İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Nuri Maliki və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə regionda gedən proseslərə, o cümlədən Suriya və Bəhreyn hadisələrinə toxunaraq vurğuladı: “İran İslam Respublikası Qoşulmama Hərəkatının, İraq isə Ərəb Birliyinin sədri olaraq, bu qurumların imkanlarından regionda gedən proseslərə ciddi və düzgün təsir göstərmək istiqamətində istifadə edə və bu müstəvidə mühüm rol oynaya bilərlər”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İndoneziya Respublikası prezidentinin müavini cənab Budiyano və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Qoşulmama Hərəkatının başlıca amallarına, hərəkata üzv olan ölkələrin son dərəcə yüksək imkan və potensiala malik olduğuna toxunaraq vurğuladı: “Qoşulmama Hərəkatının banilərinin əsas hədəfi formal bir qurum yaratmaq olmayıb. Onlar canlı və effektiv bir hərəkatın əsasını qoymaq istəyiblər. Bu hədəfi indi yenidən dirçəltmək lazımdır”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Banqladeşin baş naziri xanım Şeyx Həsinə Vaced və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (cümə günü) səhər baş tutan görüşündə İran və Banqladeşin qədim mədəni tarixinə, uzaq keçmişdə Banqladeşdə fars dilinin geniş yayılmış olduğuna toxunaraq vurğuladı: “Dərin mədəni əlaqələr siyasi, beynəlxalq, ictimai və iqtisadi əməkdaşlıqlar üçün münasib zəmindir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Livan Respublikasının prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə bu ölkənin regionda xüsusi əhəmiyyətə və həssaslığa malik olduğunu qeyd etdi. O dedi: “Bəzi xarici qüvvələr regionun bəzi ölkələrindəki problemləri Livana sirayət etdirməyə çalışırlar. Livandakı partiya və tayfaların birliyi və əməkdaşlığı, mühüm bir dəyər olan müqavimətin üzərində möhkəm durmaları bu manevrləri uğursuzluğa düçar edə bilər”.
Zimbabve Respublikasının prezidenti bildirdi ki, İranın Qoşulmama hərəkatına sədrlik etməsi ədalət, azadlıq və istiqlal tələb edən ölkələrə 4 cəhətdən ümid vermiş çox yaxşı bir xəbərdir. Bu gün (cümə axşamı) günortadan sonra Həzrət Ayətullah Xameneinin görüşünə gələn cənab Muqabu Ali Məqamlı Rəhbərin sammitin açılış iclasında etdiyi çıxışın yüksək səviyyəli, öyrədici, dərin fəlsəfi məqamları ehtiva edən stimulverici bir çıxış olduğunu dedi. O, əlavə etdi: “Biz çox şadıq ki, hərəkatın sədrliyi Qərbin imperialist dövlətlərinə qarşı mübarizədə parlaq təcrübəyə imza atmış bir ölkəyə həvalə olunub”.
Həzrət Ayətullah Xamenei Tacikistan Respublikasının prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, region xalqlarının dərin, köklü, müştərək dil və mədəniyyəti iki və çoxtərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi, daha gözəl gələcəyin quruculuğu üçün münasib zəmindir.
