Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

XXVII Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüş
XXVII Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Huseynin (ə) mübarək doğum günü ərəfəsində İmam Xomeyni (r.ə) adına huseyniyədə keçirilmiş XXVII Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları, münsiflər heyətinin üzvləri və müəllimlərlə görüşündə Quranı “bəşəriyyətə nicat verəcək möhkəm ilahi kəndir” adlandıraraq dedi: “Quran insanlara gözəl həyat vəd edir. Bu gözəl həyat şərəf və heysiyyət, asayiş, rifah, azadlıq, elm, tərəqqi, əxlaq və mənəviyyat, mülayimlik və güzəşt içərisində yaşanan bir ömürdür ki, bu da Qurani-Kərimlə ünsiyyət, bu möhkəm ilahi kəndirdən bərk-bərk yapışmaq sayəsində gerçəkləşə bilər”.
İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri və şəxsi heyət üzvləri ilə görüş
İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri və şəxsi heyət üzvləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hicri-qəməri təqvimlə şəban ayının 3-ü – İmam Hüseynin (ə) mübarək doğum günü və ölkədə İslam İnqilabı Keşikçiləri Günü ərəfəsində, bu gün səhər İslam İnqilabı Keşikçiləri Korpusunun minlərlə zabiti və şəxsi heyət üzvləri ilə görüşdü. Ali Məqamlı Rəhbər İnqilab Keşikçiləri Korpusunun mənəvi-ideoloji mahiyyətini bu sosial-inqilabi institutun ötən 30 il ərzində müxtəlif meydanlarda və müxtəlif şərtlər daxilində “təqdirəlayiq və mütəhərrik fəaliyyətinin” başlıca amili adlandırdı. O, ölkədəki və beynəlxalq arenadakı mühüm reallıqları analiz edərək vurğuladı: “Ölkə rəsmiləri müxtəlif sferalarda öhdələrinə düşən ağır vəzifələrə layiqincə əməl etməli, ötən 31 il ərzində olduğu kimi, istənilən situasiya ilə üzləşmək üçün hazırlıqlı olmalıdırlar. Heç şübhəsiz, böyük İran xalqı və İslam Respublikası bu aramsız qarşıdurma meydanında, eynilə keçmişdə olduğu kimi, yenə də qalib gəlcək!”.
Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Komitəsinin məsul işçiləri ilə görüş
Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Komitəsinin məsul işçiləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Komitəsinin ali təhsil ocaqlarındakı idarələrinin məsul işçiləri ilə görüşündə qeyd etdi ki, hazırda ölkə universitetlərində hərtərəfli müsbət və münasib bir şərait mövcuddur. O vurğuladı: “Universitetlərin elmi hərəkatı və əldə etdiyi nailiyyətlər, cihad əhval-ruhiyyəli saysız-hesabsız tələbənin varlığı, müəllim və tələbə kollektivlərinin siyasi uzaqgörənliyi, onların həssas və həlledici məqamlarda ölkənin ictimai-siyasi meydanlarında hazır olması, universitetlərdə dini atmosferin hökm sürməsi, ali təhsil ocaqlarında ölkənin sabahını düşünən, imanlı müəllimlərin sayının çoxluğu ölkənin universitet mühitinin parlaq reallıqlarıdır”.
Əzəmətli İslam peyğəmbərinin Besət günündə dövlət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş
Əzəmətli İslam peyğəmbərinin Besət günündə dövlət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş
Bu gün – Əzəmətli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) Besət günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri, müsəlman ölkələrinin Tehrandakı səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü. Ali Məqamlı Rəhbər Besətin son dərəcə önəmli bir mərhələ olduğunu dedi, bu günü “insanlığı səadət və xoşbəxtliyə aparan yolun başlanğıcı”, “bəşəriyyətin fitri və tarixi ehtiyaclarına cavab verildiyi gün” adlandıraraq vurğuladı: “Peyğəmbərin besəti və İslam dininin Yer üzünə gəlişi bəşəriyyətə verilmiş ədalət, sülh, asayiş və təhlükəsizlik müjdəsidir. Tanrının sadiq vədlərinə görə, vahid Allaha itaət və pərəstiş yolu olan bu yolun sonunda onun davamçılarına rahatlıq, nicat və qələbə nəsib olacaq”.
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Seyid Məhəmmədhüseyn Fəzlullahın vəfatı ilə əlaqədar başsağlığı verdi
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Seyid Məhəmmədhüseyn Fəzlullahın vəfatı ilə əlaqədar başsağlığı verdi
Mehriban və bağışlayan Allahın adı ilə!
Mücahid alim Ayətullah Hacı Seyid Məhəmmədhüseyn Fəzlullahın (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar möhtərəm Fəzlullah ailəsinə, mərhumun Livandakı, habelə Afrika və Latın Amerikasında yaşayan Livan əsilli icmalar arasındakı sadiq dostlarına, bütün Livan şiələrinə başsağlığı verirəm. Bu böyük və işgüzar alim din və siyasət meydanında özünəməxsus təsirə malik olan bir şəxsiyyət idi.
