Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

14-cü prezident seçkilərində iştirak
14-cü prezident seçkilərində iştirak
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 14-cü prezident seçkilərinin ilk dəqiqələrində səsverməyə qatılaraq İmam Xomeyni (r.ə) adına hüseyniyədə səs verdi.
İslam İnqilabının Rəhbəri Məhkəmə sisteminin məsul şəxsləri ilə görüşdü
İslam İnqilabının Rəhbəri Məhkəmə sisteminin məsul şəxsləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər məhkəmə sisteminin məsul şəxsləri ilə görüşdə insanların problemləri və ixtilaflarının ədalət əsasında həll edilməsi və qanunun qırmızı xəttinin aşılmasının qarşısının alınmasının məhkəmə sistemininin əsas vəzifələrindən olduğunu dedi: “Məhkəmə sisteminin ən mühüm vəzifəsi ədaləti heç bir tərəddüdsüz və cəsarətlə icra etməsidir”.
İnqilabın Rəhbəri elmi olimpiadaların medalçıları ilə görüşdü
İnqilabın Rəhbəri elmi olimpiadaların medalçıları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta respublika və beynəlxalq səviyyəli şagird və tələbə olimpiadalarında medal qazanmış bir qrup gənclə səmimi görüşdə elit gənclərin zəngin, dərin və həqiqi ümid səbəbi olduğunu dedi: “Ölkənin bir elmi yüksəlişə ehtiyacı var. Gənc elitlər bu milli ehtiyacı təmin edən əsas amildir”.
Dünya müsəlmanlarının rəhbəri Allah evinin ziyarətçilərinə müraciət ünvanladı
Dünya müsəlmanlarının rəhbəri Allah evinin ziyarətçilərinə müraciət ünvanladı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei böyük və əzəmətli Həcc konqresinə ünvanladığı müraciətdə “insan izdihamı” və “İslamın mənəvi amilinin gücü” prinsiplərinin vacib Həcc ayininin iki yönü olduğunu dedi və müasir tarixdə misli olmayan Qəzza faciələrinə işarə edərək vurğuladı: “Sionist rejim və onun himayədarlarına, xüsusilə ABŞ-a nifrət şüarı Həcc ayinləri və miqatlarını aşaraq bütün müsəlman ölkələri, şəhərləri və bütün dünyada davam etdirilərək bütün insanlara sirayət etdirilməlidir”.
İnqilabın Rəhbəri İmam Xomeyninin (r.ə) otuz beşinci ildönümü mərasimində çıxış etdi
İnqilabın Rəhbəri İmam Xomeyninin (r.ə) otuz beşinci ildönümü mərasimində çıxış etdi
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Həzrət İmam Xomeyninin (r.ə) səmalara yüksəlişinin otuz beşinci ildönümünə toplaşmış böyük insan izdihamı qarşısında çıxışı zamanı mərhum İmamın baxışları və yanaşmalarında Fələstin məsələsinin mühüm əhəmiyyət daşıdğını vurğuladı: “Böyük İmamın 50 il bundan öncə Fələstinlə bağlı verdiyi proqnoz tədricən gerçəkləşməkdədir; möcüzə yaradan “Əl-Əqsa fırtınası” əməliyyatı düşmənlərin regiona və İslam dünyasına ağalıq etmək üçün çəkdikləri geniş planı alt-üst edərək sionist rejimi məhv etməkdədir.
İnqilabın Ali Məqamlı Rəhbəri Suriyanın prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İnqilabın Ali Məqamlı Rəhbəri Suriyanın prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) Suriyanın prezidenti cənab Bəşşar Əsəd və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə müqavimətin Suriyanın üstün xüsusiyyəti olduğunu dedi: “Suriyanın regionda xüsusi mövqeyə malik olmasının səbəbi də məhz bu üstün xüsusiyyətidir. Bu mühüm xüsusiyyət qorunub saxlanmalıdır”.
İnqilabın Rəhbəri XII çağırış İŞM-nin işə başlaması münasibətilə müraciət ünvanladı
İnqilabın Rəhbəri XII çağırış İŞM-nin işə başlaması münasibətilə müraciət ünvanladı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei XII çağırış parlamentin işə başlaması münasibətilə ünvanladığı müraciətdə balanslaşdırılmış bir parlamentin formalaşmasının digər qüvvələrlə nizam-intizamlı və səmimi əlaqələrin, qanunverici qüvvənin daxilində düzgün və səbirli kollektiv davranışın olması ilə şərtləndiyini dedi: “Parlament daim rahatlıq və ümid yaratmalı, qətiyyətli qərarları motivasiya etməli, ölkənin ümumi mühitində qardaşlıq və həmrəyliyə çağırış etməlidir”.
