Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Aşura gecəsi təşkil olunan matəm mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər Aşura gecəsi təşkil olunan matəm mərasimində iştirak etdi
Allah-Taalanın əziz tutduğu bir ailənin matəm və müsibət gecəsi olan Aşura gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, dövlət rəsmilərindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirakı ilə şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) və onun sadiq səhabələrinə həsr olunmuş matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmi şəxslərlə görüşdü
Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmi şəxslərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cari ildə ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olmuş rəsmi şəxslərlə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə qeyd etdi ki, həcc ziyarətinin effektivliyini artırmaq, zəvvarların mənəvi-ideoloji ehtiyaclarını, həmçinin sual doğuran məqamları və İslam düşmənlərinin yalan təbliğatını cavablandırmaq üçün islahatçı və təşəbbüskar yanaşma əsasında fəaliyyət proqramları qurmaq vacib bir məsələdir.
Ali Məqamlı Rəhbərin mərhum Həbibullah Əsgərövladının Xatirəsini Anım Komitəsinin üzvləri ilə görüşü zamanı etdiyi çıxış
Ali Məqamlı Rəhbərin mərhum Həbibullah Əsgərövladının Xatirəsini Anım Komitəsinin üzvləri ilə görüşü zamanı etdiyi çıxış
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sadiq mücahid, İslam İnqilabının vəfalı dostu mərhum Həbibullah Əsgərövladının ailə üzvləri və onun xatirəsinə anım tədbirlərinin təşkil edilməsi məqsədilə yaradılmış komitənin üzvləri ilə 17.10.1392-ci ildə (07.01.2014) keçirdiyi görüşdə mərhum Əsgərövladının 3 təqdirəlayiq xüsusiyyətə: dindarlıq, xoşxasiyyətlilik və sağlam düşüncəyə malik olduğunu bildirdi.
Ali Məqamlı Rəhbər gənc elm xadimləri ilə görüşdü
Ali Məqamlı Rəhbər gənc elm xadimləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei gənc elm xadimləri, yerli və beynəlxalq elmi olimpiada və müsabiqələrin qalibləri ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, ölkədə elmi inkişafı universitetlər və elmi-tədqiqat mərkəzləri arasında bütün həlqələri tamamlanan bir zəncir, böyük bir şəbəkə formasında qurmaq lazımdır.
Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü
Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Heydər Əl-Abadi və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, regionda böyük önəm kəsb edən bir ölkə kimi İraqın təhlükəsizliyi, rifahı, iqtidarı və nüfuzu İran İslam Respublikası üçün olduqca əhəmiyyətlidir.
Ali Məqamlı Rəhbər Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə görüşdü
Ali Məqamlı Rəhbər Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə bildirdi ki, Qəzzanın 51 gün davam etmiş hərbi əməliyyatlar zamanı müqavimət göstərək qalib gəlməsi və İsrail rejiminin blokada şəraitində yaşayan əhali qarşısında acizlik nümayiş etdirməsi onu son dərəcə sevindirir.
Ali Məqamlı Rəhbər Qurban və Qədir-Xum bayramları münasibətilə bir qrup məhkumun əfvinə razılıq verdi
Ali Məqamlı Rəhbər Qurban və Qədir-Xum bayramları münasibətilə bir qrup məhkumun əfvinə razılıq verdi
Mübarək Qurban və Qədir-Xum bayramlarının gəlişi ilə əlaqədar olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisad Məhkəməsi tərəfindən mühakimə edilmiş 1256 məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsi təklifini müsbət cavablandırmışdır.
Ali Məqamlı Rəhbər həcc ziyarətində olan insanlara müraciət etdi
Ali Məqamlı Rəhbər həcc ziyarətində olan insanlara müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplumuna ünvanladığı müraciətdə qeyd edir ki, İslam dünyasının problemlərinə diqqət yetirmək, İslam ümməti ilə bağlı olan ən mühüm mövzulara bir qədər yüksəkdən və əhatəli şəkildə nəzər salmaq həcc ziyarətində olan zəvvarların başda duran vəzifələrindəndir.

Seçilmiş ünvanlar