Bu gecə (bazar günü, tasua gününə keçən gecə) Ali Məqamlı Rəhbərin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə şəhidlər ağası Əba Əbdillah Hüseynə (ə) həsr olunmuş ikinci matəm mərasimi təşkil olundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun Hərbi Donanmasının yüksək rütbəli komandanları və rəsmiləri ilə bu gün (bazar ertəsi) günorta baş tutan görüşü zamanı İslam İnqilabından sonra donanmanın getdikcə artan, olduqca müsbət irəliləyişlər əldə etdiyini qeyd edərək dedi: “İslam İnqilabı xalqımıza və rəsmilərimizə milli qürur bəxş etdi. Məhz bu milli qürurun bərəkəti sayəsində İran bir yumruqda birləşərək ən böyük imperialistlərin və işğalçıların iradəsinin əleyhinə çıxdı, onların iradəsini qırdı”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin dörd bir yanında xalqın müxtəlif təbəqələrini təmsil edən nümunəvi bəsicilərlə bu gün (bazar günü) səhər baş tutan möhtəşəm görüşü zamanı bəsic hərəkatını “Aşura məktəbinin şanlı ardıcılı, İran xalqının tarixdəki unudulmaz, ilhamverici yadigarı, xalqın içərisindən baş qaldırmış və xalqa xidmət edən bir hərəkat” adlandırdı.
Dünən (çərşənbə axşamı) axşam saatlarında şəhid general Həsən Tehrani Moqəddəmin evinə gedən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei onun ailə üzvləri ilə görüşüb söhbət etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin başsağlığı müraciətində Keşikçi Korpusun Özünütəminetmə Cihadı Təşkilatının sıralarından şəhid olmuş hərbçilərin, xüsusilə də briqada generalı komandir Həsən Moqəddəmin xatirəsi böyük ehtiramla yad edilərək aşağıdakı fikirlər qeyd olunur: “Yüksək keyfiyyətləri ilə seçilən bu peşəkar kadrların zəhmətinin məhsulu indi cihad ruhlu döyüşçülərimizin ixtiyarındadır və o kollektivin yetirmələri bu nurlu kursu davam etdirmək üçün lazımi qədər bacarıqlıdır”.
Bu gün (bazar ertəsi) səhər Ali Baş Komandan Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Özünütəminetmə Cihadı Təşkilatının sıralarından şəhid olmuş hərbçilərin (Qədir şəhidlərinin) dəfn mərasimində iştirak etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin əzəmətli həcc mərasimi münasibətilə hacılara ünvanladığı müraciətdə qeyd olunur ki, bəzi müsəlman ölkələrində baş qaldırmış inqilablar İslam dünyasının ən mühüm məsələlərindəndir, bu olayların mahiyyətində isə Allahın açıq-aşkar möcüzələri gizlənmişdir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraq Kürdüstanı Muxtariyyətinin prezidenti cənab Məsud Barzani ilə bu gün (bazar günü) səhər baş tutan görüşü zamanı hal-hazırda İraqda sabitlik və müstəqilliyin bərqərar olunmasına toxunaraq vurğuladı: “İraqdakı bütün məzhəb və etnosların Amerikanın təzyiqlərinə qarşı birgə müqaviməti, işğalçı hərbçilərin hüquqi toxunulmazlığı əleyhinə aparılan mübarizə və sonda Amerikanın İraqı tərk etmək məcburiyyətində qalması bu ölkənin tarixindəki qızıl səhifələrdən biridir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər – əhalinin və mənzil şəraitinin ümumi siyahıyaalınmasına start verildiyi ilk gündə bu ümummilli layihədə iştirak etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamanei Kirmanşah vilayətinə səfərinin sonuncu – 9-cu günündə müxtəlif hökumət strukturlarında çalışan rəsmilər və rəhbər kadrlarla görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, İslam dövlətində sədaqətlə, saf ilahi niyyətlə xalqa xidmət etmək Allahın insana nəsib etdiyi mənəvi dəstəkdir və Yaradanın məmnunluğuna, xalqa yardıma və İslam dövlətinin daha da möhkəmlənməsinə səbəb olur.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Kirmanşah vilayətində yaşayan, İslam İnqilabı və İslam Respublikası uğrunda xidmətləri olmuş veteran və I qrup əlil xanımlardan bir qrupu ilə görüşdü. Həzrət Ayətullah Xamenei səbir və vüqar simvolu olan bu qadınların çox yüksək təqdirə layiq olduqlarını dedi.
