevgi ilə dolu olan mömin, qeyrətli və savadlı insanları Kürdüstanın tarixində misilsiz qəhrəmanlıq salnaməsinə imza atmış, həmçinin milli və inqilabi idealların müdafiəsi uğrunda aparılan mübarizədə sünni və şiələrin bərəkətli birliyini və həmrəyliyini mümkün olan ən gözəl formada təcəssüm etdirmişlər.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkənin müxtəlif məntəqələrindən olan minlərlə tibb işçisi, müəllim və fəhlənin qatıldığı izdihamlı görüşdə bu üç təbəqəni cəmiyyətin ən mühüm və təsiredici təbəqəsi adlandıraraq, habelə müxtəlif vəzifəli şəxslərin və dövlət administrasiyasının seçilməsində xalqın misilsiz və həlledici rolunu açıqlayaraq bildirdi: “Düşmənin İran İslam Respublikasında keçirilən seçkiləri qeyri-obyektiv qələmə vermək cəhdlərini boşa çıxaran əzəmətli İran xalqı prezident seçkilərində də hamılıqla və tam səmimi iştirakı ilə düşməni qəzəbləndirəcək seçimini mütləq edəcəkdir!”
İran İslam Respublikasının Ali Dini Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Ermənistan Respublikasının prezidenti cənab Serj Sarkisyanla keçirdiyi görüşdə iki ölkə arasındakı münasibətləri müsbət qiymətləndirərək təkidlə bildirdi: “Tehrana hazırkı səfər zamanı əldə edilmiş bütün qarşılıqlı razılaşmalara ciddi əməl olunmasına diqqət yetirin”.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Venesuela Respublikasının prezidenti cənab Hüqo Çavez və onu müşayiət edən nümayəndə heyəti ilə bugünkü görüşündə Venesuelanın dövlət başçısının ədalətpərvərliyini, humanizmini və cəsarətli mövqe tutmaqdan çəkinməməsini təqdir etdiyini bildirərək dedi: “Sizin Venesuelada hakimiyyət başına gəlməyiniz Latın Amerikası regionunun tarixində yeni bir dönəmin başlanğıcı oldu. Venesuela dövlətinin, həmçinin əhalisinin qəhrəmanlığı və alicənablığı bu məntəqənin camaatında özünəinam hissi formalaşdırmışdır”.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei yeni ilin ilk günündə imam Rza (ə) hərəminin minlərlə zəvvarından və Məşhəd şəhərinin sakinlərindən ibarət böyük bir qrupla görüş keçirdi. Bu görüşmədə Ali Dini Rəhbər çıxış edərkən “tərəqqi və ədalətin müxtəlif zəruri amilləri” məsələsi, düşünülmüş və məqsədyönlü istehlak etalonunun islahı, respublikada keçiriləcək onuncu prezident seçkiləri, həmçinin İran və Amerika problemlərini şərh edərək təkidlə dedi: “Ölkədə mövcud olan müsbət amillərə və aparılmış hazırlıq tədbirlərinə əsasən demək olar ki, əzəmətli və əziz İran xalqı İslam İnqilabının dördüncü dekadasını bu inqilabın ən əsas şüarı olan “tərəqqi və ədalət” prinsiplərinin həyata keçirilməsi yolunda atılan böyük bir addıma və diqqətəlayiq bir sıçrayışa çevirəcək”.
İslam Peyğəmbərinin (s) və imam Sadiqin (ə) mübarək mövludu münasibətilə İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 950 nəfər ümumi və inqilab məhbuslarının, eləcə də tribunal və inzibati orqanlar tərəfindən həbsə alınmış hərbi dustaqların əfv edilməsi və cəza müddətinin azaldılmasını təsdiqlədi.
Böyük İslam Peyğəmbəri (s) və Həzrət imam Sadiqin (ə) mövlud ildönümü ərəfəsində İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei 3 nazir, dövlət müşaviri, hökumət məmurları, “İslami Vəhdət” beynəlxalq konfransının iştirakçıları, İslam ölkələrinin səfirləri və geniş xalq kütləsi ilə görüşündə əziz İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) mövludunu bəşəriyyətin yolu üçün təyinedici bir hadisə hesab edərək təkidlə dedi: “İslam Peyğəmbərinə (s) tabe olanların və onun yolunu davam edənlərin, xüsusilə siyasətçilər, alimlər, ziyalılar və İslam ümmətinə təsir edən nüfuzlu şəxslərin ən önəmli və mühüm vəzifəsi İslam vəhdətinə nail olmaq və təfriqə amilləri ilə mübarizə aparmaqdır”.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Xubriqan Məclisinin(1) başçısı və üzvləri ilə görüşündə millət və dövlətin "çalışmalar və müxtəlif problemlərlə" zəngin olan 30 illik birgə parlaq həyatını və müsbət hadisələri millətin müvəffəqiyyəti, həmçinin hakimiyyətin və İslam İnqilabının yararlığının bariz göstəricisi kimi qiymətləndirərək dedi: “İşıqlı gələcəyə inamla baxan məmurlar və vətəndaşlar onları şeytani bədbinlik və naümidliyə qapamaq üçün çalışan düşmənlərlə daim mübarizə edir, iftixarlı izzət və inkişaf yolunu yorulmaz iradə və əzmkarlıqla davam etdirirlər”.
