İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şimali Koreya Xalq Demokratik Respublikası Ali Şurasının sədri cənab Kim Yunq Namla bu gün (şənbə günü) səhər baş tutan görüşündə Şimali Koreya və İranın mövqelərinin əksər müstəvilərdə üst-üstə düşdüyünə toxunaraq vurğuladı: “Yüksək hədəflərə aparan yolda ciddi olmaq, təzyiq, sanksiya və təhdidlərin iradələrdə boşluq yaratmasına imkan verməmək lazımdır”.
Həzrət Ayətullah Xamenei Qvineya-Bisau Respublikasının prezidenti cənab Manuel Serifu Nyamadju ilə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə Qoşulmama Hərəkatının üzv ölkələr arasında müxtəlif əməkdaşlıqlar üçün çox gözəl imkan olduğunu bildirdi. O dedi: “Qoşulmama Hərəkatının üzvləri bu hərəkat çərçivəsində geniş əməkdaşlıqlar üçün planlar işləyib hazırlasalar, hegemon dövlətlərin müstəqil ölkələrə təzyiq və sanksiyalar tətbiq etmək səyləri ortadan qalxar”.
Həzrət Ayətullah Xamenei Monqolustan Respublikasının prezidenti cənab Saxiaqiyn Elbeqdorja ilə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə İran və Monqolustanın ortaq tarixi-mədəni keçmişinə, o cümlədən moğolların İranda hakimiyyətdə olduğu dövrə aid tarixi-elmi əsərlərə toxunaraq dedi: “Belə bir tarixi keçmişə malik olan İran-Monqolustan əlaqələri əvvəlkindən də artıq genişləndirilməlidir”.
Bu gün (cümə günü) günortadan sonra Ali Məqamlı Rəhbərlə görüşən müxtəlif dövlət rəsmiləri sırasında Benin Respublikasının prezidenti, Afrika İttifaqının cari dövrdə fəaliyyətdə olan sədri cənab Yayi Boni də var idi.
Bu gün (cümə günü) günortadan sonra Ali Məqamlı Rəhbərlə görüşən dövlət rəsmilərindən biri də Sudan Respublikasının prezidenti cənab Ömər Əlbəşir oldu. Görüş zamanı Həzrət Ayətullah Xamenei regionun müsəlman ölkələrinin mühüm məsələlərlə bağlı daha artıq fəallıq nümayiş etdirməli olduqlarını vurğulayaraq dedi: “Qoşulmama Hərəkatı müstəqil müsəlman dövlətlərinin öz bacarıqlarından istifadə edərək regionun problemlərinə, o cümlədən Fələstin və Suriya məsələlərinə təsir göstərmələri, təşəbbüsü ələ almaları üçün gözəl bir imkandır”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əlcəzairin parlament sədri cənab Əbdülqadir bin Salehlə bu gün (cümə günü) günortadan sonra baş tutan görüşü zamanı Əlcəzair xalqının inqilabi keçmişini, antiimperialist hərəkatını yüksək dəyərləndirərək dedi: “İslam İnqilabının qələbəsindən sonra Əlcəzair dövləti həmişə müqavimət cəbhəsində yer alan yaxşı bir şərik olub”.
Pakistan Respublikasının prezidenti ilə görüşündə Ali Məqamlı Rəhbər terrorizmi Qərb tərəfindən region xalqlarına zorla yük edilmiş əziyyət verici bir varlıq adlandıraraq dedi: “Amerika və Qərb dövlətləri ayaq basdıqları hər yerə şər, fəsad və qeyri-sabitlik gətirirlər”.
