
Xəbərlər


İnqilabın Rəhbəri Qum şəhərinin minlərlə sakini ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Qum əhalisinin 19 dey 1356-cı il tarixli qiyamının ildönümü münasibətilə bu şəhərin minlərlə sakini ilə görüşdü.

İslam İnqilabının Rəhbərinin 30-cu Ümumrespublika Namaz Konfransı ilə bağlı müraciəti
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 30-cu Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətində bu böyük vacibin müsəlman fərdi və cəmiyyətinin cari ehtiyaclarından daha üstün bir ehtiyac, insan üçün ruh və hava kimi vacib olduğunu dedi: “Gənclər və yeniyetmələrlə iş üzrə təşkilatların rəhbərləri namazın öyrədilməsi, qılınması və daha keyfiyyətli edilməsi yollarını gənclər üçün hamarlaşdırmalıdırlar”.

İnqilabın Ali Rəhbəri Kermanda törədilmiş terror hadisəsi ilə bağlı başsağlığı verdi
Həzrət Ayətullah Xamenei Kermanın “Şəhidlər Xiyabanı”na gedən yolda Şəhid Süleymaninin məzarını ziyarətə gedən insanlarn bir qrupunun şəhadəti ilə nəticələnən terror hadisəsində dünyasını dəyişmiş insanların ölümü ilə bağlı başsağlığı verdi.

İnqilabın Ali Rəhbəri minlərlə Əhli-beyt (ə) məddahı və şairlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minlərlə Əhli-beyt (ə) məddahı və dini mövzuda yazan şairlə görüşdə həzrət Fatimeyi-Zəhranın (s.ə) aydınlatma cihadının banisi olduğunu vurğuladı: “Əhli-beyt (ə) məktəbinin məddahları Fatimeyi-Zəhranın (s.ə) böyük dərsini və bu işıqlı sünnəni rəhbər tutaraq aydınlatma cihadının iki xüsusiyyətini – qəlbləri riqqətə gətirmək bacarığı və hərəkət yaratmaq; düzgün və dəqiq mövqe tutmaq xüsusyyətlərini özlərinin əsas vəzifəsi bilib günümüzün seçkilər kimi mühüm hadisələrində aydınlatma və cihadla məşğul olsunlar”.

İslam İnqilabının Rəhbəri şəhid Sərdar Süleymaninin ailə üzvlrəi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra şəhid Sərdar Süleymaninin ailə üzvləri ilə görüşdə bu şəhidin adı, xatirəsi və xüsusiyyətlərinin əvvəlkindən daha geniş miqyasda yayılmasının onun ixlasından qaynaqlandığını dedi: “Bu böyük şəhidin ən böyük rolu və xidməti regionda müqavimət cəbhəsini diriltmək oldu”.

İslam İnqilabının Rəhbəri xalqın minlərlə xanım təmsilçisi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər xalqın minlərlə qadın təmsilçisi ilə görüşdə İslam dininin qadınların ailədəki rolunun müxtəlif yönlərinə, onların cəmiyyət, siyasət və müxtəlif səviyyələrdəki idarəetmə fəaliyyətlərinə məntiqi və rasional baxışına aydınlıq gətirərək vurğuladı: “İslamda kişilər kimi qadınların da hər növ sosial fəaliyyəti icazəlidir.

İslam İnqilabının Rəhbəri Xuzistan və Kirmandan gəlmiş minlərlə insanla görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Xuzistan və Kerman əyalətindən gəlmiş minlərlə insanla görüşdə 11 isfənd seçkilərinin dəyişikliyə zəmin yaradan çox mühüm və təyinedici bir hadisə olduğunu dedi.

Ali Rəhbərin iştirakı ilə Həzrət Zəhraya (s.ə) həsr edilmiş matəm mərasimi keçirildi
İslam İnqilabının Rəhbəri və bir qrup insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

Ali Rəhbərin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi keçirildi
İslam İnqilabının Rəhbəri və bir qrup insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Zəhraya (s.ə) həsr edilmiş şəhadət axşamı mərasimi keçirildi.

