
Xəbərlər


Xubriqan Məclisinin beşinci mərhələsinin işə başlaması münasibətilə Ali Məqamlı Rəhbərin etdiyi çıxış
İslam İnqilabının Ali Məqamlı rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin beşinci mərhələsinin işə başlaması münasibətilə verdiyi bəyanatda xalqın etimad və seçimini qazandıqları üçün məclis üzvlərini təbrik etdi.

Ali Məqamlı Rəhbər Əfqanıstanın prezidenti ilə görüşdü
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşdə İran və Əfqanıstan xalqlarının çoxlu müştərək dini, mədəni və tarixi dəyərlərə, habelə ortaq sərhədlərə malik olduğunu dedi.

Ali Məqamlı Rəhbər Hindistanın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Hindistanın baş naziri cənab Narendra Damodardas Modi ilə görüşdü.

Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimində iştirak etdi
Bu gün (bazar ertəsi) səhər, üç xordad - qürurverici Beytül-müqəddəs əməliyyatı və Xürrəmşəhrin alınmasının ildönümündə Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimi keçirildi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri 33-cü Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 33-cü Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşdü.

Ali Məqamlı Rəhbər Tehranın elmi-dini mərkəzlərinin müəllim və tələbələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər Tehranın elmi-dini mərkəzlərinin rəhbər heyəti, müəllim və tələbələri ilə görüşdü.

Ali Məqamlı Rəhbər Polis Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşdü
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Polis Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşündə təhlükəsizlik məsələsinin birinci dərəcəli məsələ olduğunu qeyd etdi.

Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, səfirlər və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü
Bu gün (cümə axşamı) İslam dininin əzəmətli Peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilməsinin ildönümünə təsadüf edir. Günün birinci yarısı dövlət işçiləri, İslam dövlətlərinin səfirləri bir qrup şəhid ailəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Cənubi Koreya Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Cənubi Koreya Respublikasının prezidenti xanım Park Geun-hye ilə görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müəllim və təhsil işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər minlərlə müəllim və təhsil işçisi ilə görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Fələstin İslami Cihad Hərəkatının baş katibi Cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə görüşü zamanı regionun mövcud vəziyyətinin ümumi analizini verdi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ölkə zəhmətkeşləri ilə görüşdü
“İşçi və zəhmətkeşlər günü” ərəfəsində, bu gün səhər minlərlə işçi və zəhmətkeşlə görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cəmiyyətin işçi və zəhmətkeş sinfinin inqilab və sistem qarşısındakı vəfa və sədaqət nümayişini yüksək qiymətləndirdi.

Ali Məqamlı Rəhbər İnkişafın İran – İslam Modeli Mərkəzinin Ali Şurasının üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün günün birinci yarısı İnkişafın İran – İslam Modeli Mərkəzinin Ali Şurasının üzvləri ilə görüşü zamanı bildirdi ki, İslam inqilabının məqsədi “İslam mədəniyyətini reallaşdırmaq”dır.

Ali Məqamlı Rəhbər Cənubi Afrika Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra CAR-ın prezidenti Ceykob Zuma ilə görüşü zamanı iqtisadi-siyasi əməkdaşlıqların artırılmasının zəruriliyinə toxunaraq demişdir: “Müstəqil dövlətlər bir-birlərinə daha da yaxın olmalı, bəzi böyük güclərin təxribatçı fəaliyyətlərinə baxmayaraq, öz əməkdaşlıqlarını artırmalıdırlar.”

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İslami Şagird Təşkilatları Birliyinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə günü səhər bütün ölkənin İslami Şagird Təşkilatları Birliyinin minlərlə üzvü ilə görüşdə İslam Respublikası quruluşunun imperializm cəbhəsi ilə üz-üzə gəldiyi mühüm sahələrdən birinin gənclər mövzusu olduğunu söylədi.

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin İtaliyanın baş naziri ilə görüşü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə axşamı günü axşamüstü İtaliyanın baş naziri cənab Matteo Rentsi ilə görüş zamanı iki ölkə arasındakı əlaqələrin keçmişdə yaxşı səviyyədə olduğunu qeyd edərək, əməkdaşlığın genişlənməsindən razı qaldığını bildirdi.

Qazaxıstan Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) axşamüstü Qazaxıstan Respublikasının prezidenti cənab Nursultan Nazarbayevlə görüşdə müxtəlif siyasi, iqtisadi, beynəlxalq sahələrdə və terrorizmlə mübarizədə iki ölkə arasındakı həmkarlığı genişləndirməyin vacibliyinə toxundu.

Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə bayram görüşü
Ali Baş Komandan bu gün (bazar günü) Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə bayram görüşündə qeyd etdi ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin bir hərbi kollektiv kimi mahiyyətinin əsas göstəricisi onun döyüş bacarığına malik olmaqla yanaşı, həm də dini-mənəvi stimula köklənməsidir.