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinə səfərinin 8-ci günündə Kəngavərin və ətraf şəhərlərin əhalisi ilə ruh yüksəkliyi ilə dolu, izdihamlı bir atmosferdə görüşdü. Çıxışı əsnasında Ali Məqamlı Rəhbər böyük İran xalqının son 30 ildə əldə etdiyi nailiyyətlərə istinadən aşağıdakıları vurğuladı: “Əziz xalqımız seçdiyi yolun son dərəcə çətin etaplarını qüdrət və iftixarla arxada qoyub. O, qazandığı nailiyyətlərlə kifayətlənməyəcək, qarşıdakı bütün mərhələləri də birlik, optimizm və mətinliyi sayəsində uğurla qət edəcək”.
Kirmanşah vilayətinin yüzlərlə görkəmli, sayılıb-seçilən elm, mədəniyyət, ədəbiyyat, idman, incəsənət, ictimaiyyət və iqtisadiyyat xadimi Ali Məqamlı Rəhbərin vilayətə səfərinin yeddinci günü – bu gün (çərşənbə axşamı) səhər onunla görüşərək müxtəlif mövzularda fikir mübadiləsi etdilər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinə səfərinin 6-cı günündə Pave və Ouramant məntəqələrinin mehriban və istiqanlı əhalisi ilə izdihamlı bir atmosferdə görüşdü. Əhali qarşısında çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, şiə və sünnilər arasına təfriqə salmaq İslam düşmənlərinin əl atdığı həmişəki vasitədir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinə səfərinin 5-ci günü vilayət universitetlərinin minlərlə tələbə və müəllimi ilə izdihamlı bir atmosferdə görüşdü. Ali Məqamlı Rəhbər İslam dövlətinin məqsəd və amallarının mahiyyət etibarilə daim aktual və həmişəyaşar olduğunu dəlillərlə əsaslandıraraq qeyd etdi ki, rejimin strukturundakı elastiklik, bu amalları gerçəkləşdirən siyasət və mexanizmlərdə vaxtında dəyişiklik və islahatların aparılması İslam dövlətinin dəyərli potensiallarından biridir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Kirmanşah vilayətinə səfərinin dördüncü günü Gilan-e Qərb şəhərinin mömin, mübariz və sədaqətli əhalisi ilə görüşün rayihəsinə büründü. Gilan-e Qərb əhalisindən ibarət izdihamlı kütlənin qarşısında çıxış edən Həzrət Ayətullah Xamenei mübariz İran xalqının nümayəndələrini, xüsusilə də gəncləri “milli və dini qürurun, şərəf və heysiyyətin sərhədlərini qoruyan ayıq-sayıq müdafiəçilər” adlandırdı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinə səfərinin 3-cü günündə – bu gün səhər vilayətin minlərlə vüqarlı və cəsur bəsicisi ilə görüşdü. Görüş bəsicilərin İslam İnqilabına və dini rəhbərliyə sevgi və sədaqəti ilə dolu bir atmosferdə keçdi. Ali Məqamlı Rəhbər görüş zamanı bəsicin nədən doğduğu, bu qüvvələrin özünəməxsus xüsusiyyətləri haqda danışdı.
Bu gün (cümə axşamı) səhər – Ali Məqamlı Rəhbərin Kirmanşaha səfərinin ikinci günündə şəhid ailələri, əlil və veteranlar şəhidlərin rayihəsi, etdikləri fədakarlığın əziz xatirəsi ilə dolu bir atmosferdə Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (çərşənbə günü) Kirmanşah vilayətinin şiə və sünni təriqətli din alimləri, ruhaniləri, habelə din elmlərini öyrənən tələbələri ilə görüşdü. Ali Məqamlı Rəhbər son dövrdə regionda həyata keçirilmiş hərəkatlardan sonra İslama 3-cü meyllənmə dalğasının müşahidə olunduğuna, Qərbdə baş qaldırmış antikapitalizm hərəkatına toxunaraq qeyd etdi ki, bu şəraitdə ruhanilərin boynuna ikiqat artıq vəzifə düşür.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Kirmanşahın Azadlıq meydanında bu şəhərin minlərlə əhalisi ilə izdihamlı bir şəraitdə görüş keçirdi. Öz mühüm çıxışı əsnasında Ali Məqamlı Rəhbər İslam Respublikasında əsas meyar kimi, xalqın rolu, mövqeyi, ictimai-siyasi proseslərdə iştirakı və əzmi haqqında ətraflı danışdı. O həmçinin müxtəlif xarakterli qarşıdurmalarda xalqın böyük imkan və potensialından istifadə etmənin effektindən, elm, iqtisadiyyat, sənaye və kənd təsərrüfatı sferalarındakı yüksək templi inkişafdan da söz açdı.