
Xəbərlər


Ali Məqamlı Rəhbər Ramazan bayramı münasibətilə bir qrup məhkumun əfv edilməsinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin xahiş məktubuna əsasən, Ümumi və İnqilab Məhkəmələri, İqtisadi Cinayətlər Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş bir qrup məhkumun cəzasının Ramazan bayramı münasibətilə əfv edilməsi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Ali Məqamlı Rəhbər 1218 məhkumun əfvinə, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan bayramının yaxınlaşması ilə əlaqədar olaraq, Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisadi Cinayətlər Komitəsi tərəfindən mühakimə edilmiş 1218 nəfərin cəzasının əfv edilməsinə, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Ali Məqamlı Rəhbər ehtiyaclı məhbusların azad edilməsi məqsədilə 800 milyon rial məbləğində yardım etdi
Bu gün (bazar günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 21-ci Qolrizan bayramı münasibətilə ölkənin cəzaçəkmə müəssisələrindəki ehtiyaclı məhbusların azadlığa qovuşması üçün Qanbahasının Ödənilməsinə Yardım İctimai Qərargahına 800 milyon rial məbləğində yardım etdi.

Ali Məqamlı Rəhbər bir qrup məhkumun əfvinə, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin Ümumi və İnqilab Məhkəmələri, habelə digər məhkəmə orqanları tərəfindən mühakimə edilmiş 996 nəfər məhkumun Əmirəl-möminin Əlinin (ə) mübarək doğum günü ilə əlaqədar olaraq əfv edilməsi, yaxud cəzasının yüngülləşdirilməsi ilə bağlı təklifini müsbət cavablandırdı.

Ali Məqamlı Rəhbər 601 nəfər məhkumun əfvinə və cəzasının yüngülləşdirilməsinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin Sədri Ayətullah Amoli Laricaninin 12 fərvərdin – İran İslam Respublikası Günü münasibətilə Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisadi Cinayətlər Komitəsi tərəfindən mühakimə edilmiş 601 məhkumun cəzasının əfv edilməsi, yaxud yüngülləşdirilməsi ilə bağlı təklifini müsbət cavablandırdı.

Ali Məqamlı Rəhbər bir qrup məhkumun əfvinə və cəzasının yüngülləşdirilməsinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin Sədri Ayətullah Amoli Laricaninin mübarək Qədir-Xum bayramı münasibətilə irəli sürdüyü təklifi müsbət cavablandıraraq ümumi və inqilabi məhkəmələrdə, İqtisadi Cinayətlər Komitəsi və Silahlı Qüvvələrin Ədliyyə Komitəsində mühakimə edilmiş 649 nəfər məhkumun əfvinə, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verdi.
