
Xəbərlər


«Ümid» milli peykinin orbitə çıxarılması xəbəri ilə əlaqəli məktublaşma
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İİR-nın prezidenti cənab Əhmədi Nejadın iranlı alimlərin «Ümid» milli peykini müvəffəqiyyətlə orbitə çıxarmasına dair yazdığı məktubuna cavab olaraq bildirmişdir ki, bu uğurlar əzəmətli İslam İnqilabının ürəklərdə yaratdığı ümidlərin doğrulmasını göstərən bir əlamətdir.

Diktator rejimlərin həbsxanasından azad olan bir qrup məhbusla görüş
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei diktator rejimlərin həbsxanasından azadlığa çıxan bir qrup məhbusla görüşü zamanı acınacaqlı və cansıxıcı əsirlik dövrlərinə toxunaraq xatırlatdı: «Siz həbsxanada göstərdiyiniz müqavimət və səbrinizlə İslamın əzəmətli və dünyəvi dirçəliş hərəkatını çox irəliyə apardınız. Eyni zamanda sizin müqavimətinizin hər bir anı Allah yanında böyük dəyərə və gözəl mükafata malikdir».

HƏMAS siyasi şöbəsinin rəhbəri ilə görüş
Bu gün günorta İslam İnqilabının Rəhbəri HƏMAS siyasi şöbəsinin rəisi cənab Xalid Məşəli qəbul etmişdir. Bu görüşdə Xalid Məşəl 22 günlük Qəzza müharibəsi, İslami Müqavimət Təşkilatının qələbəsi və bu müharibənin siyasi gedişinə dair məlumat vermişdir.

“Fələstin dövlətinin baş naziri” İsmayıl Haniyənin Həzrət Ayətullah Xameneiyə müraciəti
“Fələstinin qanuni dövləti”nin baş naziri” İsmayıl Haniyə Həzrət Ayətullah Xameneinin və qəhrəman İran xalqının Fələstin xalqını, xüsusilə də Qəzza və İslami müqavimət qüvvələrini misli-bərabəri görünməmiş cəsarətli dəstəklərinə minnətdarlıq məzmununda İslam İnqilabının Rəhbərinə etdiyi müraciətdə belə vurğulayır: «Özüm, Fələstin milləti və yaralı, lakin qalib Qəzza tərəfindən Ali Cənablarına və böyük İran millətinə İslami və dəyərli mövqeyinə görə ən yüksək salamlarımı göndərirəm”.

Həzrət Ayətullah Xamenei İmam Xomeyni məqbərəsini ziyarət etdi
İslam İnqilabının 30-cu ildönümü ərəfəsində “Əyyamullah”dan – “Allah günləri”ndən olan “Fəcr ongünlüyü”nün birinci günü və mərhum imam Xomeyninin (r.ə) İrana –İslam torpağına gəlişinin ildönümü münasibətilə bu gün səhər İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Xomeyni məqbərəsini ziyarət etmiş və İİR-nın banisinin yüksək məqamını «Fatihə» surəsini oxumaqla əziz tutmuşdur.

Həzrət Ayətullah Xameneinin HƏMAS-ın baş naziri İsmayıl Haniyəyə yazdığı məktub
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei HƏMAS-ın baş naziri İsmayıl Haniyəyə göndərdiyi məktubunda Qəzzanın məzlum, eyni zamanda “səbirli, fədakar və şücaətli” mücahidlərinin sionist rejiminin tam silahlanmış ordusunu məğlub etməsinə işarə edərək bildirmişdir: “Tarixin ən faciəli, dəhşətli cinayətlərindən birinin müqabilində sizin və Qəzza xalqının iman və şərəfli müqaviməti Amerikanı və sionist rejimini himayə edənləri, xainləri və İslam ümmətinin münafiqlərini rüsvay etmişdir. Həmçinin İslam ümmətinin bayrağını daha da ucaltmağa çalışmaq bəşər əleyhinə olan düşməni hər gün daha çox zillətə düçar edəcəkdir”.

