İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər beynəlxalq elmi olimpiadalarda medal qazanmış və yüksək nəticələr göstərmiş bir qrup elit gənclə, habelə ölkənin dünya birincisi olmuş gənclərdən ibarət milli voleybol komandasının üzvləri ilə görüşdə istedadlı gənclərin dərin düşüncəsi, müdrikliyi və dərrakəsini yüksək qiymətləndirərək elit yolunun sonsuz olduğunu dedi: “Ölkə üçün faydalı olan elmi inkişaf inqilabçı baxış və İslam təfəkkürü əsasında mümkündür.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) yüksək idarə heyəti ilə görüşdə Fələstin məsələsinin İslam dünyasının ən mühüm və birinci dərəcəli məsələsi olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər ölkənin imam cümələri ilə görüşdə imam cümələrin ədəb-ərkanlı davranmasının zəruri olduğunu vurğulayaraq Cümə namazının zikr, toplaşma və qarşılıqlı sevgi vasitəsilə cəmiyyətin ehtiyacını təmin edən, ali və ayıqlıq bəxş edən diskursların bərqərar olmasına zəmin yaradan çox mühüm bir ayin olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Həcc ziyarətinin ölkə üzrə təşkilatçıları və cavabdeh şəxsləri ilə görüşdə Həcc əməlinin İslamın yüksək dəyərləri arasında xüsusi imtiyazı olan müstəsna bir komleks olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Məhkəmə sisteminin sədri, hakimləri və bir qrup işçisi ilə görüşdə qeyd etdi ki, “ədalət” məhkəmə orqanının əsas sütunudur.
İslam İnqilabının Ali Rəhbərinin Kürdüstan əyalətinin 5400 şəhidinin xatirəsinə həsr edilmiş 17 iyun 2019-cu il tarixli konfransın təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün səhər Sənəndəc şəhərində, konfransın keçirildiyi məkanda yayımlandı.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Yaponiyanın baş naziri cənab Şindzo Abe və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə vurğuladı: “İran İslam Respublikası ABŞ-a qətiyyən güvənmir və HBFP çərçivəsində ABŞ-la daha öncə baş tutmuş müzakirərlərin acı təcrübəsi heç bir vəchlə təkrarlanmayacaq. Çünki heç bir azad və ağıllı xalq təzyiq altında olan müzakirəni qəbul etməz”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri, xalqın ayrı-ayrı təbəqələrindən olan nümayəndələri ilə görüşdə Fitr bayramının mesajının İslam ölkələrinin birliyi və vəhdəti, İslam ümməti məzmununa qayıdış olduğunu dedi: “İslam dünyasının bu günkü problemlərinin əlacı Qurani-Kərimin “Kafirlərə qarşı sərtdirlər” və “Öz aralarında mehribandırlar” istəyinə qayıdışdadır. Bu istəyi gerçəkləşdirməkdən ötrü İslam alimləri və ziyalılarının üzərinə ikiqat vəzifə düşür”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin bu gün (çərşənbə) günortadan sonra universitetlərin müəllimləri və elmi heyətlərinin üzvləri ilə görüşü oldu. Universitetlər və elmi mərkəzlərin həqiqi nailiyyətlərini yüksək qiymətləndirən Həzrət Ayətullah Xamenei İran İslam dövlətinin zirvəyə yüksəlməsi üçün sürətli inkişaf və elmi sıçrayışın zəruri olduğunu dedi.
Minlərlə tələbənin bu gün (çərşənbə günü) günortadan sonra İslam İnqilabının Ali Rəhbəri ilə təşkil etdiyi görüşdə tələbələrin elmi, mədəni, sosial, siyasi və sinfi təşkilatlarının nümayəndələri iki saat müddətində günün müxtəlif məsələləri ilə bağlı görüşlərini və narahatlıqlarını bildirdilər.
Əhli-beytin səxavətli nümayəndəsi Həzrət İmam Həsəni-Müctəbanın (ə) mübarək mövlud gecəsi münasibəti ilə Fars dili və ədəbiyyatı müəllimləri, gənc və qabaqcıl şairlərdən bir qrupu İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə grüşdü.
