
Xəbərlər


İqtisadiyyatın müxtəlif sferalarının fəalları ilə görüş
Özəl sektorun fəal iş adamları, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, bank, informasiya texnologiyaları və xidmət sektorlarında çalışan rəhbər işçilər, habelə sinfi təşkilatların nümayəndələri bu gün (çərşənbə günü) günortadan sonra Ali Məqamlı Rəhbərlə görüşərək ölkədəki müxtəlif iqtisadi problemləri müzakirə etdilər, fikir mübadiləsi apardılar.

Ali Məqamlı Rəhbər ölkənin qocaman və gənc şairləri ilə görüşdü
Əhli-Beytin kərimi İmam Həsən Müctəbanın (ə) təvəllüd gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyə mədəniyyət və incəsənət adamlarına, ölkənin qocaman və gənc şairlərinə, həmçinin Əfqanıstan və Tacikistanın farsca yazan qələm əhlindən bir qrupuna ev sahibliyi etdi. Görüş zamanı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hazırkı dövrün və regionda baş qaldırmış islami oyanışın spesifik xüsusiyyətlərini şərh edərək dedi: “Bu dəyişikliklər İran xalqının möhtəşəm hərəkatının təsiri ilə əmələ gəlib. Şairlər bu vəziyyəti dərk etməli, İslam İnqilabının mahiyyətinə və diskursuna sadiq qalmaqla yanaşı, İran xalqının başqa xalqlara örnək olması üçün vacib şərt kimi, öz dini bilgilərini də dərinləşdirməlidirlər”.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi Somalidə qıtlıqdan əziyyət çəkən insanlara yardım etməyə çağırdı
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi mömin və allahpərəst həmvətənlərimizi Somalidə qıtlıq və quraqlıqdan əziyyət çəkən insanlara yardım etməyə çağırdı.
Afrikanın şimal-şərq regionunda, xüsusilə də Somalidə quraqlığın şiddətli böhran həddinə çatması və bunun nəticəsində əmələ gələn qıtlıqla əlaqədar, Ali Məqamlı Rəhbərlik Baş İdarəsi elamnamə ilə çıxış edərək dəyərli həmvətənlərimizin hamısını bu rəhmət və bərəkət ayında Somalidə qıtlıqdan əziyyət çəkən müsəlmanlara yardıma tələsməyə çağırdı.

Ali Məqamlı Rəhbər müxtəlif təmayüllü universitet təşkilatlarının nümayəndələri və tələbələrlə görüşdü
Ölkənin müxtəlif universitetlərində təhsil alan iki min nəfərə yaxın tələbə, habelə elmi, mədəni, siyasi və sinfi təmayüllü universitet təşkilatının nümayəndəsi bu gün günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Ali Məqamlı Rəhbər dövlət rəsmiləri və müxtəlf hökumət qurumlarının təmsilçiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bazar günü günortadan sonra qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin, Xubriqan Məclisinin sədrləri, Nazirlər Kabinetinin üzvləri, parlament nümayəndələri, müxtəlif qurum və təşkilatların rəsmiləri, imam-cümələr, vəli-fəqihin vilayətlər üzrə nümayəndələri və Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə görüşdü.

Ali Məqamlı Rəhbər ehtiyaclı məhbusların azad edilməsi məqsədilə 800 milyon rial məbləğində yardım etdi
Bu gün (bazar günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 21-ci Qolrizan bayramı münasibətilə ölkənin cəzaçəkmə müəssisələrindəki ehtiyaclı məhbusların azadlığa qovuşması üçün Qanbahasının Ödənilməsinə Yardım İctimai Qərargahına 800 milyon rial məbləğində yardım etdi.

Ali Məqamlı Rəhbər Quran qarilərindən, hafiz və ustadlardan bir qrupu ilə görüşdü
Qurani-Kərimin baharı sayılan ayın – mübarək Ramazan ayının ilk günü (çərşənbə axşamı) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Quranla ünsiyyət məclisi quruldu.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi mübarək Ramazan ayı ilə bağlı elan verdi
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi rəsmi elamnamə ilə çıxış edərək məlumat vermişdir ki, mübarək Ramazan ayının hilalının gözlə göründüyü sübuta yetirilmədiyi üçün 1 avqust – bazar ertəsi günü şəban ayının son günüdür.

Ali Məqamlı Rəhbər Somalidə quraqlıqdan əziyyət çəkən əhaliyə maddi yardım etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Somaliyə üz vermiş insan faciəsinin ardınca bu ölkədə quraqlıqdan əziyyət çəkən əhaliyə 200 milyon rial məbləğində yardım etdi. Qeyd olunan məbləğ İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin İran Milli Bankı nəzdindəki 99999 saylı hesabına köçürülüb.

Ali Məqamlı Rəhbər Yəzd vilayətinin İmam cüməsini və Vəliyyi-Fəqihin nümayəndəsini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu səhər imzaladığı fərmanla Hüccətül-islam Məhəmmədrza Nasirini Yəzdin İmam-cüməsi və Vəli Fəqihin həmin vilayətdəki nümayəndəsi təyin etmişdir.
Fərmanının tam mətni belədir:
...

