Bu gün günorta İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Dəşti-Abbas” hərbi əməliyyat zonasında ‒ unudulmaz və iftixar doğuran “Fəthül-mubin” hərbi əməliyyatının yad edildiyi yerdə oldu, bununla da 1361-ci ildə qalibiyyətlə yerinə yetirilmiş bu uğurlu əməliyyatda cəsur İslam əsgərlərinin göstərdiyi rəşadət və qəhrəmanlığın xatirəsini ehtiramla yad etdi. Ali Məqamlı Rəhbər Uca Yaradandan əməliyyat zamanı şəhid olmuş əziz döyüşçülərin ruhlarına ən ali dərəcələri nəsib etməsini dilədi.
Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei böyük sənaye mərkəzlərindən birində oldu və ölkənin istehsal potensialının bir hissəsinin, xüsusilə də avtomobilqayırma və milli mühərrik istehsalı sahələrinin işi ilə yaxından tanış oldu.
Tehranda baş tutmuş Ümumdünya Novruz mərasiminə qatılan xarici ölkə prezidentləri və nümayəndələri bu gün günortadan sonra İranın dövlət başçısı cənab Mahmud Əhmədi Nejadla birgə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşmüşlər.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei baharın və yeni ilin ilk günündə – bu gün günortadan sonra səkkizinci imam Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəmini ziyarətə gələnlər və hərəmin yaxınlığında yaşayan əhali ilə izdihamlı görüş keçirdi. Ali Məqamlı Rəhbər yeni ilin şüarının – yəni “Daha da artıq təşəbbüs və zəhmət” şüarının reallaşmalı olduğu müxtəlif sahələr barədə ətraflı danışdı, həmçinin “Ədalət və tərəqqi” onilliyinin zəruri tələb və amillərini bir daha açıqladı. O, İran xalqının seçkinin ardınca baş vermiş hadisələrə və düşmənin səylərinə qarşı nümayiş etdirdiyi birlik və həmrəyliyi yüksək qiymətləndirərək təkidlə vurğuladı: “Allahın mərhəmət və fəziləti sayəsində bundan sonra da xalqımızın və ölkəmizin alın yazısı qələbə və tərəqqi, düşmənlərin alın yazısı isə məğlubiyyət və geriləmə olacaq!”
İİR-nın Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei verdiyi fərmanla keşikçi briqada generalı Məhəmməd Pakpuru İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı vəzifəsinə təyin etdi.
Ölkədə qeyd edilən Xeyirxahlıq Günü ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei imam Xomeyni (r.ə) adına İmdad Komitəsinin himayəsi altında olan insanlara və ehtiyaclı ailələrə kömək məqsədilə komitəyə 200 milyon riyal məbləğində maliyyə yardımı etdi.
Bu gün günorta İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Təbii resurslar” həftəsi münasibətilə iki ting əkdi. Mərasimdə Əkinçilik Cihadı naziri, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri və Tehran şəhərinin meri də iştirak etdilər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sonuncu peyğəmbər, nur, ədalət və rəhmət elçisi Həzrət Muhəmməd Mustafanın (s) mübarək doğum günü, habelə Peyğəmbər ailəsinin “sadiq”i – imam Cəfər Sadiqin (ə) təvəllüdü münasibətilə hökumət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü. İslam İnqilabının Rəhbəri çıxışında İslam həqiqətlərinin öyrənilməsini və sonuncu Peyğəmbərin (s) təlimlərinə əməl olunmasını İslam ümmətinin başlıca və təxirəsalınmaz ehtiyacı adlandırdı. O qeyd etdi: “Müxtəlif müsəlman məzhəblərinin tərəfdarlarının bir yumruqda birləşməsi İslam dünyasının problemlərini həll edəcək, onu inkişaf və yüksəlişə doğru aparacaq yeganə amildir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “D-8” qrupuna üzv olan ölkələrin sənaye nazirlərinin Tehranda baş tutan iclasının iştirakçıları ilə görüşmüşdür. O, “D-8” qrupuna üzv olan ölkələr arasındakı müştərək dinə və mədəniyyətə, bu ölkələrin Asiya və Afrikada tutduğu olduqca həssas coğrafi mövqeyə, onların 1 milyarda çatan əhalisinə və zəngin enerji mənbələrinə toxunaraq təkidlə qeyd etdi: “Bu 8 ölkə arasındakı əməkdaşlıq bütün müsəlman dövlətləri üçün örnək ola bilər. Sənaye sferasında əməkdaşlığın uğurla davam etdirilməsi, sözsüz ki, İslam dünyasına və qrupa üzv olan ölkələrə öz müsbət təsirini göstərəcək”.
Bu gün səhər İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İslami İrşad və Mədəniyyət naziri, İslam Mədəniyyəti və Mədəni Əlaqələr Təşkilatının sədri, habelə İİR-nın xaricdəki mədəni nümayəndəliklərinin rəsmiləri ilə görüşdə ölkənin həqiqi qüdrətinin mədəniyyətdə olduğunu qeyd edərək vurğuladı: “İİR-nın düzgün və real mənzərəsinin, İranın bugünkü həqiqətlərinin və nailiyyətlərin təsviri, bununla yanaşı, fars dili və ədəbiyyatının təbliği İslam dövlətini ölkədən xaricdə təmsil edən mədəni nümayəndəliklərin olduqca çətin və məsuliyyətli vəzifələri sırasına daxildir”.
Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici İşlər naziri, XİN-nin məsul rəsmiləri, habelə İİR-nın xaricdəki səfirləri və nümayəndəliklərinin sədrləri ilə görüşdə İslam İnqilabını beynəlxalq siyasətdə “İmperializmə qarşı birgə mübarizə siyasəti” adlı yeni bir məntiq və tendensiya formalaşdırmış bir hadisə adlandıraraq təkidlə vurğuladı: “İİR-nın səfir və nümayəndələrinin vəzifələri “İmperializmə qarşı mübarizə siyasəti”ndə irəliləyişə nail olmaq üçün keyfiyyətli, güclü və effektiv diplomatik fəaliyyət göstərməkdir. Bunun üçün isə İslam İnqilabının, habelə şəriətin başlıca prinsipləri üzərində möhkəm durmaq və bu prinsiplərdən utanc duymamaq vacib şərtdir”.
Əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd Mustafanın (s) mübarək təvəllüdü və Vəhdət həftəsinin ilk günündə “Fələstinin sabahı naminə milli və İslami həmrəylik” konfransının açılışında Fələstin cihad və mübarizə dəstələrinin rəhbərləri İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək belə qeyd etdilər: “Fələstin və Qüdsi-şərif müqavimət, cihad və mübarizə sayəsində İslam ümmətinə qaytarılacaq və qəsbkar İsrailə məğlubiyyət və məhvdən başqa bir müqəddərat nəsib olmayacaq”.
Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin (1) sədri və məclis üzvləri ilə görüşmüşdür. Görüş zamanı Ali Məqamlı Rəhbər olduqca əhəmiyyətli və diqqətəlayiq çıxışında İslam dövlətini Allaha itaətə əsaslanan, “Allahın cızdığı layihə və plan” üzrə qurulmuş bir rejim adlandıraraq, həmçinin ölkədə prezident seçkilərindən sonra baş vermiş iğtişaşlara toxunaraq təkidlə vurğuladı.
Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin fərmanı ilə görkəmli İran alimləri və İran Hərbi Dəniz Donanmasının şanlı mütəxəssisləri tərəfindən layihəsi hazırlanaraq konstruksiya edilmiş “Cəməran” eskadra mina gəmisinin rəsmən İİR-nın Hərbi Dəniz Donanmasının balansına verilməsi münasibətilə xüsusi mərasim keçirildi. Bununla da İran İslam Respublikası ən son texnologiya ilə hazırlanmış mürəkkəb quruluşlu kreyser və esmineslərin layihəsi, konstruksiyası və təchizatı ilə məşğul olan azsaylı dünya ölkələrinin sırasına qatıldı.
Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azərbaycan əhalisi ilə görüşdə bu il bəhmən ayının 22-də baş tutmuş ümumxalq yürüşündə xalqın izdihamlı və diqqətəlayiq iştirakını Tanrının böyük möcüzəsi adlandıraraq xüsusilə vurğuladı: “22 bəhmən günü İran xalqı ayıq-sayıqlıq, uzaqgörənlik, böyük əzm və Allah-Taalanın dəstəyi ilə İslam Respublikasının bütün əleyhdarlarına sərt cavab verdi və hər kəsə vəzifəsini bəyan etdi”.
İslam İnqilabının qələbəsinin 31-ci ildönümü ərəfəsində İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ümumi və İnqilabi Məhkəmə instansiyalarında, Hərbi Tribunallarda və İqtisad Məhkəmələrində mühakimə edilmiş 960 nəfər məhkumun cəzasının əfv edilməsinə, yaxud cəzalarının yüngülləşdirilməsinə razılıq verdi.
Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei Hərbi Hava Qüvvələrində xidmət edən yüksək rütbəli hərbçilər, zabitlər, pilotlar və texniki heyətlə görüşündə İslam İnqilabının sarsılmazlığının və effektivliyinin sirrini bu hərəkatın təməlinin İlahi bir stimulla qoyulmasında, onun ixlas və imanla həyata keçirilməsində gördüyünü deyərək, həmçinin xalqın birlik və həmrəyliyinin qorunub-saxlanmasının vacibliyinə toxunaraq vurğuladı: “İran xalqı 22 bəhmən günü söz birliyi və həmrəylik nümayiş etdirərək imperializm blokunu keçmişdə olduğu kimi bir daha mat qoyacaq”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə təkidlə qeyd etdi: “Məzlumların hegemonlar üzərində qələbəsi Allahın istəyi və iradəsidir. Fələstin Tanrının bu istək və iradəsinin gerçəkləşdiyi bir meydana çevrilib”.
Şəhidlər ağası imam Hüseynin (ə) şəhadətinin qırxıncı gününün ‒ Ərbəin gününün ildönümündə imam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə əza mərasimi təşkil edildi. Zəncanın imanlı əhalisinin, o cümlədən cavanlarının iştirak etdiyi bu mərasim imam Hüseynə (ə) qarşı aşıb-daşan sevgi və emosiya atmosferində baş tutdu.