Bu gün – ümmətin İmam Xomeynidən (r.ə) ayrı düşdüyü günün 21-ci ildönümündə mömin və qədirbilən İran xalqı “Ruh-e xoda” (Allahın ruhu) adı verdiyi imamın müqəddəs hərəmini İran insanının İmam Xomeyni məktəbinə və kursuna dərin sədaqətinin təcəssüm etdiyi məkana çevirdi, ən coşqun emosiyalarını ifadə etməklə bir daha dahi Xomeyninin layiqli davamçısı Həzrət Ayətullah Xameneiyə ayıq-sayıq, gözüaçıq və mübariz olacağını söz verdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin Sədri və deputatlarla bu gün səhər baş tutan görüşündə imperialistlərin İran iqtisadiyyatını zəiflətmək, rəsmilər arasında ixtilaf yaratmaq, dini əqidə və emosiyaları donuqlaşdırmaq üçün hazırladıqları ssenari haqda ətraflı danışaraq parlament və hökumət arasında qarşılıqlı koordinasiyanın vacibliyini, son sözün qanuna aid olduğunu vurğuladı.
İki aləmin ən üstün xanımı, sonuncu peyğəmbər Məhəmmədin (s) qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) və xanımın bərəkətli övladı İmam Xomeyninin (r.ə) mübarək doğum günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə bu iffətli və əsl-nəcabətli qadının fəzilətli, tərifəlayiq keyfiyyətlərinin şerin-sözün dili ilə mədh olunduğu mövlud mərasimi keçirildi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin teoloji mərkəz və universitetlərində dərs deyən ziyalı xanımlarla, habelə zərif cinsin müxtəlif sferalardakı yüzlərlə görkəmli nümayəndəsi ilə bu gün səhər baş tutan görüşündə qeyd etdi ki, İslamda qadın evin böyüyü, ailənin gülüdür.
Bu gün səhər İran İslam Respublikasında “Ədalət” mövzusuna həsr edilmiş II Strateji İdeyalar Konfransı keçirildi. Konfransda İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei, habelə universitetlərdə və teoloji mərkəzlərdə fəaliyyət göstərən onlarla alim, mütəfəkkir, professor və tədqiqatçı bir araya gələrək fikir mübadiləsi apardılar.
Bu gün səhər təqribən 3 saat müddətində ölkənin sayılıb-seçilən nəşrlərinin və yüksək tirajlı kitabların sərgiləndiyi pavilyonlara baxış keçirən Həzrət Ayətullah Xamenei ən yeni kitablar və çap məhsulları ilə yaxından tanış oldu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətində xalqın seçilən nümayəndələrindən, möhtərəm şəhid ailələrindən, ruhani alimlərdən və vəzifəli şəxslərdən bir qrupu ilə görüşündə bu vilayəti “elm, ədəbiyyat və incəsənət”, “səmimiyyət, maariflənmə və sədaqət”, “qəhrəmanlıq, şücaət və mərdanəlik diyarı” adlandıraraq dedi: “İran xalqı özünün uzaqgörən, qətiyyətli, fasiləsiz və doğru hərəkatı sayəsində elmi və ictimai cəhətdən, siyasi nüfuz və milli qürur baxımından keçmişdəkindən daha yüksək status qazanıb”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin təhsil müəssisələrində çalışan minlərlə müəllimlə bu gün səhər baş tutan görüşündə qeyd etdi ki, təlim-tərbiyənin ən mühüm vəzifəsi İslam Respublikası və İran xalqının əzəmətli hərəkatı üçün layiqli insanlar yetişdirməkdir. O vurğuladı: “Məhz buna görə də təlim-tərbiyə sistemində İran-İslam modeli əsasında elə bir müstəqil və mütərəqqi dəyişikliyin həyata keçirilməsinə ehtiyac var ki, nəticəsi mömin, Allaha təvəkkül edən, şərəfli, cəsur, novator, səbirli, gələcəyə inanan, yeni-yeni meydanlara atılmaq üçün gözəl xarakterə malik, riskli insanların yetişdirilməsi olsun”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Vilayətlər üzrə Ali Şuranın rəhbəri və üzvləri, habelə vilayət mərkəzlərinin bələdiyyə başçıları ilə bu gün səhər keçirdiyi görüşdə qeyd etdi ki, şəhər və kəndlərdə fəaliyyət göstərən islami şuralar İran İslam Respublikasının iftixar mənbəyi olan, xalqın müxtəlif rəy və görüşlərinə, istəklərinə əsaslanan bir strukturdur. Xalqa xidmət etmək üçün həmrəylik, koordinasiya və müsbət rəqabətin lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Düşmənləri sevindirən, onlara hay-küy qaldırmaq üçün bəhanə verən, dostların isə narahatlığına səbəb olan istənilən addım qınanır və ondan çəkinmək lazımdır”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkənin dörd bir yanından gəlmiş fəhlə və zəhmətkeşlərlə görüşündə qeyd etdi ki, tərəqqi İran xalqının işıqlı və dəyişməz alın yazısıdır. O, zəhmətkeşliyin İslam dinində və rasional məntiqdə tutduğu yüksək mövqeyə toxunaraq dedi: “Bütün dövlət və qeyri-dövlət müəssisələrinin, habelə bütövlükdə xalqın “İqtisadi cihad” ilinin tələblərinə ciddi maraq göstərməsi böyük və vüqarlı İranımızda sıçrayışa səbəb olacaq”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əkinçilik, Su və Təbii Resurslar Komissiyasının sədri və komissiya üzvləri ilə görüşündə əhalinin ərzaq tələbatının ödənilməsi və məşğulluq probleminin həllində oynadığı rol baxımından əkinçilik sektorunu “ölkənin birinci dərəcəli problemi” adlandırdı. O dedi: “Parlament və hökumətin birgə səyləri nəticəsində qanunvericilikdə əkinçilik sektoru ilə bağlı boşluqların aradan qaldırılması, məsələyə genişmiqyaslı və hərtərəfli yanaşma əkinçiliyin statusunun yüksəlməsi və bu sahədəki problemlərin aradan qalxması üçün zəmin yarada bilər”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Daxili İşlər Naziri və təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli rəsmiləri ilə bu gün günortadan sonra baş tutangörüşündə cəmiyyətdə asayiş və təhlükəsizliyin, xüsusən də əxlaqi-psixoloji asayişin təmin edilməsini təhlükəsizlik qüvvələrinin başlıca vəzifəsi adlandırdı. Xalqın mənəvi-psixoloji asayişinin qorunmasında KİV-in, mətbuatın, partiya nümayəndələrinin və cəmiyyətdə nüfuza malik insanların öhdəsinə ağır məsuliyyət düşdüyünü qeyd edən Ali Məqamlı Rəhbər vurğuladı ki, ...
