İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günortadan sonra İraq Respublikasının prezidenti cənab Fuad Məsum və onu müşayiət edən nümayəndə heyəti ilə keçirdiyi görüşdə müsəlman ərəb ölkələri içərisində İraqın çox mühüm və nüfuzlu bir dövlət olduğunu qeyd etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Simnan ostanının 3 min şəhidinin xatirəsinə həsr olunmuş konfransın idarə heyətinin üzvləri ilə görüşü zamanı (14.03.1394-cü il tarixində) etdiyi çıxışın mətni bu gün (cümə axşamı) səhər Simnan şəhərindəki Qədir salonunda keçirilən konfransda oxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Təhsil Naziri, təhsil sahəsinin rəsmiləri və ölkənin müxtəlif bölgələrində çalışan müəllimlərdən böyük bir qrupu ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə təlim-tərbiyənin cəmiyyətdəki əvəzsiz yerindən, müəlimlərin imanlı, bilikli, ziyalı, özünəinamlı, optimist bir gənc nəslin yetişdirilməsində olduqca mühüm və effektiv rola malik olmasından danışdı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif regionlarından gəlmiş minlərlə fəhlə və zəhmətkeşlə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə daxili istehsalla əlaqəli hökumət qurumlarının, rəsmilərin və digər müxtəlif şəxslərin öhdəsinə düşən vəzifələri açıqlayaraq korrupsiya və qaçaqmalçılıqla real mübarizə aparmaq lazım olduğunu vurğuladı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei polis qüvvələrinin siyasi-ideoloji hazırlığına cavabdeh olan rəhbər kadrların forumunda iştirak edən yüksək rütbəli komandirlərlə bu gün (bazar günü) səhər baş tutan görüşündə polis qüvvələrinin İslam Respublikasının iqtidar və təhlükəsizliyinin təzahürü olduğunu qeyd etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əfqanıstan Respublikasının prezidenti cənab Məhəmməd Əşrəf Qəni ilə bu gün (bazar günü) günortadan sonra keçirdiyi görüşdə iki ölkə arasında zəngin tarixi-mədəni əlaqələrin, müştərək cəhətlərin mövcud olduğuna toxunaraq İslam maarifinin və fars dilinin inkişafı və təbliğində Əfqanıstan alimləri və ədiblərinin böyük rolu olduğunu qeyd etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər ordunun yüksək rütbəli zabitlərindən, şəxsi heyətin üzvlərindən bir qrupu və şəhid ailələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrə özlərində gözüaçıqlıq xüsusiyyətini, dini və inqilabi məfkurəni qorumağa və gücləndirməyi, müdafiə bacarığını, texniki təchizatı, habelə mənəvi-psixoloji hazırlığı artırmağı təkidlə tövsiyə etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xanımlar, şairlər və Əhli-Beyt (ə) məddahları ilə bu gün səhər keçirdiyi görüşdə iştirakçıları Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə təbrik edərək nüvə məsələsi və Yəməndə baş verən olaylarla bağlı çox mühüm məqamlara toxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə dünyada böyük dəyişiklik olan ümumi islami oyanışın İslam düşmənlərini narahat edən başlıca səbəb olduğunu qeyd etdi.
1394-cü ilin ilk günündə – bu gün (şənbə günü) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət Əli İbn Musa Rzanın (ə) müqəddəs hərəmini ziyarətə gəlmiş insanlar, eləcə də o ətrafda yaşayan əhali ilə görüşdü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, mükəmməl İslamın gerçəkləşməsi Uca Yaradanın istəyi və İran İslam Respublikasının başlıca hədəfidir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ətraf mühit və təbii sərvətlərin qorunması məsələləri ilə əlaqəli hökumət qurumlarının rəsmiləri və rəhbər işçiləri ilə bu gün (bazar günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, havanın çirklənməsi, qum tufanları, meşələrin, otlaqların və yaşıllıq zonalarının qırılması və s. bu kimi ekoloji problemlərin həlli üçün aidiyyətli qurumların ciddi və ardıcıl surətdə fəaliyyət proqramları hazırlanmasına, müvafiq tədbirlər görməsinə və nəzarətinə ehtiyac var.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin 28.11.1393-cü il tarixində “Şəhid pedaqoqlar”, “Şəhid tələbələr” və “Şəhid incəsənət xadimləri” konqreslərinin təşkilat komitələrinin üzləri ilə baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər Teleqüllənin toplantı salonunda keçirilən “Şəhid pedaqoqlar” konqresində oxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin ölkədə mühəndislərin peşə bayramının lazımi səviyyədə qeyd olunması məqsədi ilə təşkil olunmuş komitənin üzvləri ilə 6 bəhmən 1393-cü il (23 yanvar 2015) tarixində baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər həmin məqsədlə Tehran teleqülləsinin toplantı salonunda keçirilən konfransda oxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan ostanında əhalinin müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə builki 22 bəhmən yürüşlərində möhtəşəm iştirakına görə böyük İran xalqına təşəkkür və qədirdanlığını bildirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun Hərbi Hava Qüvvələrinin və Havadan Müdafiə Qərargahının yüksək rütbəli zabitləri və şəxsi heyəti ilə bu gün (bazar günü) səhər baş tutan görüşündə Amerikanın İrana qarşı 36 ildir davam edən və sonu bilinməyən düşmənçiliyinin başlıca səbəbini və hədəfini açıqladı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin baş katibi cənab Əhməd Cəbrayılla keçirdiyi görüşdə Fələstin məsələsinin İslam dünyasının problemləri sırasında ən başda yer aldığını vurğuladı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İnçxon Asiya və Para-Asiya Oyunlarında iştirak etmiş və yüksək nəticələr göstərmiş idmançılarla bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə müxtəlif yarışlarda çempionluq əldə edən idmançıların xalqda milli qürur hissinin yaranmasında böyük rol oynadıqlarına toxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Venesuela Respublikasının prezidenti cənab Nikolas Maduro ilə bu gün (şənbə günü) günortadan sonra keçirdiyi görüşdə Venesuela Respublikasının özəlliklə İsrail rejiminə qarşı mövqe və davranışlarını yüksək qiymətləndirdiyini qeyd edir.
Böyük İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövlud günləri ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın müxtəlif təbəqələri, ordu və hökumət rəsmiləri, “İslami vəhdət” Konfransında iştirak edən alim və mütəfəkkirlər, habelə müsəlman ölkələrinin səfirləri ilə keçirdiyi görüşdə qeyd etdi ki, vəhdət sonuncu peyğəmbər Həzrət Məhəmmədin (s) İslam ümmətinə öyrətdiyi ən böyük dərs olmaqla yanaşı, bu gün ümmətin həddən artıq böyük ehtiyac duyduğu bir amildir.