Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam peyğəmbərinin gülü Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların və dövlət rəsmilərindən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Burundi Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Burundi Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Burundi Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə İran İslam Respublikasının Afrika ölkələrinə müsbət yanaşdığına toxunaraq vurğuladı: “İran Afrika ölkələrinin inkişafını və onlar arasındakı birliyi müsbət qarşılayır”.
Ali Məqamlı Rəhbər yeni ilin başlanğıcı münasibəti ilə İmam Rza (ə) hərəminin zəvvarları və qonşuluqda yaşayan əhali qarşısında çıxış etdi
Ali Məqamlı Rəhbər yeni ilin başlanğıcı münasibəti ilə İmam Rza (ə) hərəminin zəvvarları və qonşuluqda yaşayan əhali qarşısında çıxış etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün – 1392-ci ilin ilk günü günortadan sonra Həzrət Əli ibn Rza Musanın (ə) müqəddəs hərəmini ziyarətə gəlmiş zəvvarlardan və hərəmin qonşuluğunda yaşayan əhalidən ibarət izdihamlı və emosional kütlə qarşısında çıxış etdi. Ali Məqamlı Rəhbər öz mühüm çıxışı zamanı İran xalqının 1391-ci ildə bədxahların yaratdığı əməli maneələrə, apardıqları genişmiqyaslı və hərtərəfli təbliğata baxmayaraq, qazandığı böyük və fundamental nailiyyətləri dəyərləndirdi.
Ali Məqamlı Rəhbər yeni ilin təhvil olması münasibəti ilə xalqa müraciət etdi
Ali Məqamlı Rəhbər yeni ilin təhvil olması münasibəti ilə xalqa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1392-ci ilin başlaması münasibəti ilə xalqa ünvanladığı müraciətdə ötən il İran xalqının bütün sferalarda, özəlliklə də imperialist dünyası ilə siyasi və iqtisadi mübarizədə nail olduğu irəliləyişə toxunaraq qeyd edir ki, qarşıdan gələn 1392-ci il inkişaf, dinamizm və təcrübə ilə, iqtisadiyyat və siyasət arenalarında İran xalqının cihad əzmli hərəkatı ilə müşayiət olunan ümidverici perspektivlərlə dolu bir il olacaq. O vurğulayır: “Məhz bu baxımdan da 1392-ci ili “İqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq ili” adlandırıram”.
Ali Məqamlı Rəhbər Novruz bayramı və İran İslam Respublikasının yaranması günü münasibəti ilə bir qrup məhkumu əfv etdi
Ali Məqamlı Rəhbər Novruz bayramı və İran İslam Respublikasının yaranması günü münasibəti ilə bir qrup məhkumu əfv etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei qarşıdan gələn Novruz bayramı və 12 fərvərdin – İran İslam Respublikasının yaranması günü münasibəti ilə ümumi və inqilab məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 1059 məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsi təklifini müsbət cavablandırdı.
Ali Məqamlı Rəhbər Novruz səfərlərinin və xidmətlərinin təşkilinə cavabdeh olan rəsmilərlə görüşdü
Ali Məqamlı Rəhbər Novruz səfərlərinin və xidmətlərinin təşkilinə cavabdeh olan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Novruz səfərləri və xidmətlərinin təşkilinə cavabdeh olan rəsmilərdən bir qrupu ilə bu gün (şənbə günü) günorta baş tutan görüşündə Novruz səfərləri ilə bağlı işləri həyata keçirən müxtəlif struktur və təşkilatların əməkdaşlarına böyük təşəkkürünü bildirərək vurğuladı: “Bütün rəsmi strukturlar çalışmalıdırlar ki, Novruz səfərləri zamanı yollarda qəza hadisələrinin sayı, mümkün qədər, minimuma endirilsin”.
Ali Məqamlı Rəhbər “Ürvə” kitabının müəllifi Əllamə Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı
Ali Məqamlı Rəhbər “Ürvə” kitabının müəllifi Əllamə Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Ürvə” kitabının müəllifi Əllamə Ayətullah Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunan konfransa ünvanladığı müraciətdə mərhum Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdi məfkurəsini tədqiq etməyin, onun şəxsiyyətinin müxtəlif aspektlərini insanlara tanıtmağın vacib olduğunu vurğulayır.
Ali Məqamlı Rəhbər olimpiya və paraolimpiya iştirakçıları ilə görüşdü
Ali Məqamlı Rəhbər olimpiya və paraolimpiya iştirakçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər 2012-ci ildə keçirilmiş beynəlxalq idman yarışlarında, olimpiya və paraolimpiya oyunlarında iştirak edərək medal qazanmış qabaqcıl idmançılarla görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, ölkənin idman cəngavərləri İran xalqının milli kimliyini, individuallığını, böyük əzmini, yüksək intellektini, xalqın etiqad bəslədiyi dinə iman və bağlılığı dünyaya tanıdan elçilərdir.
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Seyid Müctəba Musəvi Larinin vəfatı ilə əlaqədar başsağlığı verdi
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Seyid Müctəba Musəvi Larinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra görkəmli din alimi, mücahid qələm sahibi, vəli-fəqihin Laristan ostanı üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Hacı Seyid Müctəba Musəvi Larinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə mühüm məqamlara toxundu. İnqilabın qələbəsindən 34 il ötməsinə, qarşısında yaranan çoxsaylı maneələrə baxmayaraq, İran xalqının irəliyə doğru hərəkət etməsini, əldə etdiyi heyrətamiz nailiyyətləri kompleks şəkildə təhlil edən Ali Məqamlı Rəhbər İslam dövlətinin hədəf və amallarına aparan yolda uzunmüddətli perspektivləri nəzərdə tutmanın son dərəcə vacib olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər Əllamə Seyid Nemətullah Cəzayirinin xatirəsinə həsr olunmuş konfransa müraciət etdi
Ali Məqamlı Rəhbər Əllamə Seyid Nemətullah Cəzayirinin xatirəsinə həsr olunmuş konfransa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əllamə Seyid Nemətullah Cəzayirinin xatirəsinə həsr olunmuş konfransa ünvanladığı müraciətdə bu böyük alimin elmi və ədəbi məqamını yüksək dəyərləndirir, onun şiə hədisləri sahəsində dəqiq fiqhi yanaşma əsasında dərin biliklərə malik olduğunu qeyd edərək vurğulayır: “Mərhum Seyid Nemətullah Cəzayirini yüksək dəyərləndirmək, əslində, dini elm və bilgiləri yüksək dəyərləndirmək deməkdir”.
Pakistan Respublikasının prezidenti ilə görüş
Pakistan Respublikasının prezidenti ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Pakistan Respublikasının prezidenti ilə bu gün (çərşənbə) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, İslam ümmətinin əksər problemləri süni, ümmətin düşmənlərinin əli ilə yaradılmış problemlərdir. O vurğuladı: “İslam dünyasının insan, təbii və coğrafi resurslarının, potensialının dirçəldilməsi bu problemlərin həllinə effektiv təsir göstərə bilər”.

Seçilmiş ünvanlar