Ali Rəhbərin iştirakı ilə Həzrət Zəhraya (s.ə) həsr edilmiş matəm mərasimi keçirildi
İslam İnqilabının Rəhbəri və Əhli-beyt (ə) sevərlərdən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Mərziyyənin (s.ə) şəhadət gecəsinə həsr edilmiş matəm mərasimi keçirildi.

Ali Rəhbərin iştirakı ilə Həzrət Zəhraya (s.ə) həsr edilmiş matəm mərasimi keçirildi
İslam İnqilabının Rəhbəri və Əhli-beyt (ə) sevərlərdən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş ikinci matəm mərasimi keçirildi.

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş birinci matəm gecəsi
İslam İnqilabının Rəhbəri və bir qrup insanın iştirakı ilə bu gecə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş birinci matəm mərasimi keçirildi.

İnqilabın Rəhbəri 10 min Şərqi Azərbaycan şəhidinin anım konqresinin üzvləri ilə görüşdü
06 dekabr 2023-cü il tarixində İslam İnqilabının Ali Rəhbərinin Şərqi Azərbaycan Əyalətinin 10 Min Şəhidinin Anım Konqresinin Mərkəzi Qərargahının üzvləri ilə görüşdə verdiyi bəyanatın tam mətni bu gün konfransın keçirildiyi məkanda yayımlandı.

İslam İnqilabının Rəhbəri Kuba Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Kuba Respublikasının prezidenti cənab Migel Diaz Kanel və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə hər iki ölkənin zəngin siyasi-iqtisadi imkanlara malik olduğunu vurğuladı: “ABŞ və eyni mövqedə olan Qərb dövlətlərinin hegemonluğuna qarşı beynəlxalq kualisiya və birlik yaradılmasında bu imkanlardan istifadə edilməlidir”.

İslam İnqilabının Rəhbəri minlərlə bəsici ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər ölkənin dörd bir tərəfindən toplaşmış minlərlə bəsici ilə görüşdə qeyd etdi ki, İmam Xomeyninin (r.ə) Bəsici yaratmaqda məqsədi İranın təhdidlər və təhlükələrə qarşı müqavimətini maksimum dərəcəyə çatdırmaq olmuşdur.

Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün günorta ordunun baş komandanı və İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdə HDQ-nin böyük imkanlarının olduğunu, xüsusilə iqtisadiyyatın dənizmərkəzli siyasətlərinin icrası istiqamətində bu qüvvələrin böyük imkanlara malik olduğunu qeyd edərək ölkənin və dövlətin iqtidarını, cəmiyyətdə ümid və ruh yüksəkliyini artırmaq məqsədilə yeni imkanların kəşf edilməsinin zəruriliyini vurğuladı.

İnqilabın Rəhbəri Hançjou Asiya və Para-Asiya oyunlarının medalçıları ilə görüşdü
İslam İnqilabının Rəhbəri bu gün səhər Hançjou Asiya və Para-Asiya oyunlarının medalçılarını, digər qəhrəmanlar, idmançılar, idman sahəsinin fəalları və veteranlarından bir qrupu ilə səmimi görüşdə ölkə idmançılarına, qürur gətirən məşqçilərə dərindən təşəkkür edərək onların idman arenalarındakı hörmətə layiq davranışlarının İran xalqının parlaq simasının təzahürü olduğunu dedi.

Ali Baş Komandanın SEPAH-ın Aerokosmik Qüvvələrinin sərgisini ziyarət etdi
Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin bu gün (bazar günü) səhər Aşura Aerokosmik Elmlər və Fənlər Universitetində İslam İnqilabının Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin son nailiyyətlərinin nümayiş etdirildiyi sərgidə 1,5 saatlıq iştirakı oldu.
