
Xəbərlər


Ali Məqamlı Rəhbər Fələstin Müqavimət Hərəkatına Dəstək Ümumdünya Konfransında iştirak etdi
“Fələstin bütövlükdə Fələstin xalqının olmalıdır!” – bu gün səhər keçirilən sayca beşinci Fələstin Müqavimət Hərəkatına Dəstək Ümumdünya Konfransında İslam ümmətinin Fələstin problemi ilə bağlı başlıca strategiyasını şərh edən Ali Məqamlı Rəhbərin vurğuladığı əsas və prinsipial məqam bu oldu.

Ali Məqamlı Rəhbər milli voleybol komandasını təbrik etdi
Ali Məqamlı Rəhbər Asiya Voleybol Çempionatında qazandığı uğur münasibətilə İran İslam Respublikasının voleybol millisinə təbrik müraciəti etdi.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
İran xalqına sevinc bəxş etdiyiniz üçün sizə təşəkkür edirəm!

Ali Məqamlı Rəhbər onurğa beyni zədələnmiş veteranlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə həftəsinin son günündə onurğa beynindən travma almış veteranlarla görüşdü. Görüşün baş tutduğu İmam Xomeyni (r.ə) adına hüseyniyə qəhrəmanlıq, dözüm və mübarizlik rayihəsi ilə doldu, vətən oğullarının İslam dininə, İmam Xomeyniyə (r.ə) və İslam İnqilabına olan sevgi və sədaqəti ilə bağlı xatirələri bir daha canlandırdı.

Ali Məqamlı Rəhbər şəhidlərin əziz xatirəsini yad etmək məqsədilə xalqa müraciət etdi
Bu gün (cümə axşamı) səhər – Müqəddəs Müdafiə şəhidlərinin, əlil və veteranlarının anım günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı uğrunda və Məcburi Müharibədə həyatını itirmiş əziz şəhidlərin xatirəsini böyük ehtiramla yad etmək məqsədilə xalqa müraciət etdi.

Ali Məqamlı Rəhbər Polis Akademiyasının tələbələri ilə görüşdü
Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Polis Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər islami oyanış mövzusuna həsr edilmiş ilk iclasda iştirak etdi
Bu gün səhər saatlarından etibarən paytaxt Tehranda islami oyanış mövzusuna həsr edilmiş sayca birinci konfransın işinə start verildi. İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin çıxışı ilə açılan konfransda dünyanın müxtəlif ölkələrindən, xüsusilə də müsəlman dövlətlərindən gəlmiş yüzlərlə ruhani alim, elm xadimi, ziyalı, mütəxəssis, sosioloq və tarixçi islami oyanışın müxtəlif aspektlərini araşdırmağa başladılar.

Ali Məqamlı Rəhbər müqəddəs İmam Rza (ə) məqbərəsinin toz alma mərasimində iştirak etdi
Bu gün (çərşənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə, mənəvi bir ab-hava içərisində Allahın səkkizinci höccəti Həzrət İmam Rzanın (ə) qəbri-şərifinin toz alma mərasimi keçirildi.
Mərasim boyunca qarilər və Əhli-Beyt (ə) məddahları nurani ayələr qiraət edib, pak və məsum Əhli-Beytin (ə) şərəfinə mədhiyyələr oxuyaraq bu təntənəli ayinə xüsusi mənəvi-ruhani atmosfer bəxş etdilər.

Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin 5-ci toplantısının iştirakçıları ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə axşamı gecəsi Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin 5-ci toplantısında iştirak edən alimlər, görkəmli ruhani xadimlər və ziyalılarla, həmçinin İran İslam Respublikasını müxtəlif ölkələrdə mədəni cəhətdən təmsil edən nümayəndələrlə görüşdü.

Ali Məqamlı Rəhbər şəhid Cəhanara qardaşlarının anasının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra şəhid Cəhanara qardaşlarının anasının vəfatı ilə əlaqədar etdiyi müraciətdə bu səbirli qadının dünyadan köçməsi ilə bağlı əziz şəhidlərin qohum-əqrəbasına və döyüş yoldaşlarına başsağlığı dilədi.

Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə görüş
İslam İnqilabının Ali məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı günü) səhər Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə baş tutan görüşü zamanı İmam Xomeyninin (r.ə) İslam fiqhinə əsaslanan siyasi dövlət quruluşu yaratmaqla misilsiz və tarixi bir addım atdığını qeyd etdi. Rejimin mahiyyətinin, dövlətin prinsiplərinin qorunub saxlanması ilə bəzi maddi və mənəvi hədəflərin gerçəkləşməməsi arasındakı zahiri ziddiyyət barədə ətraflı danışan Ali Məqamlı Rəhbər “şəriət qayda-qanunlarının mütləq hakimiyyəti” anlayışının düzgün mənasını açıqlamaqla yanaşı, İslam dövlətinin hərəkət kursunun ardıcıl surətdə təkmilləşdirilməsinin və islahının vacib olduğunu vurğulayaraq dedi: “Regionumuzda olduqca böyük hadisələr baş verməkdədir. Dini demokratiya anlayışının mənasını müsəlman xalqlarına doğru-düzgün açıqlayaraq bu hadisələrin gələcək oriyentasiyası ilə bağlı mövcud olan boşluğu doldurmaq lazımdır”.

Hökumət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin təmsilçiləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Xomeyni (r.ə) adına hüseyniyədə hökumət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin təmsilçiləri ilə bu gün keçirdiyi görüş zamanı qeyd etdi ki, regiondakı islami oyanış müsəlman xalqlarının öz nəcib müsəlman kimliklərinə qayıdışıdır. O vurğuladı: “İslam ümmətinin əzəmət və ehtişamı İslamın qüdrətinə geri dönməkdə, Allaha təvəkkül etməkdə, öz heyrətamiz bacarığını dərk etməkdədir”.

Ali Məqamlı Rəhbərin imamətliyi ilə bayram namazı qılındı
Bu gün mübarək Ramazan bayramı şərafətli İran xalqının iman və tövhid nurunun işığına yığışaraq Allaha həmd və sitayiş etdiyi əzəmətli bir yığıncağa çevrildi, mömin və təkallahlı xalqımız bayram dualarında Uca Yaradanından ən gözəl arzu və diləklərini dilədi.
Bu ümummilli sevinc və şadlıq əhval-ruhiyyəsinin fonunda Tehran camaatı bir aylıq ibadət və orucluğun şükrü olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Tehran Universitetində və kilometrlərlə uzanan ətraf küçələrdə dillərə düşəcək bir təntənə ilə bayram namazı qıldı.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi bayram gününü elan etdi
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi sabah – 9 şəhrivər (31 avqust) gününün şəvval ayının ilk günü və mübarək Ramazan bayramı olduğunu elan etdi.

Ali Məqamlı Rəhbər Şəhre-kord şəhərinin imam-cüməsini və özünün Çəharməhal və Bəxtiyari vilayəti üzrə nümayəndəsini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra imzaladığı sərəncamla Höccətül-İslam Məhəmmədəli Nekunamı Şəhre-kord şəhərinin imam-cüməsi və vəli-fəqihin Çəharməhal və Bəxtiyari vilayəti üzrə nümayəndəsi təyin etdi.

Ali Məqamlı Rəhbər Ramazan bayramı münasibətilə bir qrup məhkumun əfv edilməsinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin xahiş məktubuna əsasən, Ümumi və İnqilab Məhkəmələri, İqtisadi Cinayətlər Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş bir qrup məhkumun cəzasının Ramazan bayramı münasibətilə əfv edilməsi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Ali Məqamlı Rəhbər ölkə başçısı və hökumət nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidenti və hökumət nümayəndələri ilə bu gün günortadan sonra baş tutan görüşü zamanı ümumdünya Qüds günü yürüşündə izdihamlı iştirakına görə İran xalqına səmimi qədirdanlığını bildirərək qeyd etdi ki, dövlətin ədalətpərvərlik, antiimperializm, xalqa sədaqətlə xidmət etmək kimi ülvi prinsip və dəyərlərə sadiq olması vacib və effektiv bir amildir.

Ali Məqamlı Rəhbər 1218 məhkumun əfvinə, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan bayramının yaxınlaşması ilə əlaqədar olaraq, Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisadi Cinayətlər Komitəsi tərəfindən mühakimə edilmiş 1218 nəfərin cəzasının əfv edilməsinə, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Universitet müəllimləri və universitetlərin akademik kollektivi ilə görüş
Bu gün (çərşənbə günü) günortadan sonra Ali Məqamlı Rəhbərin ölkənin görkəmli xadimləri ilə dördüncü Ramazan görüşü baş tutdu. Ölkənin yüzlərlə görkəmli elm xadimi və professoru, habelə ali təhsil müəssisələrinin elmi şuralarının üzvləri İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək elmi inkişaf, tədqiqatlar, ali təhsil, mədəniyyət, siyasət, ictimaiyyət və iqtisadiyyatla əlaqəli müxtəlif problemlər haqqında fikir mübadiləsi apardılar.
