Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün səhər (çərşənbə axşamı günü) Qum Dini Elmlər Hövzəsi Tələbələri və Alimlərinin Nümayəndələri Məclisinin üzvləri ilə görüşündə İslam İnqilabının qələbəsində Qum Dini Elmlər Hövzəsinin əvəzolunmaz rolu və mövqeyi barədə danışaraq, inqilabi baxış və ruhiyyənin Dini Elmlər Hövzəsindən qaldırılması istiqamətindəki bəzi cəhdlərə işarə etdi.
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı günü) günorta Vyetnam Respublikasının Prezidenti cənab Tranq Tan Sanq ilə görüşündə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən, iqtisadi, mədəni, texnologiya və ticarət sahələrində əlaqələrin genişləndirilməsinə toxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin dördüncü kollegiyasının sədri və üzvləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi axırıncı görüşdə yeddi isfənd tarixində keçirilən seçkilərdə vətəndaşların mənalı və əzəmətli iştirakını, İslam hökumətinə olan vəfadarlıqlarını bir daha qətiyyətlə elan etmələrini təqdirəlayiq hesab etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İsveçrə Konfederasiyasının prezidenti cənab Yohan Şnayder-Amman ilə bu gün (şənbə günü) günortadan sonra baş tutan görüşündə iki ölkə arasındakı əlaqələrin keçmişinə, İsveçrə dövlətinin davranışlarının ümumilikdə İran ictimaiyyətində müsbət rəy yaratdığına toxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Nəcəfabad əhalisi ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi izdihamlı görüşdə olduqca mühüm fikirlər səsləndirdi. “Radikal” və “liberal” anlayışlarının dəqiq izahını verən Ali Məqamlı Rəhbər bütün xalqı, xüsusilə də rəsmiləri və siyasətçiləri düşmənin seçkiqabağı atmosferdə reallığı əks etdirməyən, uydurma qütbləşmələr yaratmaq planlarına qarşı sayıq olmağa çağırdı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə İran və Azərbaycan arasında yaxşı siyasi münasibətlərin, bir sıra müştərək məqamların mövcudluğuna, özəlliklə də iki xalq arasındakı din və məzhəb birliyinə toxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan əhalisinin müxtəlif təbəqələri ilə bu gün səhər keçirdiyi izdihamlı görüşdə bu ilin 22 bəhmən günü ortaya çıxardığı tarixi qəhrəmanlığa görə böyük İran xalqına səmimi təşəkkürünü bildirərək bu günün xalqın qırılmaz əzminin, mübarizliyinin və sayıqlığının göstəricisi olduğunu qeyd etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qana Respublikasının prezidenti cənab Con Dramani Mahama ilə bu gün günortadan sonra baş tutan görüşündə İranın İslam İnqilabının ilk illərindən Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə müsbət yanaşdığını və bunun tərəfdarı olduğunu qeyd etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Hava və Havadan Müdafiə Qüvvələrinin zabitləri və şəxsi heyətin bir qrup hərbçisi ilə bu gün səhər baş tutan görüşündə bildirdi ki, 22 bəhmən və seçkilər İran xalqı üçün dolğun məna yükünə malik iki bayramdır.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yunanıstanın baş naziri cənab Aleksis Sipras ilə bu gün günortadan sonra baş tutan görüşündə İran və Yunanıstanın sivil-mədəni tarixinin parlaq olduğunu vurğulayaraq dedi: “Hazırkı səfər iki ölkə arasında üzunmüddətli əməkdaşlıq və mübadilələrin artırılması üçün bir başlanğıc ola bilər”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Şəmxani və şuranın katibliyinin müavin və ekspertləri ilə bu gün günortadan əvvəl keçirdiyi görüşdə müasir dünyada təhlükəsizliyin mürəkkəb və çoxcəhətli bir anlayış olduğunu qeyd etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Ölkənin Şəhid İdmançıları Konqresinin təşkilatçıları ilə 21 dey 1394-cü il tarixində keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün səhər bu məqsədlə “Azadlıq” İdman Kompleksinin 12 min nəfərlik salonunda baş tutan forumda oxundu.
İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin Komandanı general Fədəvi və korpusun Fars Körfəzi ərazisində İranın su sərhədlərini pozmuş Amerika gəmilərinin qarşısını alaraq təcavüzkar Amerika silahlılarının saxlanmasında vaxtında və şücaətlə iştirak etmiş digər 4 hərbçisinə şəxsən Ali Baş Komandan Həzrət Ayətullah Xamenei tərəfindən “Fəth” medalı ilə təltif olunmaq şərəfi nəsib olmuşdur.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin İran İslam Respublikasının su sərhədlərini pozmuş Amerika hərbçilərinə qarşı dərhal şücaətlə hərəkətə keçərək təcavüzkarları tutub saxlamış gənc hərbi qulluqçuları ilə yaxından görüşüb hal-əhval tutdu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Çin Xalq Respublikasının prezidenti cənab Si Cinpin və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (şənbə günü) günortadan sonra baş tutan görüşündə İran və Çin xalqları arasında qədim tarixə malik ticari və mədəni əlaqələrin mövcud olduğunu qeyd etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin 10-cu və Xubriqan Məclisinin 5-ci çağırışına seçkilərin təşkilinə və icrasına cavabdeh olan qurumların rəsmiləri ilə bu gün (çərşənbə günü) səhər baş turan görüşündə seçkilərdə sağlam rəqabəti təmin edən amillərdən və etik qaydalardan danışdı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin “Fiqh və incəsənət” milli forumunun təşkilatçıları ilə 21 dey 1394-cü il tarixdə baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər Qum Teoloji Mərkəzinin Dini Təbliğat İdarəsinin “Qədir” konfrans mərkəzində oxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə Qum sakini ilə bu gün (şənbə günü) səhər baş tutan görüşündə şəhər əhalisinin 1356-cı il 19 dey günü həyata keçirdiyi tarixi qiyamı yüksək qiymətləndirdiyini bildirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əfqanıstanın icra rəisi cənab Abdulla Abdulla ilə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə qeyd etdi ki, Əfqanıstanda yaşayan qəbilə və etnosların vəhdəti bu ölkədəki problemlərin ən önəmli həlli yoludur.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən imam-cümələrlə bu gün (bazar ertəsi) səhər keçirdiyi görüşdə cümə namazının oldüqca yüksək mövqeyə malik olduğunu qeyd edərək onu “iman, bəsirət və əxlaq qərargahı” adlandırdı.