Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Ordunun yüksək rütbəli zabitlərindən bir qrupu ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun yüksək rütbəli zabitlərindən bir qrupu ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun yüksək rütbəli zabitləri ilə bugünkü görüşündə 29 fərvərdin tarixini – İran İslam Respublikası Ordusunun yaranma gününü və Silahlı Qüvvələrin bu qolunun dəyərli xidmətlərini böyük ehtiramla xatırlayaraq aşağıdakıları vurğuladı: “Uca Tanrının İslam dövlətinə xidmət etmək üçün yaratdığı fürsətdən istifadə edərək bütün intellektual və əməli gücümüzü, potensialımızı ortaya qoymalıyıq!”
Ali Məqamlı Rəhbər 601 nəfər məhkumun əfvinə və cəzasının yüngülləşdirilməsinə razılıq verdi
Ali Məqamlı Rəhbər 601 nəfər məhkumun əfvinə və cəzasının yüngülləşdirilməsinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin Sədri Ayətullah Amoli Laricaninin 12 fərvərdin – İran İslam Respublikası Günü münasibətilə Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisadi Cinayətlər Komitəsi tərəfindən mühakimə edilmiş 601 məhkumun cəzasının əfv edilməsi, yaxud yüngülləşdirilməsi ilə bağlı təklifini müsbət cavablandırdı.
Ali Məqamlı Rəhbər hərbi və polis qüvvələrinin komandir heyəti və yüksək vəzifəli rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər hərbi və polis qüvvələrinin komandir heyəti və yüksək vəzifəli rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hərbi və polis qüvvələrinin bir qrup yüksək çinli qulluqçusu və rəsmi şəxsləri ilə bu gün baş tutan görüşü zamanı belə bir fikir səsləndirdi ki, yaşanan günlərin, illərin, habelə xalqların həyata keçirdiyi hərəkatların mübarək olması, xeyir-bərəkət gətirməsi insanların Allaha təvəkküllə yanaşı, enerji dolu, yorulmaq bilməyən əmək və çalışqanlıq, novatorluq, kreativlik və uzaqgörənlik nümayiş etdirməsindən asılıdır. O vurğuladı: “Bu gün regionumuzda başlamış mübarək hərəkat İran xalqının mübarizliyinin, böyük əzm və şücaətinin, öz gücünü, iradəsini və ruh yüksəkliyini meydana çıxarmağın bəhrələrindən bir qismidir və regionu gələcəkdə daha böyük dəyişikliklər gözləyir”.
Ali Məqamlı Rəhbər Cənubi Pars məntəqəsindəki neft sənayesi müəssisələrində çalışan mühəndis və fəhlələrlə görüşdü
Ali Məqamlı Rəhbər Cənubi Pars məntəqəsindəki neft sənayesi müəssisələrində çalışan mühəndis və fəhlələrlə görüşdü
Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Cənubi Pars məntəqəsindəki neft sənayesi müəssisələrində çalışan mühəndis, texnik və fəhlələr, habelə məntəqədə yaşayan möhtərəm şəhid ailələri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər yeni ilin “İqtisadi cihad ili” adlandırılmasına toxunaraq dedi: “İran xalqı dünyanın zalım və hegemon dövlətləri qarşısında 32 il müqavimət göstərib. Bu cihad və mübarizə iqtisadi müstəvidə daha da kompleks surətdə, ciddi və strateji formada davam etdiriləcək”.
Ali Məqamlı Rəhbər strateji texnologiyalar sərgisinə baxış keçirdi
Ali Məqamlı Rəhbər strateji texnologiyalar sərgisinə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 5 saatdan artıq müddətdə strateji texnologiyalar sərgisinə baxış keçirdi və müxtəlif bölümləri təmsil edən rəsmilərin verdiyi məlumatlar əsasında, ölkənin alim və tədqiqatçılarının əldə etdiyi elmi-texnoloji nailiyyətlərin bir hissəsi ilə tanış oldu.
Ali Məqamlı Rəhbər “Təbii sərvətlər” həftəsi çərçivəsində ən böyük şəhər botanika bağının əsasının qoyulması mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər “Təbii sərvətlər” həftəsi çərçivəsində ən böyük şəhər botanika bağının əsasının qoyulması mərasimində iştirak etdi
Bu gün “Təbii sərvətlər” həftəsi çərçivəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Tehran şəhərinin cənubunda – Hava Qüvvələri qarnizonunun əvvəlki yerində – ölkədə ən böyük botanika bağının əsasının qoyulmasına rəsmi surətdə start verildi.
Ali Məqamlı Rəhbər Kəşfiyyat Nazirliyində oldu, İmam Zamanın (ə.f) məxfi əsgərlərinin fəaliyyəti və nailiyyətləri ilə tanış oldu
Ali Məqamlı Rəhbər Kəşfiyyat Nazirliyində oldu, İmam Zamanın (ə.f) məxfi əsgərlərinin fəaliyyəti və nailiyyətləri ilə tanış oldu
Bu gün səhər Kəşfiyyat Nazirliyində olan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Zamanın (ə.f) məxfi əsgərlərinin fəaliyyətini və nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirməklə yanaşı, nazirliyin rəhbər işçiləri, ekspertləri və kadrları ilə də görüşdü. Nazirliyin yerləşdiyi məkana daxil olan zaman əvvəlcə şəhid olmuş üç məxfi əsgərin məzarını ziyarət edən Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq Müqəddəs Müdafiədə şəhid olan insanların xatirəsini ehtiramla yad etdi.
Hökumət adamları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş
Hökumət adamları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş
: İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hökumət adamları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə bu gün səhər baş tutan görüşündə iştirakçıları İslamın əzəmətli peyğəmbərinin (s) və İmam Sadiqin (ə) mübarək doğum günləri münasibətilə təbrik edərək qeyd etdi ki, regiondakı bəzi xalqların oyanışı bəşərin “İslam dini və əziz İslam peyğəmbəri” kimi həyatverici bir günəşdən bəhrələnmə qabiliyyətinin artmasının əlamətidir.
Ali Məqamlı Rəhbər ölkədə baş tutan 24-cü İslami Vəhdət Konfransının iştirakçıları ilə görüşdü
Ali Məqamlı Rəhbər ölkədə baş tutan 24-cü İslami Vəhdət Konfransının iştirakçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə baş tutan 24-cü İslami Vəhdət Konfransında iştirak etmək üçün gəlmiş qonaqlar və İslam mütəfəkkirləri ilə bugünkü görüşündə İslam dünyasında mövcud olan hazırkı şəraiti “olduqca həssas və tarixi bir period” adlandıraraq vurğuladı: “Bu həssas periodu düzgün dərk etmək, camaatın dinə imanını möhkəmləndirmək, vəhdəti qorumaq, Amerikanın ehtişamından qorxmamaq, Allahın möminlərə verdiyi qələbə vədinə optimist yanaşmaq bu gün İslam dünyasında milyonların həyata keçirdiyi misilsiz hərəkatın uğuru və qələbəsi üçün zəmin yarada bilər”.

Seçilmiş ünvanlar