İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Donanmasının komandanı və komandanlığın müavinləri ilə görüşdə bildirdi ki, kadr potensialının gücləndirilməsi, donanmanın şəxsi heyətinə istedadlı kadrların cəlb edilməsi əhval-ruhiyyəsi və irəli sürülən təşəbbüslərin araya-ərsəyə gətirilməsi Hərbi Dəniz Donanmasının gələcəyi üçün vacibdir. O dedi: “Bu mühüm iş güclü iradə, müsbət planlaşdırma, daimi və yeni metodlu idarəçilik sayəsində reallaşa bilər”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei imamət və dini rəhbərlik bayramı olan mübarək Qədir-Xum bayramında və 5 Azər – İran İslam Respublikasında bəsic qüvvələrinin formalaşdırılmasının ildönümü ərəfəsində 110 min nəfərə yaxın bəsici ilə görüşdü. Ali Məqamlı Rəhbər qeyd etdi ki, əzəmətli bir hadisə olan Qədir-Xum hadisəsinin gerçək mahiyyəti tarixdə imamətin, ədalətli və bütün bəşər cəmiyyətinə səadət bəxş edəcək hökumətin təcəssüm etməsidir. O, bəsicin misilsiz dərəcədə parlaq mahiyyətinə də toxunaraq dedi: “Bəsicilərin varlığını davam etdirməsi, ixlasını, uzaqgörənliyini və mətinliyini gücləndirməsi mömin İran xalqının sonda qəti qələbə qazanacağı barədə verilmiş sadiq ilahi vədin gerçəkləşməsinin simvoludur”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə İsfahan sakini ilə emosional bir atmosferdə baş tutan izdihamlı görüşdə qeyd etdi ki, İran xalqının müvəffəqiyyətlərinin sirri onun imanında və dini dəyərlərə sadiqliyindədir. Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İran xalqı bu bərəkətli sədaqətini daha da möhkəmləndirmək sayəsində bütün sferalarda avanqard və qalib olacaqdır. Düşmənin isə həmişə olduğu kimi, arzuları puç olacaq, məyus və ümidsiz bir vəziyyətdə qalacaq!”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə və şagirdlə bu gün səhər baş tutan izdihamlı görüşdə 13 Abanı “Amerikanın tamahkarlığının, despot şah rejiminin xaricdən asılılığının, gözüaçıqlığa söykənən imanın mətinliyinin, gənc nəslin ictimai-siyasi meydanlarda avanqard sıralarda yer almasının və gənc inqilabçılar nəslinin şücaət və cəsarətinin simvolu” adlandıraraq bunları vurğuladı: “Bu gün İran xalqı hər zaman olduğundan daha qətiyyətli və güclü şəkildə yüksək hədəflərə, səadət zirvələrinə doğru irəliləməkdədir və bu möhtəşəm hərəkatın ön sırasında gənclər durub!”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müqəddəs Qum şəhərinə səfərinin sonuncu gecəsində şəhid Fatimi, Uqəlayi və Karkubzadənin mənzillərinə gedib, ailələrinə baş çəkdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qum vilayətinin müxtəlif məntəqələrində məsul vəzifələrdə çalışan şəxslərlə görüşündə xalqa xidmət etməyi “Tanrının insana nəsib etdiyi müvəffəqiyyət və dəyər” adlandıraraq vurğuladı: “Üstəlik bu xidmət Qum vilayətinin əhalisi kimi imanlı, mücahid, ictimai işlərdə ülvi stimula malik olan və sınaqlardan çıxmış bir camaat üçündürsə, sözsüz ki, ikiqat dəyərə malikdir. Məhz buna görə də vəzifəli şəxslər Qum əhalisinə maksimum səviyyədə xidmət göstərmək və vilayətin problemlərini həll etmək yolunda bütün qüvvələrini səfərbər etməlidirlər”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ötən gecə Qum Elmi-teoloji Mərkəzinin Ali İdarəetmə Şurasının üzvləri ilə görüşündə qeyd etdi ki, Elmi-teoloji Mərkəzin fəaliyyəti üçün vahid təhsil, tədqiqat və təbliğat sisteminin işlənib hazırlanması vacibdir. O, əlavə etdi: “Elmi-teoloji Mərkəzin ciddi ehtiyaclarından biri perspektiv inkişaf planının, strateji fəaliyyət proqramının işlənib hazırlanmasıdır”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qum vilayətindəki ali təhsil