Ali Məqamlı Rəhbər yeni yaradılmış şuranın sədri və üzvlərini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Seyid Mahmud Haşimi Şahrudinin Üçlü Hakimiyyət Qüvvələri Arasındakı İxtilafları Həll Edən və Əlaqələri Tənzimləyən Şuranın sədri vəzifəsinə təyin olunması haqda sərəncam imzaladı. Sözügedən şura Konstitusiyanın 110-cu maddəsinin 7-ci bəndinin icrası üzrə təşkil olunmuşdur.

Ali Məqamlı Rəhbər Ordunun dəniz qüvvələrinin əsas hərbi-dəniz bazası olan Cənub Donanmasına baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bazar günü səhər ertə Ordunun dəniz qüvvələrinin əsas hərbi-dəniz bazası olan Cənub Donanmasında oldu. Ali Baş Komandan Ordunun donanma birləşmələrinin Fars körfəzi, Oman dənizi və beynəlxalq sulardakı fəaliyyəti, habelə görülən tədbirlərlə yaxından tanış oldu.
Ali Baş Komandan Ordunun Bəndər-Abbasdakı birinci donanma zonasına baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şənbə günü səhər Bəndər-Abbasa gələrək İİR Ordusunun Dəniz Qüvvələrinin birinci donanma zonasına və zavodlarına baxış keçirdi.

Ali Məqamlı rəhbər Ordu və Keşikçi Korpusun Bəndər-Abbasda yerləşən dəniz qüvvələrində xidmət edən hərbçilər və onların ailələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dünən axşam Ordu və Keşikçi Korpusun Bəndər-Abbasdakı dəniz qüvvələrində xidmət edən minlərlə hərbçisi və onların ailə üzvləri ilə izdihamlı bir şəraitdə görüşdü. Görüş əsnasında çıxış edən Həzrət Ayətullah Xamenei bildirdi ki, İİR Dəniz Qüvvələrinin Fars körfəzi və Oman dənizi sahillərində səriştəli iştirakı, həmçinin bu qüvvələrin beynəlxalq sulardakı strateji fəaliyyəti İran xalqının milli qürurunun, İslam Respublikasının qüdrətinin göstəricisi olmaqla yanaşı, xalqların qürur və heysiyyətinin müjdəçisidir. Düşmənin İran xalqının milli iqtidarını zəiflətmək cəhdləri qarşısında ayıq-sayıq olmağın vacibliyini vurğulayan Ali Məqamlı Rəhbər xalqın bütün nümayəndələrini, xüsusilə də rəsmiləri, siyasi partiya və cərəyanları, cürbəcür etnik qrup və məzhəbləri birlik və həmrəyliyi qoruyub saxlamağa, hər cür ixtilaf və parçalanmadan çəkinməyə çağırdı.

Ölkənin böyük və ümumi kitabxanalarının rəhbər işçiləri və sıravi kitabxanaçılarla görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin böyük və ümumi kitabxanalarının rəhbər işçiləri və sıravi kitabxanaçılardan bir qrupu ilə bugünkü görüşü zamanı müsəlman İran xalqının kitab istehsalı və kitab mütaliəsində qədim tarixi keçmişə malik olduğuna toxunaraq qeyd etdi ki, kitab istehsalı və nəşri sahəsində ölkədə mövcud olan hazırkı şərait və kitab mütaliəsi ilə bağlı statistika qaneedici deyil.

Ali Məqamlı Rəhbər məşğulluğun ümumi siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra ölkə üçün ümumi olan məşğulluq siyasətlərini elan etdi.
Üçlü hakimiyyət qüvvələri başçılarına, Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın sədrinə və Keşikçi Şuranın katibinə elan olunmuş məşğulluq siyasətlərinin mətni:

Pakistan Respublikasının prezidenti cənab Asəf Əli Zərdari və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Pakistan Respublikasının prezidenti cənab Asəf Əli Zərdari və onu müşayiət edən nümayəndə heyəti ilə şənbə günü günortadan sonra baş tutan görüşü zamanı iki ölə arasında dini, tarixi və mədəni baxımdan mövcud olan müştərək cəhətlərə toxunaraq Pakistan xalqını “çoxillik və dərin məzmunlu mübarizə keçmişinə malik olan böyük bir xalq” adlandırdı. O vurğuladı: “Pakistan xalqı İslam dininə etiqad edən bir xalqdır. Pakistanın istənilən irəliləyiş və uğuru İran İslam Respublikasını sevindirir”.

İran və Tehran Ticarət Palatalarının sədrləri və idarə heyəti üzvləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İran və Tehran Ticarət Palatalarının sədrləri və idarə heyəti üzvləri ilə görüşü zamanı cari ilin “İqtisadi cihad ili” adlandırılmasına toxunaraq qeyd etdi ki, bu böyük cihadda müvəffəqiyyət qazanmağın ilkin şərti ölkədəki şəraiti düzgün və optimist qiymətləndirmək və bunu ictimaiyyətin diqqətinə çatdırmaqdır.
