Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Cənubi Pars məntəqəsindəki neft sənayesi müəssisələrində çalışan mühəndis və fəhlələrlə görüşdü
Ali Məqamlı Rəhbər Cənubi Pars məntəqəsindəki neft sənayesi müəssisələrində çalışan mühəndis və fəhlələrlə görüşdü
Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Cənubi Pars məntəqəsindəki neft sənayesi müəssisələrində çalışan mühəndis, texnik və fəhlələr, habelə məntəqədə yaşayan möhtərəm şəhid ailələri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər yeni ilin “İqtisadi cihad ili” adlandırılmasına toxunaraq dedi: “İran xalqı dünyanın zalım və hegemon dövlətləri qarşısında 32 il müqavimət göstərib. Bu cihad və mübarizə iqtisadi müstəvidə daha da kompleks surətdə, ciddi və strateji formada davam etdiriləcək”.
Ali Məqamlı Rəhbər strateji texnologiyalar sərgisinə baxış keçirdi
Ali Məqamlı Rəhbər strateji texnologiyalar sərgisinə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 5 saatdan artıq müddətdə strateji texnologiyalar sərgisinə baxış keçirdi və müxtəlif bölümləri təmsil edən rəsmilərin verdiyi məlumatlar əsasında, ölkənin alim və tədqiqatçılarının əldə etdiyi elmi-texnoloji nailiyyətlərin bir hissəsi ilə tanış oldu.
Ali Məqamlı Rəhbər “Təbii sərvətlər” həftəsi çərçivəsində ən böyük şəhər botanika bağının əsasının qoyulması mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər “Təbii sərvətlər” həftəsi çərçivəsində ən böyük şəhər botanika bağının əsasının qoyulması mərasimində iştirak etdi
Bu gün “Təbii sərvətlər” həftəsi çərçivəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Tehran şəhərinin cənubunda – Hava Qüvvələri qarnizonunun əvvəlki yerində – ölkədə ən böyük botanika bağının əsasının qoyulmasına rəsmi surətdə start verildi.
Ali Məqamlı Rəhbər Kəşfiyyat Nazirliyində oldu, İmam Zamanın (ə.f) məxfi əsgərlərinin fəaliyyəti və nailiyyətləri ilə tanış oldu
Ali Məqamlı Rəhbər Kəşfiyyat Nazirliyində oldu, İmam Zamanın (ə.f) məxfi əsgərlərinin fəaliyyəti və nailiyyətləri ilə tanış oldu
Bu gün səhər Kəşfiyyat Nazirliyində olan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Zamanın (ə.f) məxfi əsgərlərinin fəaliyyətini və nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirməklə yanaşı, nazirliyin rəhbər işçiləri, ekspertləri və kadrları ilə də görüşdü. Nazirliyin yerləşdiyi məkana daxil olan zaman əvvəlcə şəhid olmuş üç məxfi əsgərin məzarını ziyarət edən Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq Müqəddəs Müdafiədə şəhid olan insanların xatirəsini ehtiramla yad etdi.
Hökumət adamları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş
Hökumət adamları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş
: İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hökumət adamları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə bu gün səhər baş tutan görüşündə iştirakçıları İslamın əzəmətli peyğəmbərinin (s) və İmam Sadiqin (ə) mübarək doğum günləri münasibətilə təbrik edərək qeyd etdi ki, regiondakı bəzi xalqların oyanışı bəşərin “İslam dini və əziz İslam peyğəmbəri” kimi həyatverici bir günəşdən bəhrələnmə qabiliyyətinin artmasının əlamətidir.
Ali Məqamlı Rəhbər ölkədə baş tutan 24-cü İslami Vəhdət Konfransının iştirakçıları ilə görüşdü
Ali Məqamlı Rəhbər ölkədə baş tutan 24-cü İslami Vəhdət Konfransının iştirakçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə baş tutan 24-cü İslami Vəhdət Konfransında iştirak etmək üçün gəlmiş qonaqlar və İslam mütəfəkkirləri ilə bugünkü görüşündə İslam dünyasında mövcud olan hazırkı şəraiti “olduqca həssas və tarixi bir period” adlandıraraq vurğuladı: “Bu həssas periodu düzgün dərk etmək, camaatın dinə imanını möhkəmləndirmək, vəhdəti qorumaq, Amerikanın ehtişamından qorxmamaq, Allahın möminlərə verdiyi qələbə vədinə optimist yanaşmaq bu gün İslam dünyasında milyonların həyata keçirdiyi misilsiz hərəkatın uğuru və qələbəsi üçün zəmin yarada bilər”.
Ali Məqamlı Rəhbərin Türkiyə Respublikasının prezidenti ilə görüşü
Ali Məqamlı Rəhbərin Türkiyə Respublikasının prezidenti ilə görüşü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Türkiyə Respublikasının dövlət başçısı cənab Abdullah Gül və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran İslam Respublikası və Türkiyəni “iki müsəlman, dost və qardaş ölkə” adlandıraraq vurğuladı: “Ötən uzun illərlə müqayisədə hal-hazırda İran və Türkiyə arasında iqtisadi və siyasi baxımdan yüksək səviyyəli əlaqələr mövcuddur. Bu tarixi şansdan hər iki ölkənin malik olduğu bütün geniş imkanların reallaşdırılması istiqamətində istifadə olunmalıdır”.
Ali Məqamlı Rəhbər Hərbi Hava Qüvvələrində xidmət edən komandir, zabit, pilot və digər kadrlardan bir qrupu ilə görüşdü
Ali Məqamlı Rəhbər Hərbi Hava Qüvvələrində xidmət edən komandir, zabit, pilot və digər kadrlardan bir qrupu ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun Hava Qüvvələrində və Hava Hücumundan Müdafiə Qərargahında xidmət edən komandir, zabit, pilot və digər kadrlardan böyük bir qrupu ilə bu gün baş tutan görüşündə qeyd etdi ki, İslam Respublikasının sarsılmazlığının, bu dövlətin başqa xalqlar üçün nümunəyə çevrilməsinin başlıca amili İran xalqının öz prinsip və dəyərləri, xüsusilə də İslam dini üzərində mətinliklə durması, mübarizə aparmasıdır.

Seçilmiş ünvanlar