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Fars vilayətində yaşayan minlərlə insanla görüşündə olduqca mühüm məsələlərə toxundu. Hazırda dünya və regionda müşahidə olunan həssas şəraiti analiz edən Ali Məqamlı Rəhbər islami oyanışa diqqət çəkdi, xalqa və bütün rəsmilərə birlik və həmrəyliyi qorumağı, durmadan işləyib çalışmağı, İslam dövlətinin düşmənlərinin əlinə bəhanə verməməyi tövsiyə edərək aşağıdakıları vurğuladı: “Bu gün üçlü hakimiyyət qüvvələri, xüsusilə dövlət, həqiqətən, çalışır, xalqa xidmət edir. Xalq və Rəhbərlik ölkədə zəhmət və xidmət kursunu daim dəstəkləyəcək. Lakin Rəhbərlik...
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İslam İnqilabının Arxiv İdarəsinin rəhbər işçiləri və idarədə çalışan tədqiqatçılarla görüşündə qeyd etdi ki, İslam İnqilabının tarixinin onun ilhamverici, effektiv dalğaları nöqteyi-nəzərindən dəqiq və düzgün araşdırılaraq yazıya alınması olduqca əhəmiyyətli və vacibdir. O, vurğuladı: “İslam İnqilabının tarixi yazılarkən başlıca olaraq, yüksək keyfiyyətə, habelə İslam İnqilabı və onunla bağlı məsələlər haqqında dəqiq məlumatı olmayan milyonlarla gənc nəsil auditoriyasına önəm verilməlidir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun yüksək rütbəli zabitləri ilə bugünkü görüşündə 29 fərvərdin tarixini – İran İslam Respublikası Ordusunun yaranma gününü və Silahlı Qüvvələrin bu qolunun dəyərli xidmətlərini böyük ehtiramla xatırlayaraq aşağıdakıları vurğuladı: “Uca Tanrının İslam dövlətinə xidmət etmək üçün yaratdığı fürsətdən istifadə edərək bütün intellektual və əməli gücümüzü, potensialımızı ortaya qoymalıyıq!”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hərbi və polis qüvvələrinin bir qrup yüksək çinli qulluqçusu və rəsmi şəxsləri ilə bu gün baş tutan görüşü zamanı belə bir fikir səsləndirdi ki, yaşanan günlərin, illərin, habelə xalqların həyata keçirdiyi hərəkatların mübarək olması, xeyir-bərəkət gətirməsi insanların Allaha təvəkküllə yanaşı, enerji dolu, yorulmaq bilməyən əmək və çalışqanlıq, novatorluq, kreativlik və uzaqgörənlik nümayiş etdirməsindən asılıdır. O vurğuladı: “Bu gün regionumuzda başlamış mübarək hərəkat İran xalqının mübarizliyinin, böyük əzm və şücaətinin, öz gücünü, iradəsini və ruh yüksəkliyini meydana çıxarmağın bəhrələrindən bir qismidir və regionu gələcəkdə daha böyük dəyişikliklər gözləyir”.
Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Cənubi Pars məntəqəsindəki neft sənayesi müəssisələrində çalışan mühəndis, texnik və fəhlələr, habelə məntəqədə yaşayan möhtərəm şəhid ailələri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər yeni ilin “İqtisadi cihad ili” adlandırılmasına toxunaraq dedi: “İran xalqı dünyanın zalım və hegemon dövlətləri qarşısında 32 il müqavimət göstərib. Bu cihad və mübarizə iqtisadi müstəvidə daha da kompleks surətdə, ciddi və strateji formada davam etdiriləcək”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei yeni ilin ilk iş həftəsində – bu gün Əsələviyə şəhərindəki Cənubi Pars zonasında həyata keçirilən neft, qaz və neft-kimya sənayesinə aid istehsal və inkişaf layihələrinə baxış keçirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dahi və mütəfəkkir ruhani alim Ayətullah Hacı Şeyx Məhəmməd Sadiqi Tehraninin vəfatı ilə əlaqədar başsağlığı verdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mömin və pəhrizkar ruhani alim Hacı Şeyx Cavad Həsənəlinin vəfatı ilə əlaqədar başsağlığı verdi.