Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Məhkəmə Hakimiyyətinin, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədrləri, Keşikçi Şuranın baş katibi və Höccətül-İslam Seyid Həsən Xomeyni Ali Məqamlı Rəhbəri ziyarət etdilər
Məhkəmə Hakimiyyətinin, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədrləri, Keşikçi Şuranın baş katibi və Höccətül-İslam Seyid Həsən Xomeyni Ali Məqamlı Rəhbəri ziyarət etdilər
Bu gün (bazar ertəsi) günortadan sonra Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədri Ayətullah Haşimi Rəfsəncani, Keşikçi Şuranın katibi Ayətullah Cənnəti və Höccətül-İslam Seyid Həsən Xomeyni Ali Məqamlı Rəhbərin yatdığı xəstəxanaya gələrək onu ziyarət etdilər.
Ali Məqamlı Rəhbərin həkim heyətinin sədri cərrahiyyə əməliyyatından sonra müsahibə verdi
Ali Məqamlı Rəhbərin həkim heyətinin sədri cərrahiyyə əməliyyatından sonra müsahibə verdi
Ali Məqamlı Rəhbərin bu gün səhər keçirdiyi cərrahiyyə əməliyyatından sonra onun sağlıq durumuna cavabdeh olan həkim heyətinin sədri Dr. Mərəndi müsahibə verərək baş tutan əməliyyatdan tam razı qaldığını bildirdi və dedi: “Əməliyyat narkozsuz – yerli anesteziya üsulu ilə həyata keçirilmişdir. Ali Məqamlı Rəhbərin ümumi vəziyyəti yaxşı və normaldır”.
Ali Məqamlı Rəhbər həcc ziyarətinin ölkə üzrə təşkilatçıları ilə görüşdü
Ali Məqamlı Rəhbər həcc ziyarətinin ölkə üzrə təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin təşkilinə ölkə üzrə cavabdeh olan rəsmilərlə bu gün (bazar günü) səhər baş tutan görüşündə qeyd etdi ki, həcc ziyarəti İslam ümmətinin vəhy diyarının mənəvi gözəlliklərindən bəhrələnməsi, Allah-Taala ilə arasında olan rabitəni möhkəmləndirməsi, eləcə də müsəlmanların İslam dünyasındakı problemlərin aradan qaldırılması naminə öz aralarında fikir mübadiləsi aparmaları üçün böyük bir fürsətdir.
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin üzvləri ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə ölkə, region və dünyadakı vəziyyəti, yeni qlobal sistemin formalaşmasından xəbər verən göstəriciləri hərtərəfli təhlil edərək hazırkı qlobal sistemi, Qərb ağalığının əməli və ideoloji əsaslarının sarsıtmış əsl səbəbləri açıqladı.
Ali Məqamlı Rəhbər ölkə başçısı və hökumət nümayəndələri ilə görüşdü
Ali Məqamlı Rəhbər ölkə başçısı və hökumət nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidenti və hökumət kabinetinin üzvləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, cəmiyyətdə mənəvi-psixoloji rahatlığın təmin olunmasını, inflyasiyanın kontrolda saxlanmasını, milli valyutanın dəyərinin sabitləşdirilməsini və səhiyyə sistemi ilə bağlı dövlət proqramının icrasını ötən 1 ildə 11-ci hökumətin həyata keçirdiyi dəyərli və təqdirəlayiq tədbirlər sırasında qeyd etmək olar.
Ali Məqamlı Rəhbər Xarici İşlər Naziri, İİR-in xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinin rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Xarici İşlər Naziri, İİR-in xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinin rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici İşlər Naziri, İİR-in xarici ölkələrdəki səfirlik və nümayəndəliklərin rəsmiləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, ölkənin diplomatik korpusu İranın milli mənafeyini, hədəflərini və kapitalını müdafiənin ön sıralarında durur.

Seçilmiş ünvanlar