“Səda və sima” Dövlət Teleradio Şirkətinin direktoru və şirkətdə çalışan incəsənət xadimləri ilə görüş
“Səda və sima” Dövlət Teleradio Şirkətinin direktoru və şirkətdə çalışan incəsənət xadimləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər “Səda və sima” Dövlət Teleradio Təşkilatının direktoru, habelə təşkilatın kino və teleproqram redaksiyalarında çalışan rəhbər işçilər, ssenaristlər və istedadlı incəsənət xadimləri ilə görüşündə hal-hazırda milli teleradionun, xüsusilə də kinomotoqrafiya və teleserial sferasının həmişəkindən daha əhəmiyyətli mövqeyə malik olduğunu qeyd etdi. Ali Məqamlı Rəhbər bu sahədə gördükləri dəyərli işlərə görə milli teleradionun rəhbər işçilərinə və istedadlı incəsənət adamlarına səmimi təşəkkürünü bildirərək əlavə etdi: “Mövcud maddi-texniki bazadan və ideoloji imkanlardan, o cümlədən İranın olduca maraqlı, enişli-yoxuşlu tarix və mədəniyyətindən istifadə etməklə milli kinomuzun hazırkı səviyyəsi ilə arzuolunan səviyyəsi arasındakı məsafəni azaltmaq, bu boşluğu doldurmaq mümkündür”.
Məhkəmə Hakimiyyətinin Sədri və rəsmiləri ilə görüş
Məhkəmə Hakimiyyətinin Sədri və rəsmiləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin Sədri və rəsmiləri ilə bugünkü görüşündə məhkəmə orqanlarını İslam dövlətinin son dərəcə həssas və əhəmiyyətli sferalarından biri adlandıraraq vurğuladı ki, ölkənin bütün hökumət orqanları Məhkəmə Hakimiyyətinə dəstək olmalıdırlar. Ali Məqamlı Rəhbər dedi: “Məhkəmə Hakimiyyətinin mühüm vəzifələrindən biri ədalət və vicdan məcrasından kənara çıxmamaq, ölkədə formalaşan siyasi atmosferin təsiri altına düşməmək, mühakimə edərkən və hökm çıxararkən simpatiya və antipatiya hisslərinə qapılmamaqdır”.
Buşəhr vilayətinin sakinləri ilə görüş
Buşəhr vilayətinin sakinləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün – Həzrət Əlinin (ə) mübarək doğum günündə Buşəhr vilayətinin sakinləri ilə görüşdü. Sakinlərin qarşısında çıxış edən Ali Məqamlı Rəhbər Əmirəl-möminin Əli ibn Əbi-Talibin (ə) müstəsna bir şəxsiyyət olduğunu qeyd etdi, o həzrəti “elmin, mənəvi-əxlaqi, bəşəri və ilahi dəyərlərin zirvəsi” adlandıraraq vurğuladı: “Bəşər tarixində yaşamış bu misilsiz şəxsiyyətin həyatından İslam dünyasının və cəmiyyətin bugünü üçün götürməli olduğumuz ən mühüm dərs insanların gözünü açmaq, kimin kim olduğunu, nə baş verdiyini onlara anlatmaq, uzaqgörənliyə ehtiyac duyan şəxslərin imanını möhkəmlətmək, düşüncəsini dərinləşdirməkdir”.
Ölkənin müxtəlif ali təhsil ocaqlarının akademik heyətini təmsil edən bəsicilərlə görüş
Ölkənin müxtəlif ali təhsil ocaqlarının akademik heyətini təmsil edən bəsicilərlə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkənin müxtəlif universitetlərinin elmi kollektivinin üzvü olan bəsicilərlə (yarımhərbi könüllü səfərbərlik dəstələrinin üzvləri) görüşdü. Özünün olduqca mühüm çıxışı zamanı Ali Məqamlı Rəhbər hal-hazırda imperialist blokunun İslam hərəkatı və bu hərəkatın simvolu olan İran İslam Respublikası qarşısında kritik bir mərhələ yaşadığını, dağınıq və həyəcanlı bir vəziyyətdə olduğunu qeyd edərək vurğuladı: “Bu gün ölkəmiz, əsasən, bir yumruqda birləşməyə ehtiyac duyur. Hətta saf niyyətlə deyilən bir söz, atılan addım, yaxud mətbuatda gedən yazı cəmiyyətdə ikitirəlik və parçalanmaya səbəb olursa, demək, ölkənin və İslam dövlətinin mənafeyinə ziddir”.
İslami Şura Məclisinin sədri, idarə heyətinin üzvləri və deputatlarla görüş
İslami Şura Məclisinin sədri, idarə heyətinin üzvləri və deputatlarla görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İslami Şura Məclisinin Sədri, idarə heyətinin üzvləri və deputatlarla görüşdə hazırkı həssas və günü-gündən dəyişməkdə olan beynəlxalq şəraiti kompleks surətdə təhlil etdi. Ali Məqamlı Rəhbər həmçinin İran İslam Respublikasındakı daxili vəziyyətə toxunaraq İran xalqının birlik və ayıq-sayıqlıq nümayiş etdirdiyini, İmam Xomeyni (r.ə) amallarına və İmamın ideoloji-siyasi kursuna misilsiz dərəcədə bağlı olduğunu xüsusi qeyd etdi.
