Bu gün (çərşənbə axşamı) günortadan sonra prezidentin birinci müavini, bir neçə hökumət nümayəndəsi, Silahlı Qüvvələrin Baş Qərargah Rəisi, Ordu və Korpus komandirləri, Quru və Dəniz Qüvvələri, Polis və Bəsicin komandirləri, Böhran Vəziyyətinin İdarə Edilməsi Mərkəzi, Kömək və Yardım Fondlarının məsul şəxslərinin iştirakı ilə təşkil edilmiş xüsusi iclasda icra və hərbi qüvvələrin məsul şəxsləri selin ziyan vurduğu regionların son vəziyyəti, habelə selə məruz qalmış əhalinin məskunlaşdırılması, əhalinin problemlərinə baxılması, yaşayış yerləri, kənd təsərrüfatı və heyvandarlıq sahələri, infrastrukturlar, bəzi əyalətlərdə gələcəkdə yaranacaq şəraiətə nəzarət prosesinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneiyə məlumat verildi.
Bu gün (çərşənbə) yeni ilin ilk günü, günortadan sonra İmam Rzanın (ə) hərəminin ziyarətçiləri və hərəmin qonşuluğunda yaşayan insanlarla görüşən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 98-ci ilin fürsətlər ili olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbərinin 6 isfənd 1397-ci il tarixində (25.02.2019) Kerman əyalətinin 6500 şəhidinin əziz xatirəsinə həsr edilmiş konqresin təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün səhər Kermanın “İmam Əli (ə) müsəllası”nda yayımlandı.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra Ermənistanın baş naziri cənab Nikol Paşinyanla görüşdə İran və Ermənistanın tarixi əlaqələrə malik olan yaxşı qonşular olduğunu dedi və iqtisadi əməkdaşlıqların artırılmasının zəruri olduğunu vurğuladı: “Amerikalıların istəyinin əksinə olaraq İran və Ermənistanın münasibətləri möhkəm, davamlı və dostcasına olmalıdır”.
Bu gün səhər imamlar anası Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludunun ildönümü münasibəti ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyə İslamın bu böyük xanımının fəzilət və üstün keyfiyyətlərinin rayihəsi ilə ətirləndi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Suriyanın prezidenti Bəşər Əsədlə görüşdə qeyd etdi ki, Suriyanın qələbəsinin, eləcə də ABŞ və onun regiondakı muzdurlarını məğlubiyyətə sürüklənməsinin sirri Suriya xalqı və prezidentinin dözümü və müqavimətindədir. Ali Rəhbər gələcək planlar qarşısında ehtiyatlı və diqqətli olmağın zəruriyini vurğulayaraq dedi: “İran İslam Respublikası Suriya dövlətinə və xalqına yardımı müqavimət hərəkatı və cərəyanına yardım hesab edir və səmimi qəlbdən bununla qürur duyur”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanları və bir qrup işçisi ilə görüşdə qeyd etdi ki, “hümafər”lərin İmam Ximeyni (r.ə) ilə 19 bəhmən 1357-ci il tarixli (08.02.1979) heyrətamiz beyəti şücaət, Allaha ümid, düşməndən qorxmazlıq və vəzifəyə əməlin təcəssümüdür: “Bu ilin 22 bəhməni (11 fevralı) Allahın yardımı ilə və həmin tarix yaradan amillər sayəsində sözün əsl mənasında düşmən sındıran olacaq, xalqın ayıqlığı ilə müşayiət olunan və bütün baxış bucaqlarının iştirakı etdiyi 22 bəhmən yürüşü əvvəlki illərlə müqayisədə daha əzəmətli keçəcək”.
İslam Təbliğatı İdarəsinin məsul şəxsləri ilə görüşdə gənclər, tələbələr və mədəni təsiri olan qrupların suallarının cavablandırılması və onların intellektual tələbatlarının təmin edilməsinin bu idarənin mühüm bir vəzifəsi olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei virtual məkanda axın yaradılması və təbliğat sahəsinin çatışmazlıqlarının öyrənilməsində iştirakla bağlı tövsiyələr verdi.
