Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər şəhid general Həmədaninin ailəsini yaşadıqları mənzildə ziyarət etdi
Ali Məqamlı Rəhbər şəhid general Həmədaninin ailəsini yaşadıqları mənzildə ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) axşam şəhid general Hüseyn Həmədaninin ailə üzvlərini yaşadıqları mənzildə ziyarət etdi. General Həmədaninin ailə üzvləri ilə əhvallaşan Ali Məqamlı Rəhbər onları bu şanlı və vüqarlı insanın şəhadəti münasibətilə həm təbrik etdi, həm də başsağlığı verdi.
Ali Məqamlı Rəhbər “Səda və sima” Dövlət Teleradiosunun sədri və digər rəhbər işçiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər “Səda və sima” Dövlət Teleradiosunun sədri və digər rəhbər işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei milli teleradionun rəhbər işçiləri və Dövlət Teleradiosuna Nəzarət Şurasının üzvləri ilə bu gün (bazar ertəsi) səhər keçirdiyi görüşdə imperializmin İslam Respublikası əleyhinə planlı, genişmiqyaslı və hərtərəfli surətdə apardığı soyuq müharibənin məqsədlərindən danışaraq bildirdi ki, bu mürəkkəb və dolaşıq xarakterli müharibənin ən başlıca məqsədi xalqın inanclarını dəyişməkdir.
Ali Məqamlı Rəhbər Keşikçi Korpusun Dəniz Qüvvələrinin zabitləri və onların ailə üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Keşikçi Korpusun Dəniz Qüvvələrinin zabitləri və onların ailə üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin zabitləri və onların ailələri, habelə bu qüvvələrdən şəhid olmuş hərbçilərin ailə üzvləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə ölkənin su sərhədlərində təhlükəsizliyin təmin olunması və düşməndə qorxu yaradılması işində Keşikçi Korpusun Dəniz Qüvvələrinin sıralarında xidmət edən inqilabçı gənclərin, habelə cənub bölgələrinin cəsur gənclərinin rolunu qeyd etdi.
Ali Məqamlı Rəhbərin Çəharmahal və Bəxtiyari ostanının şəhidlərinin xatirəsinə həsr olunmuş konfransın təşkilatçıları ilə görüşü zamanı səsləndirdiyi fikirlər
Ali Məqamlı Rəhbərin Çəharmahal və Bəxtiyari ostanının şəhidlərinin xatirəsinə həsr olunmuş konfransın təşkilatçıları ilə görüşü zamanı səsləndirdiyi fikirlər
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Çəharmahal və Bəxtiyari ostanının şəhidlərinin xatirəsinə həsr olunmuş konfransın təşkilat komitəsinin üzvləri ilə 13.07.1394-cü il tarixində baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər Şəhri-kürddəki İmam Xomeyni (r.ə) adına namaz salonunda yayımlandı.
Ali Məqamlı Rəhbər Ordunun yüksək rütbəli zabitləri və rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun yüksək rütbəli zabitləri və rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İİR Ordusunun yüksək rütbəli zabitləri və rəsmiləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə vurğuladı ki, İslam İnqilabı əleyhinə olan düşmənçiliklərin səbəbi İran xalqının müqaviməti, imperializmin siyasətləri qarşısında tutduğu qətiyyətli mövqe və bu siyasətlərə təslim olmamasıdır.
Ali Məqamlı Rəhbər sağlamlığının 70 faizini itirmiş müharibə veteranları ilə görüşdü
Ali Məqamlı Rəhbər sağlamlığının 70 faizini itirmiş müharibə veteranları ilə görüşdü
Məqəddəs Müdafiə həftəsinin yaxınlaşdığı bu günlərdə, bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei onurğa sütununun zədələnməsi nəticəsində iflic olmuş, eyni vaxtda iki gözünü və ətraflarından bir, yaxud ikisini itirərək sağlamlığının 70 faizindən məhrum olmuş müharibə veteranları, həmçinin onların ailə üzvləri ilə yaxından görüşdü.
Ali Məqamlı Rəhbər Keşikçi Korpusun minlərlə zabiti ilə görüşdü
Ali Məqamlı Rəhbər Keşikçi Korpusun minlərlə zabiti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun minlərlə zabiti ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə Keşikçi Korpusu Allahın böyük bir neməti, daxili və xarici məsələlərdə İslam İnqilabının məlumatlı və gözüaçıq qoruyucusu adlandırdı.
Ali Məqamlı Rəhbər Avstriya Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
Ali Məqamlı Rəhbər Avstriya Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avstriya Respublikasının prezidenti cənab Hayns Fişer və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan sonra keçirdiyi görüşdə Amerikanın İranda öz mənafeyini əldən verdiyi üçün İslam İnqilabına düşmən kəsildiyini qeyd etdi.
Ali Məqamlı Rəhbər Ordunun Xatəmülənbiya (s) adına Hava Hücumundan Müdafiə Qərargahının rəsmiləri və komandanlıq heyəti ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun Xatəmülənbiya (s) adına Hava Hücumundan Müdafiə Qərargahının rəsmiləri və komandanlıq heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Xatəmülənbiya (s) adına Hava Hücumundan Müdafiə Qərargahının rəsmiləri və komandanlıq heyəti ilə bu gün (çərşənbə axşamı) günorta keçirdiyi görüşdə bu qərargahın ölkənin müdafiəsində daşıdığı əhəmiyyətli funksiyaya və öhdəsinə düşən vəzifələrə toxundu.
Ali Məqamlı Rəhbər ölkə prezidenti və hökumət kabinetinin üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər ölkə prezidenti və hökumət kabinetinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidenti və hökumət kabinetinin üzvləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, şəhid Rəcayi və şəhid Bahonərin şəhadəti ilə bağlı günlərin Hökumət həftəsi adlandırılmasının fəlsəfəsi bu iki dəyərli insanın ideya və davranışlarını, şəxsi keyfiyyətlərini bir meyar kimi yaşatmaqdır.
Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilərlə görüşdü
Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həcc ziyarətinin və digər müqəddəs məkanlara ziyarətlərin təşkilinə cavabdeh olan rəsmilərlə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə həcc ziyarətini İslamın öz varlığını davam etdirməsinin qarantı, İslam ümmətinin vəhdət və əzəmətinin təzahürü adlandırdı.
Ali Məqamlı Rəhbər Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin və İslami Radio və Televiziyalar Birliyinin qurultaylarında iştirak edən insanlarla görüşdü
Ali Məqamlı Rəhbər Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin və İslami Radio və Televiziyalar Birliyinin qurultaylarında iştirak edən insanlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin və İslami Televiziya və Radiolar Birliyinin qurultaylarında iştirak edən insanlarla görüşdü. Çıxışı zamanı o qeyd etdi ki, imperializmin region üçün cızdığı planlara qarşı mübarizə Allah yolunda cihadın bariz nümunəsidir.
Ali Məqamlı Rəhbər rəsmilər, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüşdü
Ali Məqamlı Rəhbər rəsmilər, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan insanlarla bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, İslam dünyasının dərdlərinə şəfa ola biləcək formul vəhdət və bölünməzlikdir.

Seçilmiş ünvanlar