Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İnqilabın Ali Rəhbəri “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində xalqa təşəkkür etdi
İnqilabın Ali Rəhbəri “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində xalqa təşəkkür etdi
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində xalqa böyük seçkilər sınağında arzuolunan fəallığı göstərdiyinə, düşmənlərin hərtərəfli təbliğatları və fürsətçiliyini nakam qoyduğuna görə təşəkkür ünvanladı: “Ölkənin ayrı-ayrı sütunlarına zərbə endirmək üçün düşmənin həyata keçirdiyi məkrli plan qarşısında hamımız ayıq müdafiəyə, qarşılıqlı zərbə və hücuma hazır olmalıyıq”.
Ayətullah Xamenei “Fiqhin xaric dərsi”ndə təqaüdçülərlə bağlı bəyanat verdi
Ayətullah Xamenei “Fiqhin xaric dərsi”ndə təqaüdçülərlə bağlı bəyanat verdi
Həzrət Ayətullah Xamenei bu gün səhər “Fiqhin xaric dərsi” mühazirəsində təqaüdçülərin işlədilməsini qadağan edən qanunun icrasının əhəmiyyəti və zəruriliyini vurğulayaraq bu qanunda mövcud olan bəzi boşluqlara, habelə bəzi məsul şəxslərin təqaüdçü müdirlərdən bir neçəsinin öz vəzifəsində qalmasına icazə verilməsi ilə bağlı etdikləri müraciətlərə açıqlama gətirərək bəyanat verdi.
Ali Rəhbərin dəvəti ilə prezident və Nazirlər Kabinetinin işçlərinin iclası keçirildi
Ali Rəhbərin dəvəti ilə prezident və Nazirlər Kabinetinin işçlərinin iclası keçirildi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin dəvəti ilə bu gün (bazar) səhər ölkə başçısı və Nazirlər Kabinetinin işçilərinin birgə təşkil etdiyi iclasda məsul şəxslərin gecə-gündüz bilmədən göstərdikləri səy və təlaşı, inqilabçı və mübarizə ruhiyyəsi, əhalinin hər tək-təkinin əməkdaşlığı sayəsində ölkənin iqtisadi problemlərdən çıxa biləcəyini vurğulayan Ali Rəhbər inkişaf və qarşıya qoyulan məqsədlər istiqamətində sürətli hərəkətin davamlılıq şərtlərini açıqladı. 
Ali Məqamlı Rəhbər hakimiyyətin 3 qolunun başçıları ilə görüşdü
Ali Məqamlı Rəhbər hakimiyyətin 3 qolunun başçıları ilə görüşdü
Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin elan edilməsinin ardınca – ötən gün (bazar ertəsi) İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hakimiyyətin hər 3 qolunun başçılarının iştirakı ilə iclas keçirdi. İclas zamanı bu siyasətlərin hansı yollarla gerçəkləşdiriləcəyi müzakirə edildi.
Ali Məqamlı Rəhbər nazirlərin iştirakı ilə Şimali Xorasana həsr olunmuş iclas keçirdi
Ali Məqamlı Rəhbər nazirlərin iştirakı ilə Şimali Xorasana həsr olunmuş iclas keçirdi
Ali Məqamlı Rəhbərin Şimali Xorasan vilayətinə səfərinin sonuncu – 7-ci günündə Nazilər Kabinetinin üzvləri Bocnurdda xüsusi iclas keçirdikdən sonra bu gün (çərşənbə günü) günorta Həzrət Ayətullah Xamenei ilə görüşərək vilayət əhalisinin problemlərinin həlli, vilayətin inkişaf tempinin sürətləndirilməsi istiqamətində qəbul etdikləri qərarları ona təqdim etdilər.
Ali Məqamlı Rəhbər nazirlərin iştirakı ilə iclas keçirdi
Ali Məqamlı Rəhbər nazirlərin iştirakı ilə iclas keçirdi
Kirmanşah vilayətində keçirdiyi xüsusi iclasdan sonra bu axşam (çərşənbə günü) Nazirlər Şurasının üzvləri Ali Məqamlı Rəhbərlə görüşərək hökumətin vilayətdəki problem və çatışmazlıqların aradan qaldırılması, ümumilikdə bu regionun inkişaf tempinin sürətləndirilməsi istiqamətində qəbul etdiyi qərar və tədbirlər haqda hesabat verdilər.
Ali Məqamlı Rəhbər islami oyanış mövzusuna həsr edilmiş ilk iclasda iştirak etdi
Ali Məqamlı Rəhbər islami oyanış mövzusuna həsr edilmiş ilk iclasda iştirak etdi
Bu gün səhər saatlarından etibarən paytaxt Tehranda islami oyanış mövzusuna həsr edilmiş sayca birinci konfransın işinə start verildi. İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin çıxışı ilə açılan konfransda dünyanın müxtəlif ölkələrindən, xüsusilə də müsəlman dövlətlərindən gəlmiş yüzlərlə ruhani alim, elm xadimi, ziyalı, mütəxəssis, sosioloq və tarixçi islami oyanışın müxtəlif aspektlərini araşdırmağa başladılar.

Seçilmiş ünvanlar