Ölkənin 20 illik inkişaf proqramının rəsmi sənədi əsasında hazırlanan beş illik inkişaf proqramının əsas öhdəlikləri
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İİR-nın prezidenti cənab Əhmədi Nejada beşillik inkişaf proqramının əsas öhdəliklərini yazılı surətdə açıqlamışdır. Bu öhdəliklər ölkənin 20 illik inkişaf proqramının rəsmi sənədi, habelə ədalət və tərəqqi prinsipi əsasında müəyyən edilmişdir. 45 bənddən ibarət olan bu öhdəliklər ölkənin mədəniyyət, təhsil, texnologiya, iqtisadiyyat, siyasət, milli təhlükəsizlik və hərbi sahələrini əhatə etmişdir. Ali Dini Rəhbər beşillik inkişaf proqramının əsas öhdəliklərini özündə əks etdirən sənədi ölkə prezidenti ilə yanaşı İslam Şurası Məclisinin sədri, Məhkəmə Hakimiyyəti başçısı və Qurum Məsləhətini Müəyyənləşdirən Təşkilatın sədrinə göndərmişdir.

Qum şəhərinin sakinləri ilə görüş
Bu gün səhər Qum şəhərinin minlərlə sakini ilə görüşən İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei məzlum Qəzza əhalisinin, uşaqların və qadınların sionistlər tərəfindən qətli-amını misli görünməmiş dəhşətli bir faciə adlandıraraq dedi: “İsrail və Amerikanın bu qorxunc cinayətləri törətməkdə əsas məqsədi müsəlmanların müqavimətini sındırmaq və Yaxın Şərqin ən mühüm regionunu ələ keçirməkdir. Lakin Allahın fəzli, fələstinli döyüşçülərin qətiyyətli əzmi və cani-dildən müdafiəsi, xalqın həqiqi ayıq-sayıqlığı və aktivliyi sayəsində bu hadisələr sonda haqqın batil üzərində qələbəsi ilə nəticələnəcək”.

Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Hüseynə (ə) əzadarlıq mərasimi keçirildi
Aşura axşamı İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Hüseyn (ə) və onun vəfalı dostları üçün əzadarlıq mərasimi keçirildi.

Həzrət Ayətullah Xameneinin Tehran Universitetinin ərazisində beş şəhidin dəfni ilə əlaqədar buyurduqları
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran Universitetinin rektoruna və vəliyyi-fəqihin Tehran Universitetindəki nümayəndəliyinin rəhbərinə yazdığı məktubda müqəddəs hərbi müdafiə şəhidləri olan beş naməlum döyüşçünün universitet ərazisində dəfn olunması ilə bağlı məktub yazmışdır.

İraqın baş naziri ilə görüş
İslam İnqilabının Rəhbəri bu gün səhər İraq Respublikasının baş naziri ilə görüşdə təkidlə vurğuladı: “Ölkədaxili müxtəlif məzhəb və millətlərlə əlaqələrin genişləndirilməsi, xalqa olan dərin inam və etibar, qonşu ölkələrlə qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi – bütün bunlar İraq dövlətçiliyinin qüdrəti və əbədiliyi üçün zəruri olan həqiqi amillərdir. İraq hökuməti öz məqsədlərinə çatmaq üçün bu amillərə dayaq nöqtəsi kimi baxmalı, eyni zamanda İraq xalqının dini etiqadını, cəsarət və qürurunu özü üçün böyük bir sərmayə hesab etməlidir”.

İİR-nın Ali Dini Rəhbəri Həzrət Ayətullah Xameneyinin həcc mərasiminin təşkilatçıları ilə görüşü
Bu gün günorta həcc mərasiminin təşkilatçıları ilə görüşən İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneyi dedi: «Təşəbbüs və proqramlar elə hazırlanmalıdır ki, həccin həqiqi siması ötən illərlə müqayisədə daha da parlaq olsun».

