
Xəbərlər


Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) müqəddəs məqbərəsini və “Beheşt-e Zəhra” şəhid məzarlığını ziyarət etdi
Mərhum İmam Xomeyninin (r.ə) öz müsəlman vətəninə möhtəşəm qayıdışının ildönümü və “Əyyamullah” – Fəcr dekadası ərəfəsində, bu gün (şənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmamın müqəddəs məqbərəsini ziyarət etdi.

Ali Məqamlı Rəhbər 24-cü Ümummilli Namaz Qurultayına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 24-cü Ümummilli Namaz Qurultayına ünvanladığı müraciətdə namazın cəmiyyətdə təbliği və yayılmasında hər kəsin məsuliyyət daşıdığını vurğulayıb.

Ali Məqamlı Rəhbər İranın su sərhədlərini pozmuş Amerika hərbçilərinin saxlanmasında iştirak etmiş inqilab keşikçiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin İran İslam Respublikasının su sərhədlərini pozmuş Amerika hərbçilərinə qarşı dərhal şücaətlə hərəkətə keçərək təcavüzkarları tutub saxlamış gənc hərbi qulluqçuları ilə yaxından görüşüb hal-əhval tutdu.

Ali Məqamlı Rəhbər Çin Xalq Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Çin Xalq Respublikasının prezidenti cənab Si Cinpin və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (şənbə günü) günortadan sonra baş tutan görüşündə İran və Çin xalqları arasında qədim tarixə malik ticari və mədəni əlaqələrin mövcud olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına etdiyi müraciətdə qeyd edir ki, düşmən cəbhəsinin müsəlman İranına qarşı tətbiq etdiyi məkrli planları neytrallaşdırmağın yeganə yolu bütün iranlı tələbə və gənclərin sarsılmaz əzmlə, ardıcıl şəkildə çalışmasıdır.

Ali Məqamlı Rəhbər seçki orqanlarının rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin 10-cu və Xubriqan Məclisinin 5-ci çağırışına seçkilərin təşkilinə və icrasına cavabdeh olan qurumların rəsmiləri ilə bu gün (çərşənbə günü) səhər baş turan görüşündə seçkilərdə sağlam rəqabəti təmin edən amillərdən və etik qaydalardan danışdı.

Ali Məqamlı Rəhbər prezidentin məktubunu cavablandırdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı cənab Həsən Ruhaninin nüvə danışıqlarının yekunu ilə əlaqədar ona ünvanladığı məktuba cavab vermişdir.

Ali Məqamlı Rəhbər “Fiqh və incəsənət” milli forumunun təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin “Fiqh və incəsənət” milli forumunun təşkilatçıları ilə 21 dey 1394-cü il tarixdə baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər Qum Teoloji Mərkəzinin Dini Təbliğat İdarəsinin “Qədir” konfrans mərkəzində oxundu.

Ali Məqamlı Rəhbər Höccətül-İslam Hacı Şeyx Əbdülcavad Qərəviyanın vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Hacı Şeyx Əbdülcavad Qərəviyanın vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər Qum əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə Qum sakini ilə bu gün (şənbə günü) səhər baş tutan görüşündə şəhər əhalisinin 1356-cı il 19 dey günü həyata keçirdiyi tarixi qiyamı yüksək qiymətləndirdiyini bildirdi.

Ali Məqamlı Rəhbər Əfqanıstanın icra rəisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əfqanıstanın icra rəisi cənab Abdulla Abdulla ilə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə qeyd etdi ki, Əfqanıstanda yaşayan qəbilə və etnosların vəhdəti bu ölkədəki problemlərin ən önəmli həlli yoludur.

Ali Məqamlı Rəhbər ölkənin müxtəlif bölgələrində fəaliyyətdə olan imam-cümələrlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən imam-cümələrlə bu gün (bazar ertəsi) səhər keçirdiyi görüşdə cümə namazının oldüqca yüksək mövqeyə malik olduğunu qeyd edərək onu “iman, bəsirət və əxlaq qərargahı” adlandırdı.

Ali Məqamlı Rəhbər məzlum ruhani alim Şeyx Nimrin qətlinə münasibət bildirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fiqh mövzusunda xüsusi mühazirə kursunun bu gün səhər baş tutan növbəti toplantısında Səudiyyə Ərəbistanı hökumətinin böyük bir cinayət işləyərək məzlum və mömin ruhani alim Şeyx Nimr Baqirün-Nimri şəhid etməsini kəskin şəkildə qınadı.

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Şücainin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əxlaq və irfan alimi Höccətül-İslam vəl-muslimin Şücainin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, ictimaiyyətin nümayəndələri və Müsəlman Vəhdəti Konfransında iştirak edən qonaqlarla görüşdü
Bu gün səhər – rəbiül-əvvəl ayının 17-si, İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək doğum günlərində hökumət rəsmiləri, Müsəlman Vəhdəti Konfransında iştirak edən qonaqlar, müsəlman ölkələrinin səfirləri və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Ali Məqamlı Rəhbər dini məzmunlu poeziyaya həsr olunan konfransın təşkilat komitəsinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Dini Məzmunlu Şeir Konfransının təşkilat komitəsinin üzvləri ilə 13 mehr 1394-cü ildə baş tutmuş görüşü zamanı səsləndirdiyi fikirlərin yazıya alınmış mətni bu gün (bazar ertəsi) günortadan sonra konfransın keçirildiyi Tehran “Eyvan-e şəms” salonunda oxundu.

Ali Məqamlı Rəhbər tələbələrin izdihamlı iştirakı ilə keçən Ərbəin mərasimində iştirak etdi
Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) və onun vəfalı silahdaşlarının şəhadətinin qırxıncı günü ölkənin dörd bir yanından gəlmiş tələbə kollektivləri İmam Xomeyni (r.ə) adına hüseyniyənin qonağı oldu.

Ali Məqamlı Rəhbər Macarıstan Respublikasının baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Macarıstan Respublikasının baş naziri cənab Viktor Orban ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə İran və Macarıstan arasında bir sıra sferalarda əməkdaşlıq üçün əlverişli zəmin olduğunu qeyd etdi.