ocaqlarında təhsil alan minlərlə tələbə və gənclə görüşdü. Ali Məqamlı Rəhbər qeyd etdi ki, iki müstəvidə – “təkallahlılıq etiqadına əsaslanan dünyagörüşü” və “baş verən müxtəlif hadisə və olaylarda” bəsirət və uzaqgörənlik millətin tərəqqi və nüfuzunun davam etdirilməsini nəzərdə tutan uzunmüddətli proqramlar üçün başlıca zəmindir. Son dərəcə əhəmiyyətli olan “bəsirət” anlayışının incə nüanslarını açıqlayan Ali Məqamlı Rəhbər bunları vurğuladı: “İranın ayıq-sayıq, uzaqgörən və enerji dolu gəncləri İslam dövlətinin vüqar və başucalığı yolunda öz mübarək səylərini davam etdirməklə əzəmətli İslam dini, əziz vətənimiz, nəcib xalqımız və bu böyük diyarın tarixi üçün izzət və iftixar dolu bir salnamə yaradırlar”.
Həzrət Ayətullah Xameneinin Qum vilayətinə səfəri çərçivəsində Höccətül-İslam vəl-muslimin Rəsuli Məhəllati Ali Məqamlı Rəhbərin nümayəndəsi qismində vilayətin müxtəlif məntəqələrini ziyarət edərək Rəhbərin salamını orada yaşayan mömin, səmimi və mehriban sakinlərə çatdırdı.
Bu gün günorta İmam Xomeyni (r.ə) adına Təhsil-tədqiqat Müəssisəsinin rəhbəri, məsul işçiləri və müəssisədə fəaliyyət göstərən elmi şuraların üzvləri Qum şəhərində Ali Məqamlı Rəhbərlə görüşdülər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qum şəhərinə səfərinin 7-ci günü – bu gün səhər İran İslam Respublikasında təhsil alan minlərlə xarici tələbə ilə görüşündə qeyd etdi ki, İslam dininin ülvi təlimlərinin bir daha tədqiq olunaraq dünyaya çatdırılması İran İslam Respublikasının başlıca məqsədlərindən biridir. Ali Məqamlı Rəhbər həmçinin bunları da vurğuladı: “Müsəlman xalqların bu nicatverici təlimlərlə tanış olması İslam ümmətinin öz kimliyini dərk etməsi, özündə nüfuz, tərəqqi, azadlıq və qüdrət ruhu hiss etməsi üçün zəmin yaradacaq!”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bazar günü gecə Qum Elmi-Teoloji Mərkəzində fəaliyyət göstərən ustadlardan, alimlərdən və mərkəzin nümunəvi tələbələrindən bir qrupu ilə görüşərək söhbət etdi. Söhbət əsnasında Ali Məqamlı Rəhbər “elm”in elmi-teoloji mərkəzlərin gerçək mahiyyətini təşkil etdiyini dedi, bu mahiyyətə əməldə bağlılığın meyarlarına toxunaraq həmin mərkəzlərin şübhə və sualları müsbət qarşılamasının, azad düşüncəyə geniş yer verməsinin və mühafizəkarlıqdan uzaq olmasının, elm sahəsində özünə inamlı olmasının, müxtəlif rəy və fikirlər qarşısında rasional və məntiqə uyğun metodlardan istifadə etməsinin vacibliyi, onların müxtəlif sferalara ehtiyac duyması, oradakı əxlaq və tərbiyə sistemi və düşməni tanımağın zəruriliyi ilə bağlı mühüm məqamları qeyd etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İmam Xomeyni (r.ə) adına gecə ibadətgahında Qum vilayətində yaşayan minlərlə bəsici ilə həyəcanlı və izdihamlı bir atmosferdə görüşdü. Bəsicin müxtəlif aspektləri və onu təşkil edən komponentlər haqda danışan Ali Məqamlı Rəhbər üç başlıca faktoru – uzaqgörənlik, ixlas və vaxtında və lazımi səviyyədə iş görməyi “bəsicin fəaliyyətinin başlıca meyarları” adlandırdı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qum Elmi-teoloji Mərkəzinin Tədris İşçiləri Cəmiyyətinin sədri və üzvləri ilə görüşdə sözügedən qurumu “köklü-köməcli, İslam hərəkatının baş qaldırdığı dövrdə, eləcə də İslam İnqilabından sonra sınaqlardan çıxmış, İmam Xomeyninin (r.ə) və inqilabın kursunu mətanətlə davam etdirən, elmi-teoloji sferada misilsiz olan bir qurum” adlandıraraq vurğuladı: “Qum Elmi-teoloji Mərkəzinin Tədris İşçiləri Cəmiyyəti bu güclü mahiyyətini qoruyub saxlayaraq elmi-teoloji dairələr, həmçinin ölkənin ümumi atmosferi üçün meyar olmaqda davam etməlidir”.