Məzlum Qəzza əhalisinin dəhşətli qətli-amı ilə bağlı Həzrət Ayətullah Xameneinin bəyanatı
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei məzlum Qəzza xalqının cinayətkar sionistlər tərəfindən qətli-ama məruz qalması haqqında verdiyi bəyanatında bu hadisəni şiddətlə pislədi. O, cinayətkar Buş hökumətinin sionistlərlə iyrənc həmkarlığını, beynəlxalq təşkilatların, eləcə də bir sıra ərəb dövlətlərinin sükut və etinasızlığını bu cinayətlərə zəmin yaradan amillər kimi dəyərləndirdi. İslam İnqilabının Rəhbəri bazar ertəsi gününü Fələstin mücahidlərinin, azadlıqsevər xalqların, bir sözlə, bütün müsəlmanların “ümumi matəm günü” elan etməklə yanaşı alimləri və ziyalıları qaniçən sionizmin cinayətləri qarşısında öz ağır məsuliyyətlərini icra etməyə çağırdı.

Mübarək Qədir-Xum bayramı münasibətilə bir sıra məhbusların əfvi və cəzasının yüngülləşdirilməsi
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ümumi və inqilab məhkəmələri, hərbi tribunallar və inzibati orqanlar tərəfindən mühakimə olunmuş 1874 nəfər məhkumun əfv olunması və cəzasının yüngülləşdirilməsi haqqında çıxarılan qərarla razılaşdığını bildirdi.

Qədir-Xum bayramı münasibətilə xalqın müxtəlif təbəqələri ilə görüş
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər xalqın müxtəlif təbəqələrindən ibarət minlərlə vətəndaşın qarşısında İslam hökumətinin əhəmiyyətli məsələ olması və əsil İslam hökuməti nümunəsinin açıqlanmasını Qədir-Xum hadisəsinin böyük bir dərsi kimi təqdim edərək dedi: “Şiəlik Qədir-Xum hadisəsi ilə bağlı öz parlaq və əsası möhkəm olan inancını qorumaqla yanaşı bu inancın İslam dünyasında təfriqə və ixtilafa yol açmasına da imkan verməyəcək”.

Elm və Sənaye Universitetinin minlərlə tələbəsi ilə görüş
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Elm və Sənaye Universitetinin minlərlə tələbəsi qarşısında etdiyi çıxışda tələbə fəaliyyətinin müxtəlif sahələrini və xüsusiyyətlərini açıqlayaraq, universitetləri "elm və təhqiqat" və "müqəddəs amallar uğrunda mübarizə” ocağı kimi dəyərləndirdi və qeyd etdi: “Əgər millət və dövlətin vəzifəli şəxsləri ölkəmizdəki İslam quruluşunu öz həqiqi simasında qoruyub saxlaya bilsələr, heç bir düşmən bu ölkəyə zərbə vura bilməz".

Həzrət Ayətullah Xameneinin həcc ziyarəti ilə əlaqədar müraciəti
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei həcc ziyarətində iştirak edən minlərlə zəvvara ünvanladığı müraciətində İslamda vacib əməllərdən sayılan həcc ziyarətini fərdi və ictimai tərbiyənin mühüm elementlərini özündə ehtiva edən bir əməl adlandırmışdır. O, İslam ümmətinin işıqlı və ümidverici gələcəyinə, ABŞ və sionizmin isə müsəlmanlara qarşı mövqe tutduqları bütün cəbhələrdə məğlubiyyətə düçar olmasının labüdlüyünə xüsusi işarə edərək dedi: “Allah-Taala verdiyi bütün vədlərə sadiqdir. Buna görə də müsəlman ümməti irəliyə doğru yolda qarşısına çıxan bütün çətin sınaqları və əngəlləri iman, saf niyyət, optimist əhval-ruhiyyə, mübarizə, səbir və uzaqgörənliklə keçərək arxada qoyacaqdır”.

Ekvador Respublikasınnın prezidenti Rafael Korrea ilə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Ekvador Respublikasının prezidenti Rafael Korrea və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran millətinin maraq və hüquqlarına dair ölkələrin müqavimətini yeganə tərəqqi yolu kimi qiymətləndirərək qeyd etdi: "Bu müqavimətin şücaətli rəhbərlərə ehtiyacı var və Latın Amerikasında belə rəhbərlər mövcuddur".
