Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər ətraf mühit və təbii sərvətlərin qorunması sahəsi ilə əlaqəli qurumların rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər ətraf mühit və təbii sərvətlərin qorunması sahəsi ilə əlaqəli qurumların rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ətraf mühit və təbii sərvətlərin qorunması məsələləri ilə əlaqəli hökumət qurumlarının rəsmiləri və rəhbər işçiləri ilə bu gün (bazar günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, havanın çirklənməsi, qum tufanları, meşələrin, otlaqların və yaşıllıq zonalarının qırılması və s. bu kimi ekoloji problemlərin həlli üçün aidiyyətli qurumların ciddi və ardıcıl surətdə fəaliyyət proqramları hazırlanmasına, müvafiq tədbirlər görməsinə və nəzarətinə ehtiyac var.
Ali Məqamlı Rəhbər xeyriyyə aksiyasında iştirak etdi
Ali Məqamlı Rəhbər xeyriyyə aksiyasında iştirak etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Ehsan və Xeyriyyəçilik Günü ərəfəsində “İmdad, İmam Xomeyni (r.ə)!” Təşkilatının himayəsi altında olan insanlara və ehtiyaclı ailələrə yardım məqsədilə 500 milyon rial ianə ayırmışdır.
Ali Məqamlı Rəhbər “Şəhid pedaqoqlar”, “Şəhid tələbələr” və “Şəhid incəsənət xadimləri” konqreslərinin təşkilat komitələrinin üzləri ilə görüşdü
Ali Məqamlı Rəhbər “Şəhid pedaqoqlar”, “Şəhid tələbələr” və “Şəhid incəsənət xadimləri” konqreslərinin təşkilat komitələrinin üzləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin 28.11.1393-cü il tarixində “Şəhid pedaqoqlar”, “Şəhid tələbələr” və “Şəhid incəsənət xadimləri” konqreslərinin təşkilat komitələrinin üzləri ilə baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər Teleqüllənin toplantı salonunda keçirilən “Şəhid pedaqoqlar” konqresində oxundu.
Ali Məqamlı Rəhbər ölkədə qeyd olunan Mühəndislər Günü ilə əlaqədar təşkil edilmiş xüsusi komitənin üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər ölkədə qeyd olunan Mühəndislər Günü ilə əlaqədar təşkil edilmiş xüsusi komitənin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin ölkədə mühəndislərin peşə bayramının lazımi səviyyədə qeyd olunması məqsədi ilə təşkil olunmuş komitənin üzvləri ilə 6 bəhmən 1393-cü il (23 yanvar 2015) tarixində baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər həmin məqsədlə Tehran teleqülləsinin toplantı salonunda keçirilən konfransda oxundu.
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan ostanında əhali ilə görüşdü
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan ostanında əhali ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan ostanında əhalinin müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə builki 22 bəhmən yürüşlərində möhtəşəm iştirakına görə böyük İran xalqına təşəkkür və qədirdanlığını bildirdi.
Ali Məqamlı Rəhbər Ordunun Hərbi Hava Qüvvələrinin və Havadan Müdafiə Qərargahının yüksək rütbəli zabitləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun Hərbi Hava Qüvvələrinin və Havadan Müdafiə Qərargahının yüksək rütbəli zabitləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun Hərbi Hava Qüvvələrinin və Havadan Müdafiə Qərargahının yüksək rütbəli zabitləri və şəxsi heyəti ilə bu gün (bazar günü) səhər baş tutan görüşündə Amerikanın İrana qarşı 36 ildir davam edən və sonu bilinməyən düşmənçiliyinin başlıca səbəbini və hədəfini açıqladı.
Ali Məqamlı Rəhbər nano-texnologiyalar sahəsində əldə edilmiş nailiyyətləri əks etdirən sərgiyə baxış keçirdi
Ali Məqamlı Rəhbər nano-texnologiyalar sahəsində əldə edilmiş nailiyyətləri əks etdirən sərgiyə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunmuş, nano-texnologiyalar sahəsindəki nailiyyətləri əks etdirən sərgiyə saat yarım ərzində baxış keçirərək ölkənin gənc alim və tədqiqatçılarının bu sahədə gördüyü işlər və qazandığı uğurlarla yaxından tanış oldu.
Ali Məqamlı Rəhbər Avropada fəaliyyət göstərən İslami Tələbə Təşkilatları Assosiasiyasının 49-cu qurultayına müraciət etdi
Ali Məqamlı Rəhbər Avropada fəaliyyət göstərən İslami Tələbə Təşkilatları Assosiasiyasının 49-cu qurultayına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada fəaliyyət göstərən İslami Tələbə Təşkilatları Assosiasiyasının 49-cu qurultayına ünvanladığı müraciətdə aşağıdakıları vurğulayır: “Elmlərə yiyələnməklə yanaşı, düşünüb ortaya yeni ideyalar qoymağa, bu ikisi ilə yanaşı isə günahdan çəkinib iffətli olmağa çalışın.
Ali Məqamlı Rəhbər Fransada baş vermiş son olaylarla bağlı Avropa və Şimali Amerika gənclərinə müraciət etdi
Ali Məqamlı Rəhbər Fransada baş vermiş son olaylarla bağlı Avropa və Şimali Amerika gənclərinə müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fransada baş vermiş son olayların ardınca ölkə jurnallarından birində İslam Peyğəmbərinin (s) karikaturasının nəşr edilməsi, Qərb rəsmiləri və mediası tərəfindən islamafobiya və anti-islam tendensiyasının gücləndirilməsi ilə əlaqədar olaraq, Avropa və Şimali Amerika gənclərinə mühüm bir məktub ünvanladı.
Ali Məqamlı Rəhbər Asiya və Para-Asiya Oyunlarında iştirak edərək yüksək nəticələr göstərmiş idmançılarla görüşdü
Ali Məqamlı Rəhbər Asiya və Para-Asiya Oyunlarında iştirak edərək yüksək nəticələr göstərmiş idmançılarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İnçxon Asiya və Para-Asiya Oyunlarında iştirak etmiş və yüksək nəticələr göstərmiş idmançılarla bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə müxtəlif yarışlarda çempionluq əldə edən idmançıların xalqda milli qürur hissinin yaranmasında böyük rol oynadıqlarına toxundu.

Seçilmiş ünvanlar