Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Azərbaycan əhalisi ilə görüşdü
Ali Məqamlı Rəhbər Azərbaycan əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Azərbaycan əhalisini təmsil edən müxtəlif təbəqələrin nümayəndələri, din alimləri və rəsmilərlə görüşdü. Builki 22 bəhmən yürüşündə xalqın 10 milyonlarla nümayəndəsinin həmişəkindən daha izdihamlı və emosional iştirak etdiyinə toxunan Ali Məqamlı Rəhbər qeyd etdi ki, dəyərli İran xalqının əzəmətinin, belə ecazkar addımlara imza atmasının səbəbi onun uzaqgörənliyi və lazımi anı dəyərləndirmə bacarığıdır.
Hökumət nümayəndələri və xarici ölkələrin səfirləri ilə görüş
Hökumət nümayəndələri və xarici ölkələrin səfirləri ilə görüş
Böyük İslam peyğəmbəri Məhəmməd Mustafanın (s) və Həzrət İmam Sadiqin (ə) mübarək milad günü olan rəbiüləvvəl ayının 17-si ərəfəsində – bu gün (cümə günü) hökumət rəsmiləri, xalqın müxtəlif təbəqələrinin nümayəndələri, həmçinin 25-ci İslami Vəhdət Konfransında iştirak edən qonaqlar və müsəlman ölkələrini təmsil edən səfirlər Ali Məqamlı Rəhbərlə görüşdülər.
Ali Məqamlı Rəhbər bir qrup məhkumun əfvinə razılıq verdi
Ali Məqamlı Rəhbər bir qrup məhkumun əfvinə razılıq verdi
İslam İnqilabının qələbəsinin 33-cü ildönümü, İslam peyğəmbəri Xatəmülənbiya Məhəmməd Mustafanın (s) mübarək miladı ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisad Məhkəməsi tərəfindən mühakimə edilmiş 761 məhkumun cəzasının əfvinə və ya yüngülləşdirilməsinə razılıq verdi.
Ali Məqamlı Rəhbər Ordunun Hava Qüvvələrinin komandanları ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun Hava Qüvvələrinin komandanları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İran İslam Respublikası Ordusunun Hava Qüvvələrinin yüksək rütbəli rəsmiləri, zabit-komandan heyəti ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Baş Komandan bildirdi ki, Ordunun Hava Qüvvələrinin 1357-ci il 19 bəhmən günü (1979-cu il 8 fevral) avanqardlıq edərək cəsarətlə atdığı addımdan alınan ən mühüm dərs təşəbbüskarlığın, vaxtında hərəkətə keçməyin, gələcəyə ümidlə baxaraq irəliyə getməyin verə biləcəyi effektin dərk olunmasıdır.
Ayətullah Xameneinin imamətliyi ilə Tehranda cümə namazı qılındı
Ayətullah Xameneinin imamətliyi ilə Tehranda cümə namazı qılındı
İslam İnqilabının qələbəsinin 33-cü ildönümü ərəfəsində, Fəcr ongünlüyünün yaşandığı bu günlərdə Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Tehranda möhtəşəm izdihamlı cümə namazı qılındı. Namazın xütbələrində İslam İnqilabının qazandığı nailiyyətləri, ölkədaxili məsələləri, düşmənlərin təhdidlərini, regionda və beynəlxalq arenadakı vəziyyəti ətraflı təhlil edən Həzrət Ayətullah Xamenei parlamentin 9-cu çağırışına seçkilərlə bağlı məqamlara da toxundu.
Fələstin İslam Cihadı Təşkilatının baş katibi ilə görüş
Fələstin İslam Cihadı Təşkilatının baş katibi ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstin İslam Cihadı Təşkilatının baş katibi cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, ötən bir il ərzində baş verən dəyişiklikləri və islami oyanışı nəzərə almaqla dünyanın hazırkı reallığını Qərbin günü-gündən artan zəifliyi, İslam dünyasının isə qüdrətlənməsi kimi dəyərləndirmək olar.
Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi
Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi
İslam İnqilabının Fəcr ongünlüyü, İmam Xomeyninin (r.ə) öz müsəlman vətəninə tarixi qayıdışının ildönümü ərəfəsində – bu gün (çərşənbə axşamı) səhər mərhum imamın müqəddəs məqbərəsini ziyarət edən Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq İran İslam Respublikasının banisinin xatirəsini ehtiramla yad etdi.
Ali Məqamlı Rəhbər gənc alim Əhmədi Rouşənin şəhadəti ilə əlaqədar başsağlığı müraciəti etdi
Ali Məqamlı Rəhbər gənc alim Əhmədi Rouşənin şəhadəti ilə əlaqədar başsağlığı müraciəti etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei gənc və görkəmli alim Əhmədi Rouşənin terror nəticəsində şəhid olması ilə əlaqədar etdiyi başsağlığı müraciətində mühüm məqamlara toxundu. Müraciətində: “İmperialist blokunun bütün səylərinə rəğmən, böyük İran xalqı öz inkişaf yolunu güclü iradə və qüdrətlə davam etdirir” – deyən Ali Məqamlı Rəhbər bu cinayətin arxasında gizlənən qüvvələrin və onu törədən cinayətkarların cəzasız qalmayacaqlarını vurğuladı.
Ali Məqamlı Rəhbər Qum əhalisi ilə görüşdü
Ali Məqamlı Rəhbər Qum əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Qum şəhərində müxtəlif təbəqələri təmsil edən minlərlə insanla, ruhani alim və tələbələrlə görüşdü. Öz mühüm çıxışında Qumun 19 dey hadisəsini dünyadakı yeni dəyişikliklərin tarixinin başlanğıcı adlandıran Ali Məqamlı Rəhbər İslam dövlətinin ardıcıl olaraq qazandığı uğurlarda səbir və bəsirətin roluna toxundu.

Seçilmiş ünvanlar