İİR-nın Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tacikistanın prezidenti cənab İmaməli Rəhmanla görüşündə İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) çox yaxşı bir təşkilat olduğunu vurğulayıb EKO-nun üzvü olan ölkələrin müxtəlif tutum və xüsusiyyətlərə malik olması kimi həssas məqama toxunaraq dedi: «Bu məntəqə təşkilatı ölkələrin biri digərini tamamlayan tutum və xüsusiyyətlərindən mükəmməl şəkildə istifadə etməklə daha da fəallaşmalı və qüvvətlənməlidir».
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İslam Konfransı Təşkilatının sədri cənab Ehsanoğlu ilə görüşündə İslam dünyasının məsələlərində yaxından iştirak etməyi bu təşkilatın mühüm vəzifələrindən biri hesab edərək təkidlə dedi: “İslam Konfransı Təşkilatı İslam ölkələri arasında yaxınlıq və vəhdətin yaranmasında mühüm rol oynaya bilər”.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dünən Türkiyə prezidenti cənab Abdullah Gül və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə hər iki ölkə potensialının əlaqələrin daha da inkişafı üçün əhəmiyyətli olduğunu bildirərək təkid etdi: «EKO Təşkilatı iqtisadi əməkdaşlıqların genişlənməsi üçün bir nümunədir. Amma İran və Türkiyə bölgənin nüfuzlu və mühüm iki ölkəsi olaraq siyasət, təhlükəsizlik və xidmət sahələrində rabitələri genişlətmək imkanına malikdir».
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Pakistan prezidenti cənab Asəf Əli Zərdari ilə görüşündə hər iki millətin ortaq çox dərin mədəni və tarixi nöqtələrinə işarə edərək bildirdi: “Mömin Pakistan və İran millətlərinin qarşılıqlı məhəbbəti əsas bir amil kimi hər iki ölkənin münasibətlərinin genişlənməsinə lazımi zəmin yaradır”.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşündə iki ölkənin müştərək dəyərlərinin misilsiz olduğunu qeyd etdi və Tehran-Bakı əlaqələrinin yaxşı olmasına işarə edərək dedi: «Bu əlaqələr müxtəlif sahələrdə daha yaxın, daha səmimi və daha ciddi ola bilər».
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Livan parlamentinin spikeri Nəbiyyə Bəri ilə görüşündə müqavimət cəbhəsində qazanılan iki parlaq qələbədən sonra bölgənin hal-hazırkı şəraitinə işarə edərək bildirdi: «Artıq bu gün Livan Yaxın Şərq məntəqəsinin qəlbinə çevrilmişdir. Qəzza xalqının 22 günlük müharibədə qazandığı qələbə İslam qarşıdurmasının Livandakı 33 günlük müharibədə əldə etdiyi qalibiyyətdən doğan nəticədir».
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İraq prezidenti cənab Cəlal Tələbani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə iki millətin–İran və İraqın qədim və dərin əlaqələrinə, müştərək mədəni, tarixi və dini bağlantılarına işarə edərək təkidlə vurğuladı: “Belə münasib və çoxlu planlar müxtəlif sahələrdə iki ölkə arasındakı əlaqələrin adi və normal inkişafını, eləcə də sazişlərin həyata keçməsini təmin edir”.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei vəqf və xeyriyyə təşkilatlarının rəis və məsul şəxsləri ilə görüşündə vəqfi çox yaxşı və mübarək bir əməl adlandıraraq, həmçinin İlahi dinlər və İslamda belə gözəl adətin olmasına xüsusi işarə edərək bildirdi: “Vəqf mədəniyyəti daha da yayılmalı və genişlənməlidir”.
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Şərqi Azərbaycanın minlərlə mömin və inqilab ruhiyyəli camaatı ilə görüşündə ayıq olmaq, baş verən hadisələrə və mövcud duruma qarşı laqeyd olmamaq, cəsarətli və münasib addım atmaq kimi xüsusiyyətləri məhz imam Hüseyn (ə) məktəbinin böyük dərslərindən hesab edərək bildirdi: «İran xalqı zamanın nəbzini dərk etməklə düşmənlərin İnqilabı və İslam rejimini dini mahiyyətdən və inqilabi ruhiyyədən çıxartmaq üçün göstərdikləri səylərinin qarşısında tamamilə ayıqdır».
Bu gün İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran və Türkmənistan arasında çoxlu və dərin tarixi-mədəni müştərək cəhətlərə işarə edərək bildirdi: «Müxtəlif imkanlar və müxtəlif sahələrin olmasını nəzərə alaraq iki ölkə bir çox sahələrdə əməkdaşlıq edə bilərlər».
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei hörmətli alim Hüccətul-İslam vəl-müslimin Muhyiddin Hairi Şirazinin xidmətlərinə görə ona təşəkkür etdi və Hüccətul-İslam Şeyx Əsədullah İmanini Şirazın İmam-cüməsi və Vəliyyi-fəqihin Fars ostanı üzrə nümayəndəsi təyin etdi.
İslam İnqilabı qələbəsinin 30-cu ildönümü ilə əlaqədar Həzrət Ayətullah Xamenei 1167 nəfər ümumi və inqilab məhbuslarının, eləcə də tribunal və inzibati orqanları tərəfindən həbsə alınmış hərbi dustaqların əfv edilməsini təsdiqlədi.