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə bildirdi ki, İran İslam Respublikası öz qonşularına münasibətdə dostluq və əməkdaşlıq siyasəti yürüdür. Münasibətlərin genişləndirilməsini alqışladığını bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hər iki ölkənin geniş və çoxcəhətli potensialı əməkdaşlıqların genişləndirilməsi üçün şərait yaradır”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hindistanın baş naziri Man Muhan Sinq və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə İran və Hindistan dövlətləri arasındakı mədəni, emosional, sivil və tarixi əlaqələrin keçmişinə toxunaraq aşağıdakıları vurğuladı: “İran xalqı Hindistana daim müsbət yanaşıb. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin əvvəlkindən də artıq genişləndirilməsi üçün çox münasib zəmindir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günortadan sonra BMT-nin baş katibi cənab Ban Ki Mun və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Görüş zamanı İran sivilizasiyası və mədəniyyətinin tarixi keçmişinə toxunan Ali Məqamlı Rəhbər dedi: “İranın sivil-mədəni məsələlərdəki mühüm və yüksək mövqeyini nəzərə alaraq demək olar ki, İran İslam Respublikası İslam dinindən qaynaqlanan bəşər sivilizasiyası və mədəniyyətini genişləndirmək üçün müsbət zəminə malikdir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə dövlətin bəzi güclü cəhətlərini sadalayaraq müqavimət iqtisadiyyatının ölkənin inkişaf tempini davam etdirmək üçün yeganə yol olduğunu bildirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) xalqın müxtəlif təbəqələrini təmsil edən bir qrup insan, hökumət nümayəndələri və müsəlman ölkələrinin Tehrandakı səfirləri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər regionun hazırkı həssas və taleyüklü şəraitini düzgün qiymətləndirməyin, imperialist cəbhəsinin son dərəcə dolaşıq hiylə və planlarına qarşı sayıq olmağın vacibliyini vurğuladı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günortadan sonra yüzlərlə vüqarlı azadə ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər yenidən bir neçə gün öncə Şərqi Azərbaycanın bəzi bölgələrində baş vermiş zəlzələ nəticəsində ziyan çəkən insanlarla həmdərd olduğunu ifadə edərək Qüds məsələsini İslam dünyasının əsas problemi adlandırdı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra ölkə universitetlərində fəaliyyət göstərən yüzlərlə professor, tədqiqatçı və elmi işçi ilə görüşdü. Görüş əsnasında Ali Məqamlı Rəhbər dünyanın yeni bir siyasi, iqtisadi və sosial quruluşa keçid, dəyişikliklər mərhələsində olduğunu dedi.
Bu gün (çərşənbə axşamı) günortadan sonra ölkə universitetlərinin minə yaxın fəal və seçilən tələbəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə üz-üzə və səmimi bir atmosferdə görüşdü. Təxminən üç saat yarım davam edən görüş zamanı tələbələr Ali Məqamlı Rəhbərlə söhbət edərək universitetlər, elm, mədəniyyət, ictimaiyyət, siyasət və iqtisadiyyatla bağlı müxtəlif məsələlər haqda fikir mübadiləsi apardılar.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Həsən Müctəbanın (ə) mövludu günündə fars dili və ədəbiyyatı ustadlarından, gənc şairlərdən bir qrupu ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər ölkədə şeir karvanının sürət və uzaqgörənliklə, düzgün istiqamətdə irəlilədiyini qeyd edərək dedi: “Bu hərəkatın davam etdirilməsi ilə sevimli İranımız dünya, xüsusən də region mədəniyyətinə bir daha öz dəyərli töhfəsini verəcək”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei elm və texnologiya sferasında tədqiqat aparan mütəxəssislər, novator insanlar, habelə elmi əsaslı şirkətlərin, elm və texnologiya parklarının rəsmiləri ilə bu gün günortadan sonra baş tutan görüşündə elmin ölkənin coşub-daşan, tükənmək bilməyən sərmayəsi olduğunu bildirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri və hökumət nümayəndələri ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, İran xalqı və İslam dövlətinin son 32 il ərzindəki mütərəqqi hərəkatının sirri reallığı görmə ilə yanaşı olan yüksək amallara can atmadır.
Bu gün – Quranın nazil olduğu mübarək Ramazan ayının ilk günündə, günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Quranla ünsiyyət məclisi quruldu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dünyasının mindən artıq üzdə olan, ziyalı və mücahid xanımı ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, möhtəşəm islami oyanış hərəkatında qadınların rolu əvəzsizdir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri, yüksək vəzifəli rəsmiləri və hakimlərlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, cəmiyyətdə ədalətli mühakimənin gerçəkləşdirilməsi məqsədilə ədliyyə strukturunun təkmilləşdirilməsi əsas hədəfdir. Bu hədəfə çatmaq üçün vacib olan bəzi məqamları geniş şərh edən Ali Məqamlı Rəhbər hazırkı şəraitdə bütün dövlət strukturları, özəlliklə də üçlü hakimiyyət qüvvələri arasında əməkdaşlığın şəri cəhətdən vacib və lazımlı olduğunu bildirdi.