
Xəbərlər


Ali Məqamlı Rəhbər şəhid Zeynəddin qardaşlarının atası Hacı Əbdülrəzzaq Zeynəddinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəhid Zeynəddin qardaşlarının atası Hacı Əbdülrəzzaq Zeynəddinin vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verdi.

Ali Məqamlı Rəhbərin imamətliyi ilə cümə namazı qılınacaq
Bu həftə – mərhəmətli imam Həzrət Əli İbn Musa Rizanın (ə) şəhadətinin ildönümündə Tehran şəhərində cümə namazı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə qılınacaq.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi
Bu gün səhər – Fəcr dekadasının ilk günü və İmam Xomeyninin (r.ə) öz müsəlman vətəninə tarixi qayıdışının ildönümündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum imamın (r.ə) məqbərəsini ziyarət etdi, İran İslam Respublikasının dahi banisinin ruhuna “Fatihə” oxuyaraq onun xatirəsini ehtiramla yad etdi.

Ali Məqamlı Rəhbər Ərəbistanın şiə alimlərindən olan Əllamə Şeyx Məhəmmədəli Ömərinin vəfatı ilə əlaqədar, 2 nümayəndəsini Mədinə şəhərinə göndərdi
Ərəbistanın şiə alimlərindən olan Əllamə Şeyx Məhəmmədəli Ömərinin vəfatı ilə əlaqədar olaraq, Ayətullah Cənnəti və Höccətül-İslam Mərvi Ali Məqamlı Rəhbərliyin başsağlığı diləklərini Əllamə Ömərinin ailə üzvlərinə çatdırmaq və matəm mərasimində iştirak etmək üçün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən Mədinə şəhərinə ezam olundular.

Ali Məqamlı Rəhbər şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) ərbəin mərasimində iştirak etdi
Şəhidlər ağası İmam Hüseynin (ə) və silahdaşlarının şəhadətinin 40-cı günündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və ölkənin müxtəlif universitetlərini təmsil edən tələbə heyətlərinin iştirakı ilə əzadarlıq mərasimi keçirildi, hüseyniyə başdan-başa İmama (ə) qarşı böyük sevgi və emosiyalarla dolub-daşdı.

Ali Məqamlı Rəhbər şəhid professorlar Məcid Şəhriyari və Məsud Əliməhəmmədinin evlərində oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cümə axşamı gecəsi şəhid professorlar Məcid Şəhriyari və Məsud Əliməhəmmədinin evlərində oldu. Şəhidlərin ailə üzvləri ilə səmimi və mehriban bir atmosferdə görüşüb söhbətləşən Ali Məqamlı Rəhbər “elm və din şəhidlərinin” yaxınları və övladlarının böyük səbir və dözüm nümayiş etdirməsini yüksək qiymətləndirdiyini dedi.

Ali Məqamlı Rəhbər Xatəmül-Ənbiya (s.ə.a.s) adına Hava Hücumundan Müdafiə Qərargahının komandirini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei verdiyi fərmanla general Fərzad İsmailini Xatəmül-Ənbiya (s.ə.a.s) adına Hava Hücumundan Müdafiə Qərargahının komandiri vəzifəsinə təyin etdi.

Ali Məqamlı Rəhbər minlərlə Qum sakini ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə Qum sakini ilə bugünkü görüşündə qeyd etdi ki, uzaqgörənlik və şəraiti düzgün qiymətləndirmək bacarığı, məsuliyyət hissi və zəruri anda meydanda var olmaq ilahi sınaqlardan müvəffəqiyyətlə çıxmağa imkan verən, habelə maddi və mənəvi tərəqqi üçün zəmin yaradan üç başlıca amildir. O vurğuladı: “Ötən 30 il ərzində cürbəcür ilahi sınaqlardan müvəffəqiyyətlə keçmiş İran xalqı bu gün özünün səadət və mükəmməlliyin zirvələrinə, gözəl dünya və axirət həyatına aparan yoluna hər zaman olduğundan daha qüdrətli şəkildə, güclü əzm və iradə ilə, ayıq-sayıqlıqla, bir yumruqda birləşərək davam edəcək”.

Ali Məqamlı Rəhbər özünün Kürdüstan vilayəti üzrə nümayəndəsini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Höccətül-İslam Hacı Seyidməhəmməd Hüseyni Şahrudinin vəli-fəqihin Kürdüstan vilayətindəki nümayəndəsi və ölkənin qərb regionları üzrə fəaliyyət göstərən böyük islami mərkəzin rəhbəri vəzifəsinə təyin olunması haqda əmr imzaladı.

