Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Ordunun yüksək rütbəli zabit heyəti ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun yüksək rütbəli zabit heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İİR Ordusunun yüksək rütbəli zabitləri, habelə Ordunun nailiyyətlərini əks etdirən sərginin təşkilatçıları ilə bu gün (çərşənbə axşamı) keçirdiyi görüşdə bütövlükdə Orduda müşahidə olunan inkişafdan məmnun qaldığını bildirərək qeyd etdi ki, elmlə əməlin çulğaşması qarşıya qoyulan hədəflərin gerçəkləşməsində, işlərin düzgün şəkildə yerinə yetirilməsində ən mühüm amildir. O, Silahlı Qüvvələri bu başlıca, inkişaf etdirici amilə diqqət yetirməyə çağırdı.
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və üzvləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə ölkədəki şəraiti dəyərləndirərək İranın ümumilikdə arzulanan templə inkişaf etdiyini dedi. Qoşulmama Hərəkatının sammitinin Tehranda keçirilməsini İslam dövlətinin qüdrət, əzəmət və möhtəşəmliyinin göstəricisi olaraq qeyd edən Ali Məqamlı Rəhbər vurğuladı: “İran xalqının kütbeyin düşmənləri bu sammiti İran İslam Respublikası əleyhinə diplomatik müharibəyə çevirdilər. Bunun nəticəsi isə onların biabırçı məğlubiyyəti oldu”.
Ali Məqamlı Rəhbər Teoloji Mərkəzlər Ali Şurasının üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Teoloji Mərkəzlər Ali Şurasının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin teoloji mərkəzlərini özündə birləşdirən Ali Şuranın üzvləri ilə keçirdiyi görüşdə sözügedən şuranın nüfuzlu alim və ruhanilərin yetişdirilməsində malik olduğu mövqe və rola toxunaraq teoloji mərkəzlərdə həyata keçirilən dəyişikliklərə ciddi yanaşmağın, onların daxili potensialını canlandırmağın, din tələbələrinin əxlaqi, intellektual və dini bilik səviyyəsini yüksəltməyin vacibliyini vurğuladı.
Ali Məqamlı Rəhbər Şimali Koreya Xalq Demokratik Respublikası Ali Şurasının sədri ilə görüşdü
Ali Məqamlı Rəhbər Şimali Koreya Xalq Demokratik Respublikası Ali Şurasının sədri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şimali Koreya Xalq Demokratik Respublikası Ali Şurasının sədri cənab Kim Yunq Namla bu gün (şənbə günü) səhər baş tutan görüşündə Şimali Koreya və İranın mövqelərinin əksər müstəvilərdə üst-üstə düşdüyünə toxunaraq vurğuladı: “Yüksək hədəflərə aparan yolda ciddi olmaq, təzyiq, sanksiya və təhdidlərin iradələrdə boşluq yaratmasına imkan verməmək lazımdır”.
Ali Məqamlı Rəhbər Qvineya-Bisau Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Qvineya-Bisau Respublikasının prezidenti ilə görüşdü
Həzrət Ayətullah Xamenei Qvineya-Bisau Respublikasının prezidenti cənab Manuel Serifu Nyamadju ilə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə Qoşulmama Hərəkatının üzv ölkələr arasında müxtəlif əməkdaşlıqlar üçün çox gözəl imkan olduğunu bildirdi. O dedi: “Qoşulmama Hərəkatının üzvləri bu hərəkat çərçivəsində geniş əməkdaşlıqlar üçün planlar işləyib hazırlasalar, hegemon dövlətlərin müstəqil ölkələrə təzyiq və sanksiyalar tətbiq etmək səyləri ortadan qalxar”.
Ali Məqamlı Rəhbər Monqolustan Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Monqolustan Respublikasının prezidenti ilə görüşdü
Həzrət Ayətullah Xamenei Monqolustan Respublikasının prezidenti cənab Saxiaqiyn Elbeqdorja ilə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə İran və Monqolustanın ortaq tarixi-mədəni keçmişinə, o cümlədən moğolların İranda hakimiyyətdə olduğu dövrə aid tarixi-elmi əsərlərə toxunaraq dedi: “Belə bir tarixi keçmişə malik olan İran-Monqolustan əlaqələri əvvəlkindən də artıq genişləndirilməlidir”.
Ali Məqamlı Rəhbər Sudan prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Sudan prezidenti ilə görüşdü
Bu gün (cümə günü) günortadan sonra Ali Məqamlı Rəhbərlə görüşən dövlət rəsmilərindən biri də Sudan Respublikasının prezidenti cənab Ömər Əlbəşir oldu.
Görüş zamanı Həzrət Ayətullah Xamenei regionun müsəlman ölkələrinin mühüm məsələlərlə bağlı daha artıq fəallıq nümayiş etdirməli olduqlarını vurğulayaraq dedi: “Qoşulmama Hərəkatı müstəqil müsəlman dövlətlərinin öz bacarıqlarından istifadə edərək regionun problemlərinə, o cümlədən Fələstin və Suriya məsələlərinə təsir göstərmələri, təşəbbüsü ələ almaları üçün gözəl bir imkandır”
Ali Məqamlı Rəhbər Əlcəzairin parlament sədri ilə görüşdü
Ali Məqamlı Rəhbər Əlcəzairin parlament sədri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əlcəzairin parlament sədri cənab Əbdülqadir bin Salehlə bu gün (cümə günü) günortadan sonra baş tutan görüşü zamanı Əlcəzair xalqının inqilabi keçmişini, antiimperialist hərəkatını yüksək dəyərləndirərək dedi: “İslam İnqilabının qələbəsindən sonra Əlcəzair dövləti həmişə müqavimət cəbhəsində yer alan yaxşı bir şərik olub”.
