Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Ordunun Dəniz Qüvvələrinin zabitləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun Dəniz Qüvvələrinin zabitləri ilə görüşdü
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei Ordunun Dəniz Qüvvələrinin rəsmiləri və zabit heyəti ilə bu gün (bazar günü) baş tuta görüşündə dənizin əhəmiyyətinə, Ordunun Dəniz Qüvvələrinin dəniz sularının üstünlüklərindən və yaratdığı fürsətlərdən bəhrələnməkdə əldə etdiyi böyük nailiyyətlərə toxundu.
Ali Məqamlı Rəhbər Boliviya Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Boliviya Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Boliviya Respublikasının prezidenti cənab Evo Murales ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə Boliviya və bəzi digər Latın Amerikası ölkələrinin imperializm cəbhəsinin hegemonluğuna qarşı qəhrəmancasına göstərdiyi cəlbedici müqaviməti yüksək dəyərləndirdi.
Ali Məqamlı Rəhbər Əlcəzairin baş naziri ilə görüşdü
Ali Məqamlı Rəhbər Əlcəzairin baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əlcəzairin baş naziri cənab Əbdülmalik Səllal və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan əvvəl baş tutan görüşündə İran İslam Respublikası və Əlcəzairin bir çox regional və beynəlxalq məsələlərdə yaxın siyasi görüşlərə malik olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər İraq Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər İraq Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraq Respublikasının prezidenti cənab Fuad Məsum və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə İran və İraq, həmçinin bu ölkələrin xalqları arasında dərin köklərə malik tarixi əlaqənin, eyni regionda yerləşən iki qonşu dövlətdən daha yüksək səviyyəli münasibətlərin mövcud olduğunu bildirdi.
Ali Məqamlı Rəhbər Nigeriya Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Nigeriya Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Nigeriya Respublikasının prezidenti Məhəmməd Buxari ilə bu gün (bazar ertəsi) günortadan qabaq keçirdiyi görüşdə qeyd etdi ki, müsəlman ölkələrinin İslam ümmətinin kimliyini, müsəlmanları müdafiə etmək üçün öz aralarında əməkdaşlığı artırması başlıca əhəmiyyətə malik bir zərurətdir.
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkmənistan Respublikasının prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov ilə bu gün (bazar günü) səhər keçirdiyi görüşdə İran və Türkmənistan arasındakı yaxın dostluq münasibətlərinə, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regionda qızışdırılan konfliktlərə qarşı mübarizə aparılması üçün imkanların çox olduğuna toxundu.
Ali Məqamlı Rəhbər rektorlarla görüşdü
Ali Məqamlı Rəhbər rektorlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədəki universitetlərin rektorları, ali təhsil müəssisələrinin, elm və texnologiya parklarının, elmi tədqiqat mərkəzlərinin direktorları ilə bu gün səhər keçirdiyi görüşdə İslam İnqilabından əvvəlki və sonrakı dövrlərdə ölkənin elmi inkişaf tarixi, elmi mirası və təcrübəsi, universitetlərin İranın müasir tarixində, xüsusilə də islami hərəkatda və inqilabdan sonrakı mərhələdə mövqe və rolu haqda ətraflı danışdı.
Ali Məqamlı Rəhbər minlərlə tələbə və şagirdlə görüşdü
Ali Məqamlı Rəhbər minlərlə tələbə və şagirdlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə və şagirdlə bu gün (çərşənbə axşamı) səhər baş tutan izdihamlı görüşündə bildirdi ki, İran xalqının imperializmə qarşı mübarizəsinin tarixi təcrübəyə əsaslanan müdrik və məntiqli bir mübarizə olduğunu bildirdi.
Ali Məqamlı Rəhbər Xarici İşlər Naziri və müxtəlif xarici ölkələrdə İranı təmsil edən diplomatik heyətlə görüşdü
Ali Məqamlı Rəhbər Xarici İşlər Naziri və müxtəlif xarici ölkələrdə İranı təmsil edən diplomatik heyətlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici İşlər Naziri, səfirlər və İranın müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərində çalışan insanlarla bu gün (bazar günü) səhər baş tutan görüşündə ölkənin xarici siyasətinin Konstitusiyada əksini tapan sabit, dəyişməz prinsip və strategiyaları, eləcə də bu prinsip və siyasətlərdən irəli gələn tələblər haqda danışdı.
Ali Məqamlı Rəhbər Şame-qəriban gecəsi təşkil olunan matəm mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər Şame-qəriban gecəsi təşkil olunan matəm mərasimində iştirak etdi
Şame-qəriban gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, rəsmilərdən bir qrupunun və ictimaiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun sadiq silahdaşlarına həsr olunan matəm mərasimi keçirildi.

Seçilmiş ünvanlar