Ali Məqamlı Rəhbərin Qum şəhərinə səfərinin 4-cü axşamında Həzrət Ayətullah Safi Qolpayqani, habelə Qum Elmi-teoloji Mərkəzində fəaliyyət göstərən alim və ustadlardan daha bir qrupu Ali Məqamlı Rəhbərliyin Qumdakı idarəsində Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cümə gecəsi gözlənilmədən Qum şəhərində yaşayan 3 şəhid ailəsinin görüşünə getdi və onlardan hər biri ilə sevgi və səmimiyyət dolu bir atmosferdə söhbət edərək Qum şəhidlərinin ailə üzvlərinin səbir və dözümünü yüksək qiymətləndirdiyini bildirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər alimlər, ruhani elm xadimləri, ustadlar, mədrəsə müdirləri və Qum Elmi-teoloji Mərkəzində təhsil alan tələbələrlə izdihamlı və həyəcanlı şəraitdə baş tutan görüşdə teoloji təhsil müəssisələrində baş verən dəyişikliklər və bu dəyişikliklərin tənzimlənməsinin müxtəlif aspektləri haqda danışdı. Elmi-teoloji mərkəzlərlə İslam rejiminin qarşılıqlı münasibətləri ilə bağlı mövcud olan yanlış fikirlərə toxunan Ali Məqamlı Rəhbər İslam düşmənlərinin İslam dövlətini zəiflətmək, teoloji təhsil müəssisələrini və ruhaniləri bir küncə çəkilməyə vadar etmək məqsədilə cürbəcür taktikalardan istifadə etdiklərini dedi.
Həzrət Ayətullahlar Cəfər Sübhani, Məkarim Şirazi, Şubəyri Zəncani, habelə Qum Elmi-teoloji Mərkəzində fəaliyyət göstərən digər alim və ustadlardan və şəhərin vəzifəli şəxslərindən bir qrupu Ali Məqamlı Rəhbərin Quma səfərinin ikinci axşamı Ali Məqamlı Rəhbərliyin Qum şəhərindəki idarəsində Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qum vilayətində yaşayan dəyərli şəhid ailələri, əlil və veteranlarla bu gün səhər baş tutan görüşündə şəhidliyə etiqadın, Allah yolunda canından keçməyin savabına və fəzilətinə inamın “İran xalqının gerçək qüdrətinin simvolu” olduğunu deyərək bunları vurğuladı: “Böyük İran xalqı ona izzət və əzəmət bəxş edən bu mənəvi faktorlar sayəsində imperialistlərin acgözlüyü və haqsız tələbkarlığı qarşısında möhkəm dayanmaqda davam edəcək!”
Həzrət Ayətullah Nuri Həmədani və Həzrət Ayətullah Cavadi Amoli, habelə Qum Elmi-teoloji Mərkəzində fəaliyyət göstərən alim və ustadlardan, şəhərin vəzifəli şəxslərindən bir qrupu Ali Məqamlı Rəhbərin şəhərə gəlişinin ilk axşamında Ali Məqamlı Rəhbərliyin Qum şəhərindəki idarəsində Həzrət Ayətullah Xamenei ilə görüşdülər.