Ali Məqamlı Rəhbər Şri-Lanka Respublikasının prezidenti ilə bu gün (cümə günü) günortadan sonra keçirdiyi görüş zamanı bildirdi ki, dost ölkələrin birliyi onların nüfuzunu möhkəmləndirir, qüdrətini artırır və milli mənafelərini təmin edir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həmçinin Suriya prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (cümə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, Suriyada baş verən kədərli olaylara səbəb olan əsas və pərdəarxası amillər Amerika və İsraildir. O vurğuladı: “Sözsüz ki, Qoşulmama Hərəkatının Suriyadakı məsələlərə siyasi müdaxilə etməyə Amerika, NATO və bəzi Qərb ölkələrindən daha çox haqqı çatır”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Nuri Maliki və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə regionda gedən proseslərə, o cümlədən Suriya və Bəhreyn hadisələrinə toxunaraq vurğuladı: “İran İslam Respublikası Qoşulmama Hərəkatının, İraq isə Ərəb Birliyinin sədri olaraq, bu qurumların imkanlarından regionda gedən proseslərə ciddi və düzgün təsir göstərmək istiqamətində istifadə edə və bu müstəvidə mühüm rol oynaya bilərlər”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İndoneziya Respublikası prezidentinin müavini cənab Budiyano və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Qoşulmama Hərəkatının başlıca amallarına, hərəkata üzv olan ölkələrin son dərəcə yüksək imkan və potensiala malik olduğuna toxunaraq vurğuladı: “Qoşulmama Hərəkatının banilərinin əsas hədəfi formal bir qurum yaratmaq olmayıb. Onlar canlı və effektiv bir hərəkatın əsasını qoymaq istəyiblər. Bu hədəfi indi yenidən dirçəltmək lazımdır”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Banqladeşin baş naziri xanım Şeyx Həsinə Vaced və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (cümə günü) səhər baş tutan görüşündə İran və Banqladeşin qədim mədəni tarixinə, uzaq keçmişdə Banqladeşdə fars dilinin geniş yayılmış olduğuna toxunaraq vurğuladı: “Dərin mədəni əlaqələr siyasi, beynəlxalq, ictimai və iqtisadi əməkdaşlıqlar üçün münasib zəmindir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Livan Respublikasının prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə bu ölkənin regionda xüsusi əhəmiyyətə və həssaslığa malik olduğunu qeyd etdi. O dedi: “Bəzi xarici qüvvələr regionun bəzi ölkələrindəki problemləri Livana sirayət etdirməyə çalışırlar. Livandakı partiya və tayfaların birliyi və əməkdaşlığı, mühüm bir dəyər olan müqavimətin üzərində möhkəm durmaları bu manevrləri uğursuzluğa düçar edə bilər”.
Zimbabve Respublikasının prezidenti bildirdi ki, İranın Qoşulmama hərəkatına sədrlik etməsi ədalət, azadlıq və istiqlal tələb edən ölkələrə 4 cəhətdən ümid vermiş çox yaxşı bir xəbərdir. Bu gün (cümə axşamı) günortadan sonra Həzrət Ayətullah Xameneinin görüşünə gələn cənab Muqabu Ali Məqamlı Rəhbərin sammitin açılış iclasında etdiyi çıxışın yüksək səviyyəli, öyrədici, dərin fəlsəfi məqamları ehtiva edən stimulverici bir çıxış olduğunu dedi. O, əlavə etdi: “Biz çox şadıq ki, hərəkatın sədrliyi Qərbin imperialist dövlətlərinə qarşı mübarizədə parlaq təcrübəyə imza atmış bir ölkəyə həvalə olunub”.
Həzrət Ayətullah Xamenei Tacikistan Respublikasının prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, region xalqlarının dərin, köklü, müştərək dil və mədəniyyəti iki və çoxtərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi, daha gözəl gələcəyin quruculuğu üçün münasib zəmindir.
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə bildirdi ki, İran İslam Respublikası öz qonşularına münasibətdə dostluq və əməkdaşlıq siyasəti yürüdür. Münasibətlərin genişləndirilməsini alqışladığını bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hər iki ölkənin geniş və çoxcəhətli potensialı əməkdaşlıqların genişləndirilməsi üçün şərait yaradır”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hindistanın baş naziri Man Muhan Sinq və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə İran və Hindistan dövlətləri arasındakı mədəni, emosional, sivil və tarixi əlaqələrin keçmişinə toxunaraq aşağıdakıları vurğuladı: “İran xalqı Hindistana daim müsbət yanaşıb. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin əvvəlkindən də artıq genişləndirilməsi üçün çox münasib zəmindir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günortadan sonra BMT-nin baş katibi cənab Ban Ki Mun və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Görüş zamanı İran sivilizasiyası və mədəniyyətinin tarixi keçmişinə toxunan Ali Məqamlı Rəhbər dedi: “İranın sivil-mədəni məsələlərdəki mühüm və yüksək mövqeyini nəzərə alaraq demək olar ki, İran İslam Respublikası İslam dinindən qaynaqlanan bəşər sivilizasiyası və mədəniyyətini genişləndirmək üçün müsbət zəminə malikdir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə dövlətin bəzi güclü cəhətlərini sadalayaraq müqavimət iqtisadiyyatının ölkənin inkişaf tempini davam etdirmək üçün yeganə yol olduğunu bildirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) xalqın müxtəlif təbəqələrini təmsil edən bir qrup insan, hökumət nümayəndələri və müsəlman ölkələrinin Tehrandakı səfirləri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər regionun hazırkı həssas və taleyüklü şəraitini düzgün qiymətləndirməyin, imperialist cəbhəsinin son dərəcə dolaşıq hiylə və planlarına qarşı sayıq olmağın vacibliyini vurğuladı.