Bu gün (çərşənbə axşamı) hökumət rəhbərləri və dövlət işçiləri ilə görüşdə məsul şəxslərə, xüsusilə xalqla bağlı işlərdə, dəbdəbəli həyat tərzindən uzaq durmaq və beytül-mal məsələlərində təqvalı olmağın zəruri olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei iqtisadi problemlərin həlli və istehsalın daha da yaxşılaşdırılması məsələsində üç qüvvənin məsul şəxslərinin üzərinə düşən vəzifələrdən danışdı.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra ölkənin dörd bir tərəfindən gəlmiş iki minə yaxın din tələbəsi, elmi-teoloji mərkəzlərin alimləri, müəllimləri və rəhbəri ilə görüşdü. Görüş zamanı o bildirdi ki, teoloji mərkəzlərin və din alimlərinin vəzifəsi İslam maarifini çatdırmaq və cəmiyyətdə onların praktiki tətbiqinə çalışmaqdır: “Alimlər peyğəmbərlərin varisləri kimi tövhidin əməli səciyyə almasına və ədalətin bərqərar olmasına çalışmalıdırlar”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei “Müəllim günü” ərəfəsində ölkənin dörd bir yanından gəlmiş minlərlə müəllim və pedaqoqla görüşdü. Görüş zamanı o, təhsillə bağlı müxtəlif məsələlərdən danışaraq mühüm tövsiyələr verdi və təhsilin inkişafında çox mühüm əhəmiyyəti olan sənədin icrasının zəruri olduğunu dedi: “Müəllimlər hər bir xalqın ən mühüm sərmayəsi olan insan kapitalını yetişdirənlər, yeni sivilizasiyanın əsasını qoyanlar, cəhalət və savadsızlıqla mübarizə meydanının mücahidləri, xalqın kimliyi və mədəniyyətinin qurucusudurlar”.
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Polis Qüvvələrinin komandirləri və rəhbər işçiləri ilə görüşdü. Görüş zamanı bu qurumun İslam Respublikasına layiq olan Polis Qüvvələri istiqamətində hərəkətinin davamlılığının zəruri olduğunu vurğulayan ali Rəhbər qeyd etdi ki, bu ilin sloqanı olan “İstehsalın daha da yaxşılaşdırılması” şüarının gerçəkləşdirilməsi, habelə kiber məkanın təhlükəsizliyinin təmin edilməsində Polis Qüvvələri mühüm rol oynayır: “Polis Qüvvələri qaçaqmalçılığa və kiber məkanın təhlükəsizliyini pozan amillərə qarşı ciddi mübarizə aparmalıdır”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei “Əmək və zəhmətkeşlər həftəsi”nin başlanması münasibətilə sənaye sahələrində çalışan minlərlə fəhlə və zəhmətkeşlə görüşdü.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Pakistanın baş naziri cənab İrmanxan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Bu görüşdə o, İran və Pakistan xalqlarının əlaqələrinin səmimi və dərin olduğunu vurğuladı: “Düşmənçiliklərə baxmayaraq, iki ölkənin əlaqələri daha da möhkəm və güclü olmalıdır”.
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günorta ordu və Quru Qoşunlarının komandirləri ilə görüşdə bu günün ordusunun həmişəkindən daha dindar və səmərəli olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri, dünya səviyyəli Quran qariləri, görkəmli Quran müəllimləri, habelə Quran tədqiqatçıları və müsabiqədə iştirak etmiş qonaqların iştiarkı ilə bu gün (bazar ertəsi) səhər XXXVI Beynəlxalq Quran Müsabiqəsinin yekun tədbiri keçirildi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei şəhədilər ağası Həzrət İmam Hüseynin (ə) mübarək mövlud gecəsi və İnqilab Keşikçiləri günü münasibəti ilə Keşikçilər Korpusunun bir qrup üzvü və onların ailələri ilə görüşdü.