Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər İran İslam Respublikasının 7-ci prezidentini vəzifə postuna rəsmən təsdiqləyən sərəncamı imzaladı
Ali Məqamlı Rəhbər İran İslam Respublikasının 7-ci prezidentini vəzifə postuna rəsmən təsdiqləyən sərəncamı imzaladı
İran İslam Respublikasının yeni seçilmiş 7-ci prezidentinin vəzifə səlahiyyətlərinin icrasına başlamasını rəsmən təsdiqləyən sərəncamın Ali Məqamlı Rəhbər tərəfindən imzalanması ilə əlaqədar olaraq, bu gün (şənbə günü) günortadan sonra İmam Xomeyni (r.ə) adına hüseyniyədə möhtəşəm və mənəviyyat dolu bir atmosferdə keçən mərasim təşkil olundu. İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın rəyini rəsmən təsbit edərək Höccətül-İslam vəl-muslimin Dr. Həsən Ruhanini İran İslam Respublikasının yeni prezidenti kimi təsdiqlədi.
Ali Məqamlı Rəhbər tələbələrlə görüşdü
Ali Məqamlı Rəhbər tələbələrlə görüşdü
Ölkənin ali təhsil müəssisələrində təhsil alan minə yaxın tələbə bu gün günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə səmimi bir atmosferdə, üz-üzə görüşərək universitetlərin tələbə ictimaiyyətinin rəy və görüşlərini ifadə etdi, elm, ali təhsil, mədəniyyət, sosial həyat və iqtisadiyyatla bağlı müxtəlif mövzularda fikir mübadiləsi apardı.
Ali Məqamlı Rəhbər şairlərlə görüşdü
Ali Məqamlı Rəhbər şairlərlə görüşdü
İmam Həsən Müctəbanın (ə) mövludu gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyə mədəniyyət və incəsənət adamlarının, fars dili və ədəbiyyatı ustadlarının, ölkənin qocaman və gənc şairlərinin, habelə Əfqanıstan, Tacikistan və Hindistanın farsdilli şairlərindən bir qrupunun bir araya gəldiyi gözəl bir məclisə ev sahibliyi etdi.
Ali Məqamlı Rəhbər İran İslam Respublikasının rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər İran İslam Respublikasının rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri ilə bu gün (bazar ertəsi) günortadan sonra keçirdiyi görüşdə qeyd etdi ki, icraiyyə vəzifəsinin bir administrasiyadan digərinə ötürülməsi ölkədə gedən müxtəlif proseslərdə İmam Xomeyni (r.ə) diskursuna uyğun tendensiyanın davam etdirilməsi üçün mübarək bir fürsətdir. O, ölkənin tarixi və hazırkı reallıqları haqda danışaraq aşağıdakıları vurğuladı: “İqtisadiyyat məsələsi və elmi inkişafın davam etdirilməsi bütün rəsmilərin işində prioritet olmalıdır”.
Ali Məqamlı Rəhbər yeni təyinatlar haqda 2 sərəncam imzaladı
Ali Məqamlı Rəhbər yeni təyinatlar haqda 2 sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 91-ci maddəsinə istinadən, həzrət ayətullahlar: cənab Hacı Şeyx Məhəmməd Mömin, Hacı Şeyx Məhəmməd Yəzdi və Hacı Seyid Mahmud Haşimi Şahrudinin Keşikçi Şuraya üzvlüyünün davam etdirilməsi barədə sərəncam imzaladı. Həmçinin Ali Məqamlı Rəhbər imzaladığı başqa bir sərəncamla Höccətül-İslam Hacı Şeyx Mehdi Şəbzendedarı Keşikçi Şuranın yeni fəqih üzvü təyin etdi.
Ali Məqamlı Rəhbər ölkə başçısı və nazirlərlə görüşdü
Ali Məqamlı Rəhbər ölkə başçısı və nazirlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və nazirlərlə mübarək Ramazan ayının 5-ci günü keçirdiyi görüşdə bildirdi ki, gecə-gündüz və çox işləyib çalışmaq, daxili və xarici arenalarda İslam İnqilabının şüarlarını önə keçirmək hazırkı hökumətin təqdirəlayiq xüsusiyyətlərindəndir. Ali Məqamlı Rəhbər həmçinin çəkdikləri zəhmətə görə cənab Mahmud Əhmədinejada və onun həmkarlarına səmimi qədirdanlığını ifadə etdi.
