
Xəbərlər


Ali Məqamlı Rəhbər ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə bu gün günortadan sonra baş tutan ramazan görüşündə Əmirəlmöminin Əlinin (ə) Malik Əştərə yazdığı, bir çox istiqamətverici məqamları ehtiva edən fərmanın ayrı-ayrı fraqmentlərini şərh etdi.

Ali Məqamlı Rəhbər tələbələr və tələbə təşkilatlarının nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə ilə bu gün (şənbə günü) günortadan sonra keçirdiyi açıq və səmimi görüşdə 4 saatdan artıq müddət ərzində gəncləri narahat edən məsələləri, onların tənqidi fikirlərini, arzu və təkliflərini dinlədi.

Ali Məqamlı Rəhbər İmam Əlinin (ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Müvəhhidlərin mövlası Həzrət Əli İbn Əbitalibin (ə) məzlumcasına şəhid olmasının ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə matəm mərasimi təşkil olundu.

Ali Məqamlı Rəhbər İmam Əliyə (ə) həsr olunmuş matəm mərasimində iştirak etdi
Müttəqilərin mövlası Həzrət Əmirəlmöminin Əlinin (ə) ölümcül qılınc zərbəsi ilə yaralanmasının ildönümü günündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrini təmsil edən insanların iştirakı ilə o əzmkar imama həsr olunmuş matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər ölkə universitetlərinin müəllimləri və elmi işçilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif universitetlərində dərs deyən minlərlə müəllim, habelə elmi şuraların üzvləri ilə bu gün (şənbə günü) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, əməksevər, mömin və mütərəqqi bir nəslin təlim-tərbiyəsində universitet müəllimlərinin rolu əvəzsizdir.

Ali Məqamlı Rəhbər şairlər, mədəniyyət və incəsənət xadimləri ilə görüşdü
Həzrət İmam Həsən Müctəbanın (ə) mövludu gecəsində mədəniyyət xadimlərindən, fars şeiri və ədəbiyyatının ustadlarından, ölkənin gənc və qocaman şairlərindən, o cümlədən Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan və Azərbaycan şairlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Ali Məqamlı Rəhbər “6-cı inkişaf proqramı”nın başlıca siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı cənab Həsən Ruhaniyə ünvanladığı məktubda “6-cı inkişaf proqramı”nın başlıca siyasətlərini elan etmişdir.

Ali Məqamlı Rəhbər Məhkəmə Hakimiyyətinin sədri və bu strukturda çalışan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri və bu strukturda çalışan rəsmilərlə bu gün (bazar günü) günortadan sonra baş tutan görüşündə Məhkəmə Hakimiyyətinin iki yüksək məqamlı şəhidinin: məzlum şəhid Ayətullah Beheşti və Şəhid Quddusinin xatirəsini ehtiramla yad edərək bildirdi ki, ədliyyə strukturunun müstəqilliyi və heç bir təsir altına düşməməsi olduqca əhəmiyyətlidir.

Ali Məqamlı Rəhbər 7 tir şəhidlərinin ailə üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra 7 tir şəhidlərinin ailə üzvləri və Tehran ostanında yaşayan, bir neçə övladı şəhid olmuş ailələrlə görüşdü.

Ali Məqamlı Rəhbər hökumət rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hakimiyyətin 3 qolunun başçıları və yüksək çinli hökumət rəsmiləri ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan ramazan görüşündə müqavimət iqtisadiyyatının reallaşdırılmasının müsbət nəticələrini, qarşıda duran çətinliklərini və bu çətinliklərin həlli yollarını açıqlamaqla yanaşı, nüvə müzakirələri ilə bağlı həlledici məqamlara toxundu.

Ali Məqamlı Rəhbər ehtiyaclı məhbusların azadlığa çıxması üçün pul ayırdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan 28-ci Qolrizan bayramı ilə əlaqədar olaraq, Allah-taalanın da bəyəndiyi bu xeyirxah əmələ qatılaraq, ehtiyaclı məhbusların azadlığa qovuşması üçün 1 milyard 500 milyon rial məbləğində maliyyə yardımı ayırmışdır.

Ali Məqamlı Rəhbər Quran məclisində iştirak etdi
Quranın nazil olduğu mübarək ramazan ayının ilk günündə – bu gün (cümə axşamı) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin ofisində 3 saatdan artıq davam edən Quran məclisi təşkil olundu.

Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Heydər Əl-Abadi və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə) günü günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, İraqda milli və siyasi birliyin qorunması üçün sayıqlıq olduqca vacibdir.

Ali Məqamlı Rəhbər “Camiətül-İmam Sadiq (ə)” Elmi Müəssisəsinin qəyyumlar şurasının üzvlərini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Camiətül-İmam Sadiq (ə)” Elmi Müəssisəsinin qəyyumlar şurasının üzvlərinin təyin olunması haqda sərəncam imzalamışdır.

Ali Məqamlı Rəhbər 270 şəhidin nəşinin qalıqlarının möhtəşəm dəfn mərasimindən sonra xalqa müraciət etdi
Tehran əhalisi Müqəddəs Müdafiədə şəhid olmuş 270 şəhidin nəşinin qalıqlarını tarixi bir ehtişam və səylə son mənzilə yola saldıqdan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqa rəsmi müraciət edərək təşəkkür və qədirdanlığını bildirdi.

Ali Məqamlı Rəhbər Gilan ostanının Xubriqan Məclisindəki nümayəndəsi Ayətullah Əminiyanın vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Gilan ostanının Xubriqan Məclisindəki nümayəndəsi və Astaneye-Əşrəfiyyə şəhristanının imam-cüməsi, dəyərli ruhani Ayətullah Əminiyanın vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər mücahid alim, mərhum Ayətullah Asəfinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid alim, mərhum Ayətullah Hacı Şeyx Mehdi Asəfinin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