İmam Xomeyni (r.ə) adına hüseyniyədə xidmət şəhidlərinə məclis keçirildi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə xidmət şəhidlərinə məclis keçirildi
İslam İnqilabının Rəhbərinin iştirakı ilə bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə mərhum prezident cənab Höccətül-İslam vəl-müslimin Rəisi, mərhum xarici işlər naziri cənab doktor Əmir Abdullahiyan, Təbrizin mərhum imam cüməsi Höccətül-İslam vəl-müslimin Ali Haşim, Şərqi-Azərbaycan əyalətinin mərhum valisi cənab doktor Malik Rəhməti, prezidentin mühafizə dəstəsinin və uçuş heyətinin mərhum komandiri general Seyid Mehdi Musəvi, ikinci briqada generalı pilot Seyid Tahir Mustəfəvi, ikinci briqada generalı pilot Mohsin Dəryanuş və texniki polkovnik-leytenant Behruz Qədiminin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.
İnqilabın Rəhbəri xidmət şəhidlərinin ailələri ilə görüşdü
İnqilabın Rəhbəri xidmət şəhidlərinin ailələri ilə görüşdü
İslam İqnilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər xidmət şəhidlərinin ailələri ilə görüşdə xalq üçün işləmək, xalqa xidmət etmək və xalqla olmağın bu şəhidlərin ən bariz xüsusiyyətləri olduğunu dedi: “Mərhum şəhid cənab Rəisinin gecəsi-gündüzü yox idi, sözün həqiqi mənasında yorulmaq bilmirdi”.
İnqilabın Rəhbəri Tunisin prezidentini qəbul etdi
İnqilabın Rəhbəri Tunisin prezidentini qəbul etdi
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Tunisin prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə cənab Qeys Səidə son hadisə ilə bağlı göstərdiyi səmimi və qardaşcasına münasibətlərə görə təşəkkür edərək dedi: “Prezident, bir qrup rəhbər şəxs və onlarla birlikdə olan insanların itirilməsi ağırdır.
İnqilabın Rəhbəri Livan parlamentinin sədrini qəbul etdi
İnqilabın Rəhbəri Livan parlamentinin sədrini qəbul etdi
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Livan parlamentinin sədri cənab Nəbih Berri ilə görüşdə Livan dövləti və xalqına bu acı və ağır hadisəyə şərik və həmdərd olduğu üçün təşəkkür edərək dedi: “Livanda ümumi matəm elan edilməsi iki ölkənin yoldaşlığını tam şəkildə göstərir. Biz livanlı qardaşlarımızı və cənab Seyid Həsən Nəsrullahı özümüzə qohum və qardaş hesab edirik”.
İnqilabın Rəhbəri Qətərin əmirini qəbul etdi
İnqilabın Rəhbəri Qətərin əmirini qəbul etdi
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Qətərə bu acı hadisəyə şərik və həmdərd olduğu üçün təşəkkür edərək iki ölkə arasındakı əməkdaşlıqların inkişaf xəttinin davam etdirilməsinin zəruriliyini vurğuladı.
İnqilabın Rəhbəri Pakistanın baş nazirini qəbul etdi
İnqilabın Rəhbəri Pakistanın baş nazirini qəbul etdi
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Paksitanın baş naziri cənab Şahbaz Şərif və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qardaş Pakistan xalqı və dövlətinə dərdimizə şərik olduqlarını bildirdikləri üçün təşəkkür etdi: “İran İslam Respublikası üçün Pakistanla əlaqələr çox əhəmiyyətlidir, bu ölkəyə tam bir qardaş gözü ilə baxır. Amma geridə qoyduğumuz illər ərzində iki ölkə arasındakı əlaqələr enmələr və yüksəlmələrlə müşayiət olunub. Pakistanın yeni hökumətinin simasında bu əlaqlərin yenidən yüksələ biləcəyinə inanırıq”.

Seçilmiş ünvanlar