Ali Məqamlı Rəhbər Quran məclisində iştirak etdi
Ali Məqamlı Rəhbər Quran məclisində iştirak etdi
Quranın nazil olunduğu mübarək Ramazan ayının ilk günündə – bu gün (çərşənbə günü) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə 3 saat yarıma yaxın vaxt ərzində Quranla ünsiyyət məclisi quruldu.
Ali Məqamlı Rəhbər Məhkəmə Hakimiyyətinin rəsmiləri və hakimlərlə görüşdü
Ali Məqamlı Rəhbər Məhkəmə Hakimiyyətinin rəsmiləri və hakimlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri, rəsmiləri və hakimlərlə bu gün səhər keçirdiyi görüşdə həyata keçirdiyi tədbirlərə görə Məhkəmə Hakimiyyətinə təşəkkürünü bildirərək müdrik və uzaqgörən İran xalqının 24 xordad seçkilərində imza atdığı böyük və gerçək qəhrəmanlığı tarixi əhəmiyyət kəsb edən böyük bir iş adlandırdı.
Ali Məqamlı Rəhbər əfv fərmanı imzaladı
Ali Məqamlı Rəhbər əfv fərmanı imzaladı
Mübarək şəbaniyyə bayramları və bəşəriyyətin xilaskarı Həzrət Höccət ibnil-Həsən Əskərinin (ə.f) mövludu münasibətilə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ümumi və inqilab məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 1249 məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi təklifini müsbət cavablandırıb.
Ali Məqamlı Rəhbər səs verdi
Ali Məqamlı Rəhbər səs verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 11-ci prezident və 4-cü şəhər və kənd islami şuralarına seçkilərin ilk dəqiqələrində səsverməyə qatılaraq öz səs bülletenlərini İmam Xomeyni (r.ə) adına hüseyniyədə yerləşdirilmiş 110-cu səyyar seçki qutusuna atdı.
Ali Məqamlı Rəhbər Veteranlar Günü münasibətilə əlil və veteranların evinə nümayəndə heyətləri göndərdi
Ali Məqamlı Rəhbər Veteranlar Günü münasibətilə əlil və veteranların evinə nümayəndə heyətləri göndərdi
Qəməri-Bəni-Haşim Həzrət Əbəlfəzl Abbasın mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar Günü ilə əlaqədar olaraq, bu gün (cümə axşamı) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən ezam edilmiş 4 nümayəndə heyəti paytaxt Tehranda yaşayan veteranlardan bir qrupunun mənzillərinə baş çəkərək, vətən uğrunda fədakarlıq etmiş bu insanların rəşadətini, səbir və müqavimətini təqdir edib.
Ali Məqamlı Rəhbər xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla görüşdü
Ali Məqamlı Rəhbər xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla görüşdü
İlahi eşq, iman və fədakarlıq nümunəsi Həzrət Əba-Əbdillah Hüseynin mübarək mövludunun ildönümündə – bu gün (çərşənbə günü) səhər –İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı rəhbər bildirdi ki, 24 xordad seçkilərində qanunçuluq İran xalqının təqdirəlayiq diskursudur.
Ali Məqamlı Rəhbər Beynəlxalq Quran Müsabiqəsində iştirak edən ustad, hafiz və qarilərlə görüşdü
Ali Məqamlı Rəhbər Beynəlxalq Quran Müsabiqəsində iştirak edən ustad, hafiz və qarilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 30-cu Beynəlxalq Quran Müsabiqəsində iştirak edən ustad, hafiz və qarilərlə bu gün (şənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, Quranın müsəlmanlara xitabən verdiyi ən mühüm göstərişlərdən biri vəhdətin qorunmasıdır. O vurğuladı: “Bu gün müsəlmanları birliyə çağıran hər bir dil Allaha aiddir, müsəlmanları və İslam məzhəblərini bir-biri ilə düşmənçiliyə təhrik edən dillər isə Şeytanındır”.
Ali Məqamlı Rəhbər Məbəs bayramı münasibəti ilə hökumət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Məbəs bayramı münasibəti ilə hökumət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşdü
İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlik missiyası üçün göndərildiyi gün – Məbəs bayramı günü hökumət rəsmiləri, müsəlman ölkələrinin səfir və nümayəndələri, eləcə də şəhid ailələrindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Seçilmiş ünvanlar