İmam Xomeyninin (r.ə) vəfatının 21-ci ildönümünə həsr edilmiş mərasim
İmam Xomeyninin (r.ə) vəfatının 21-ci ildönümünə həsr edilmiş mərasim
Sədaqətli, mətin və uzaqgörən İran xalqı dahi imam Xomeyninin (r.ə) vəfatının 21-ci ildönümünə həsr olunmuş mərasimi mərhum liderə qarşı özünün möhtəşəm və dərin sədaqətinin ifadə olunduğu bir meydana çevirdi; imam Xomeyninin (r.ə) işıqlı kursuna sadiq qalacağı barədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri və dövrün Vəliyyi-fəqihi Həzrət Ayətullah Xamenei ilə bir daha əhd-peyman bağladı.
Əhli-Beyt (ə) məddahları, şairlər və söz ustadları ilə görüş
Əhli-Beyt (ə) məddahları, şairlər və söz ustadları ilə görüş
Bu gün səhər – İslam Peyğəmbərinin (s) istəkli qızı Siddiqeyi-Kubra, Həzrət Fatimeyi-Zəhranın (s.ə), həmçinin onun şərəfli övladı imam Xomeyninin (r.ə) doğum günlərinin ildönümündə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei imam Xomeyni (r.ə) adına hüseyniyədə şairlərdən və Əhli-beyt (ə) məddahlarından bir qrupu ilə görüşdü. Əhli-beyt (ə) məddahları və söz ustadları Ali Məqamlı Rəhbərin qarşısında nəciblik və iffət simvolu olan o əzəmətli xanımın fəzilətlərinə və məziyyətlərinə həsr edilmiş, habelə inqilabi və ictimai məzmunlu şeirlər oxudular.
Ali Məqamlı Rəhbər seçkidən sonrakı iğtişaşlarla bağlı mühakimə edilmiş bir qrup şəxsin əfvi və ya cəzasının yüngülləşdirilməsinə razılıq verdi
Ali Məqamlı Rəhbər seçkidən sonrakı iğtişaşlarla bağlı mühakimə edilmiş bir qrup şəxsin əfvi və ya cəzasının yüngülləşdirilməsinə razılıq verdi
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum günü ərəfəsində Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani ötən il baş tutmuş və 42 milyon seçicinin iştirakı faktı ilə xalqın qəhrəmanlıq salnaməsinə yazılmış seçkilərdən sonra baş verən iğtişaşlar zamanı həbs olunaraq ümumi və inqilabi məhkəmələrdə mühakimə edilmiş, hazırda isə əməlindən peşman olmuş və amnistiya ilə bağlı müvafiq orqanlara xahiş ərizəsi ilə müraciət etmiş 81 məhkumun əfv edilməsi, yaxud cəzasının yüngülləşdirilməsi ilə bağlı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə müraciət etdi. İslam İnqilabının Rəhbəri Məhkəmə Hakimiyyəti sədrinin bu müraciətini müsbət cavablandırdı.
İİR-in banisi Həzrət Xomeyninin əziz xatirəsinə həsr olunan anım mərasimi
İİR-in banisi Həzrət Xomeyninin əziz xatirəsinə həsr olunan anım mərasimi
İran İslam Respublikasının banisi Həzrət imam Xomeyninin (r.ə) dünyadan köçməsinin 21-ci ildönümü ilə əlaqədar olaraq, o dahi liderin əziz xatirəsini bir daha böyük ehtiramla yad etmək məqsədilə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin təşəbbüsü ilə 3 iyun, 2010-cu il tarixində Böyük Qum məscidində anım mərasimi keçiriləcək. Qeyd edək ki, Ali Məqamlı Rəhbərlik Baş İdarəsi bununla bağlı rəsmi məlumat yaymışdır.
Ali Məqamlı Rəhbərin xəyanətkar sionist rejiminin humanitar yardım aparan gəmi karvanına hücumu ilə bağlı müraciəti
Ali Məqamlı Rəhbərin xəyanətkar sionist rejiminin humanitar yardım aparan gəmi karvanına hücumu ilə bağlı müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sionist rejiminin humanitar yardım aparan gəmi karvanına xəyanətkar və rəhmsiz hücumu ilə bağlı müraciətində İsrailin bu addımını beynəlxalq ictimaiyyətin rəyinə və Yer üzündəki hər bir insanın vicdan azadlığına edilən təcavüz kimi qiymətləndirərək təkidlə vurğuladı: “Bu gün artıq Fələstin təkcə nə ərəb, nə də İslam dünyasının problemi deyil. Fələstin məsələsi müasir dünyada bəşər hüquqları ilə bağlı ən mühüm bir problemdir. Bu iyrənc və despot rejimin himayədarları, xüsusilə Amerika, İngiltərə və Fransa törətdikləri əməllərə görə ciddi surətdə cavab verməlidirlər”.

Seçilmiş ünvanlar