İslam İnqilabının Ali Rəhəbri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səgər Koqnitiv Elmlərin İnkişafı Mərkəzinin məsul şəxsləri, tədqiqatçıları, elmlər naziri, əlaqədar universitetlərin rəhbərləri və müəllimləri ilə görüşdə koqnitiv elmlərin elmi, tibbi, sosial, iqtisadi sahələrə təsirindən danışaraq elm sahələrində əvvəlkindən daha çox inkişafa nail olmaq üçün gecə-gendüz bilmədən hər tərəfli səy göstərilməsinin zəruri olduğunu vurğuladı: “Ölkənin elmi hərəkət sürəti azalmamalı və ya dayanmamalıdır. Bu sürət yüksək elmi nöqtəyə çatana qədər uzun illər qorunub gücləndirilməlidir”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Qum əhalisinin 9 yanvar 1977-ci ildəki tarixi qiyamının ildönümü münasibəti ilə bu gün (çərşənbə günü) Qumun minlərlə sakini ilə keçirdiyi görüşdə ABŞ və imperializmin İran İslam dövləti ilə düşmənçiliyinin köklərinə səhlənkar və etinasız yanaşmaqdan çəkinməyin vacibliyinə işər edərək vurğuladı ki, İnqilabın mahiyyəti və həqiqəti, xalqın və hökumətin İnqilabın hədəf və əsaslarına bağlılığı və şücaəti bu dərin və davamlı düşmənçiliyin əsas səbəbidir.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Fələstin İslami Cihad Hərəkatının (HƏMAS) baş katibi Ziyad ən-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə dedi: “Fələstin qüdrətli qalacaq və Allahın lütfü ilə yaxın gələcəkdə Fələstin xalqının yekun qəlbəsi reallaşacaq”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) Polis Qüvvələrinin komandanları və məsul şəxsləri ilə görüşdü. Görüş zamanı nizam-intizamı və təhlükəsizliyi qorumaq üçün göstərdikləri səy və fəaliyyətlərə görə onlara öz təşəkkürünü bildirən Ali Rəhbər bu qurumun fəaliyyətinin ictimaiyyətin gözləri önündə baş verdiyini və insanların birbaşa mühakiməsinə açıq olduğunu vurğuladı: “Elə davranmalısınız ki, xalq Polis Qüvvələrinin qüdrətli, ədalətli və ayıq-sayıq olduğunu hiss etsin”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Müqəddəs Müdafiə, Hərəmin müdafiəçiləri, sərhədlər və təhlükəsizliyin keşiyində durmuş şəhidlərin ailələri ilə görüşdə qeyd etdi ki, bu gün inqilabçı mömin gənclərdə şücaət və şəhidlik ruhiyyəsinin yenidən canlanması İnqilabın möcüzəsidir.
İslam İnqilabının Ali Rəhbərinin 14 aban 1397-ci il (5 noyabr 2018) tarixində Cənubi Xorasan əyalətinin şəhidlərinə həsr edilmiş konfransın təşkilatçıları ilə görüşü zamanı verdiyi bəyanat bu gün səhər (çərşənbə axşamı) konfransın keçirlidiyi məkanda yayımlandı.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günorta İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşdə qeyd etdi ki, gənc, mömin və motivasiyalı işçi qüvvəsinə əsaslanmaq ölkənin bütün sahələrində, o cümlədən Silahlı Qüvvələr sahəsindəki problemlərin açarıdır.
İslam İnqilabının Ali Rəhbəri rəhmət və hidayət peyğəmbəri Həzrət Məhəmməd (s) və Həzrət İmam Sadiqin (ə) mübarək mövlud ildönümü münasibəti ilə bu gün səhər hökumət rəsmiləri, XXXII İslam Vəhdət Konfransının iştirakçıları, İslam ölkələrinin səfirləri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanlarla görüşdü.
Bu gün (şənbə) günortadan sonra İraqın prezidenti cənab Bərhəm Saleh və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə parlament və prezident seçkilərinin uğurla keçirildiyinə, baş nazir və digər uğurlu vəzifə təyinatlarına, habelə sabitlik və stabillik yaradıldığına görə məmnunluq hissi keçirdiyini deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei vurğuladı: “Problemlərə qalib gəlmək və bədxahların planlarına müqavimət göstərməyin yolu İraqda milli birliyi qorumaq, döst və düşməni düzgün tanımaq, həyasız düşmənə müqavimət göstərmək, gənclərə arxalanmaq, mərcəiyyətlə olan əlaqəni qorumaq və gücləndirməkdən keçir”.
Bu gün səhər (çərşənbə günü) “Cakarta-2018” Para-Asiya oyunlarında medal qazanmış İran İslam Respublikasının idman komandasının çempionları ilə görüşü zamanı əlil və veteran çempionlara nail olduqları qürurverici qalibiyyətə görə təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu çempionluq sarsılmaz əzmkarlığın və gizli potensiallardan istifadənin göstəricisidir: “Böyük iş gördünüz. Bu qiymətli işinizlə göstərdiniz ki, əgər ölkə və ya insanın daxilində diqqətdən kənarda qalmış potensiallardan istifadə edilsə, böyük uğur və inkişafa zəmin yaranacaqdır”.