Ali Məqamlı Rəhbər Gilan vilayətində əhalinin müxtəlif təbəqələrilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə gilanlı ilə görüşündə qeyd etdi ki, daimi əzmkarlıq, gözüaçıqlıq, dərin düşüncə və ayıq-sayıqlıq İran xalqını yüksəliş və tərəqqinin zirvələrinə doğru aparan başlıca amillərdir.

Ali Məqamlı Rəhbər gənc elm xadimlərinin ona yazdığı məktubu cavablandırdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei gənc elm xadimlərindən 13 nəfərinin elmi müsabiqələrdə qazandıqları medalları ona hədiyyə etməsinə cavab olaraq, ölkə üçün iftixar mənbəyi olan bu gənclərə təşəkkür etməklə yanaşı həmin medalları müqəddəs İmam Rza (ə) ziyarətgahına təqdim etdi.

Asiyanın Quanqcu şəhərində baş tutan paraolimpiya oyunlarında iştirak etmiş iranlı əlil və veteran idmançılara müraciət
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Asiyanın Quanqcu şəhərində keçirilən paraolimpiya oyunlarında İran İslam Respublikasını təmsil etmiş əlil və veteran idmançılara ünvanladığı müraciətdə onlara özünün təqdir və minnətdarlığını ifadə etdi.

Ali Məqamlı Rəhbər Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qətər dövlətinin əmiri Şeyx Həməd İbn Xəlifə Ali-Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə regionda, xüsusilə də Fars körfəzi regionunda təhlükəsizliyin əhəmiyyətinə toxunaraq vurğuladı: “Fars körfəzi regionunda təhlükəsizliyin əhəmiyyətini təkcə bu və ya digər dövlətə aid etmək olmaz, çünki regionda təhlükəsizliyin bərqərar edilməsi oradakı bütün ölkələrin xeyrinə, pozulması isə hamısının zərərinə olacaq”.

Ali Məqamlı Rəhbər şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş əzadarlıq mərasimində iştirak etdi
Aşura gecəsində – Hüseynin (ə), habelə onun ilahi mərifət sahibi olan ixlaslı silahdaşlarının şəhadət gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Əba-Əbdillah Hüseynə (ə) həsr edilmiş təntənəli əzadarlıq mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Məsumə (s.ə) ziyarətgahının hamisini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Hacı Seyidməhəmməd Səidinin Həzrət Fatimeyi-Məsumə (s.ə) ziyarətgahının, habelə ziyarətgahın nəzdindəki mərkəz və məntəqələrin hami-qubernatoru təyin edilməsi ilə bağlı əmr imzaladı.

Həcc ziyarətinin təşkilatçıları və məsul rəsmiləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasında həcc ziyarətinin təşkilatçıları və məsul rəsmiləri ilə görüşdə cari ildə mərasimin yaxşı təşkil olunduğunu qeyd edərək dedi: “Keçmişdəki səy və zəhmətlərlə yanaşı, builki həcdə görülən müsbət və faydalı tədbirləri də diqqətə alaraq hər il tətbiq etməyə çalışın”.

Ali Məqamlı Rəhbər “İran-İslam modelli tərəqqi” mövzusunda ilk strateji ideyalar konfransında iştirak etdi
Həftənin çərşənbə günü, axşam çağı təşkil olunmuş İran İslam Respublikasında ilk strateji ideyalar konfransında İslam İnqilabının Ali Məqamlı Rəhbəri və universitetlərdə, elmi-teoloji mərkəzlərdə fəaliyyət göstərən onlarla mütəfəkkir, professor və mütəxəssis “İran-İslam modelli tərəqqinin əsasları, özəllikləri və müxtəlif aspektləri”ni müzakirə etməyə və araşdırmağa başladılar.

Livanın baş naziri Səd Həriri və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Livanın baş naziri Səd Həriri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Livanı “əhəmiyyətli və qəsbkar sionist rejiminə qarşı mübarizədə ön cəbhədə duran ölkə” adlandıraraq bunları vurğuladı: “İran İslam Respublikası Livanı abad, xoşbəxt, nüfuzlu və inkişaf etmiş bir ölkə kimi görmək istəyir”.