Ali Məqamlı Rəhbər Suriyanın baş naziri ilə görüşdü
Ali Məqamlı Rəhbər Suriyanın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həmçinin Suriya prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (cümə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, Suriyada baş verən kədərli olaylara səbəb olan əsas və pərdəarxası amillər Amerika və İsraildir. O vurğuladı: “Sözsüz ki, Qoşulmama Hərəkatının Suriyadakı məsələlərə siyasi müdaxilə etməyə Amerika, NATO və bəzi Qərb ölkələrindən daha çox haqqı çatır”.
Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü
Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Nuri Maliki və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə regionda gedən proseslərə, o cümlədən Suriya və Bəhreyn hadisələrinə toxunaraq vurğuladı: “İran İslam Respublikası Qoşulmama Hərəkatının, İraq isə Ərəb Birliyinin sədri olaraq, bu qurumların imkanlarından regionda gedən proseslərə ciddi və düzgün təsir göstərmək istiqamətində istifadə edə və bu müstəvidə mühüm rol oynaya bilərlər”.
Ali Məqamlı Rəhbər İndoneziya Respublikası prezidentinin müavini ilə görüşdü
Ali Məqamlı Rəhbər İndoneziya Respublikası prezidentinin müavini ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İndoneziya Respublikası prezidentinin müavini cənab Budiyano və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Qoşulmama Hərəkatının başlıca amallarına, hərəkata üzv olan ölkələrin son dərəcə yüksək imkan və potensiala malik olduğuna toxunaraq vurğuladı: “Qoşulmama Hərəkatının banilərinin əsas hədəfi formal bir qurum yaratmaq olmayıb. Onlar canlı və effektiv bir hərəkatın əsasını qoymaq istəyiblər. Bu hədəfi indi yenidən dirçəltmək lazımdır”.
Ali Məqamlı Rəhbər Banqladeşin baş naziri ilə görüşdü
Ali Məqamlı Rəhbər Banqladeşin baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Banqladeşin baş naziri xanım Şeyx Həsinə Vaced və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (cümə günü) səhər baş tutan görüşündə İran və Banqladeşin qədim mədəni tarixinə, uzaq keçmişdə Banqladeşdə fars dilinin geniş yayılmış olduğuna toxunaraq vurğuladı: “Dərin mədəni əlaqələr siyasi, beynəlxalq, ictimai və iqtisadi əməkdaşlıqlar üçün münasib zəmindir”.
Ali Məqamlı Rəhbər Livanın prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Livanın prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Livan Respublikasının prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə bu ölkənin regionda xüsusi əhəmiyyətə və həssaslığa malik olduğunu qeyd etdi. O dedi: “Bəzi xarici qüvvələr regionun bəzi ölkələrindəki problemləri Livana sirayət etdirməyə çalışırlar. Livandakı partiya və tayfaların birliyi və əməkdaşlığı, mühüm bir dəyər olan müqavimətin üzərində möhkəm durmaları bu manevrləri uğursuzluğa düçar edə bilər”.
Ali Məqamlı Rəhbər Zimbabve Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Zimbabve Respublikasının prezidenti ilə görüşdü
Zimbabve Respublikasının prezidenti bildirdi ki, İranın Qoşulmama hərəkatına sədrlik etməsi ədalət, azadlıq və istiqlal tələb edən ölkələrə 4 cəhətdən ümid vermiş çox yaxşı bir xəbərdir.
Bu gün (cümə axşamı) günortadan sonra Həzrət Ayətullah Xameneinin görüşünə gələn cənab Muqabu Ali Məqamlı Rəhbərin sammitin açılış iclasında etdiyi çıxışın yüksək səviyyəli, öyrədici, dərin fəlsəfi məqamları ehtiva edən stimulverici bir çıxış olduğunu dedi. O, əlavə etdi: “Biz çox şadıq ki, hərəkatın sədrliyi Qərbin imperialist dövlətlərinə qarşı mübarizədə parlaq təcrübəyə imza atmış bir ölkəyə həvalə olunub”.
Ali Məqamlı Rəhbər Tacikistan Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Tacikistan Respublikasının prezidenti ilə görüşdü
Həzrət Ayətullah Xamenei Tacikistan Respublikasının prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, region xalqlarının dərin, köklü, müştərək dil və mədəniyyəti iki və çoxtərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi, daha gözəl gələcəyin quruculuğu üçün münasib zəmindir.
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə bildirdi ki, İran İslam Respublikası öz qonşularına münasibətdə dostluq və əməkdaşlıq siyasəti yürüdür.
Münasibətlərin genişləndirilməsini alqışladığını bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hər iki ölkənin geniş və çoxcəhətli potensialı əməkdaşlıqların genişləndirilməsi üçün şərait yaradır”.
Ali Məqamlı Rəhbər Hindistanın baş naziri ilə görüşdü
Ali Məqamlı Rəhbər Hindistanın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hindistanın baş naziri Man Muhan Sinq və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə İran və Hindistan dövlətləri arasındakı mədəni, emosional, sivil və tarixi əlaqələrin keçmişinə toxunaraq aşağıdakıları vurğuladı: “İran xalqı Hindistana daim müsbət yanaşıb. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin əvvəlkindən də artıq genişləndirilməsi üçün çox münasib zəmindir”.

Seçilmiş ünvanlar