
Xəbərlər


Ali Məqamlı Rəhbərin iştirakı ilə “Tasua” mərasimi keçirildi
Tasua gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei, xalqın müxtəlif təbəqələrindən olan minlərlə insan və bir qrup dövlət rəsmisinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Seyyidüşşühədaya (ə) həsr olunmuş matəm mərasimi keçirildi.

Həzrət Hüseynə (ə) həsr olunmuş ikinci matəm mərasimi keçirildi
Məhərrəm ayının səkkizinci gecəsi İamam Xomeyni (r.ə) adına hüseyniyyə xalqın müxtəlif təbəqələrindən olan minlərlə insana, bir qrup dövlət rəsmisinə və şəhidlər sərvəri Həzrət Seyyidüşşühədaya (ə) matəm tutanlara ev sahibliyi etdi.

Ali Məqamlı Rəhbərin iştirakı ilə Həzrət Hüseynin (ə) matəm mərasiminin ilk gecəsi keçirildi
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə bu gecə (çərşəbə axşamı) İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər sərvəri Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı silahdaşlarına matəm məclisi təşkil edildi.

Ali Məqamlı Rəhbər Polis qüvvələrinin komandirləri və məsul işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) Polis qüvvələri günü münasibətilə bu orqanın komandirləri və məsul işçiləri ilə görüşdü.

Ali Məqamlı Rəhbər Teoloji Mərkəzlərin Ali Şurasının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) səhər Dini Təhsil Ocaqlarının Ali Şurasının üzvləri ilə görüşdə dini təhsil ocağının İslam hökumətinin ayrılmaz bir hissəsi olduğunu bildirdi.

Ali Məqamlı Rəhbərin üç əyalətin Şəhidlər Konqresi heyətlərinin üzvləri ilə görüşü
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin 26 sentyabr 2016 tarixində Kəhgiluyə, Buyer Əhməd və Şimali Xorasan əyalətlərinin Şəhidlər Konqresinin heyət üzvləri ilə görüşü zamanı verdiyi bəyanat bu gün (bazar) səhər Yasuc şəhərinin İmam Xomeyni (r.ə) müsəllasında yayımlandı.

Ali Məqamlı Rəhbər hərbi akademiyaların müdavimlərinin buraxılış mərasimində iştirak etdi
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Şəhid Səttari adına Aviasiya Akademiyasında təşkil edilmiş İran İslam Respublikası Ordusunun hərbi akademiyalarının müdavimlərinin buraxılış, andiçmə və epoletlərin təqdimatı mərasimində iştirak etdi.

Ali Məqamlı Rəhbərin “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində verdiyi bəyanat
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Salam olsun ağamız Məhəmmədə, onun pak Əhli-beytinə, xüsusilə, Allahın yer üzündəki canişini olan Bəqiyyətullaha!
Əbu Həmzə Somalinin Həzrət Sadiqə (ə) istinadən nəql etdiyi və ötən günlər də bəzi hissələrini qeyd etdiyimiz hədsin davamında belə deyilir: “إن زُکِّیَ خَافَ ما یَقولون” (Əgər paklansa, haqqında deyilənlərə görə qorxar).

Ali Məqamlı Rəhbər xalqın müxtəlif təbəqələrdən olan minlərlə insanla görüşdü
İmamət, vilayət və böyük Allah bayramı olan mübarək Qədir-Xum bayramı münasibətilə bu gün (çərşənbə axşamı) səhər İmam Xomeyni (r.ə) hüseyniyyəsinə toplaşmış xalqın müxtəlif təbəqələrindən olan minlərlə insan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Keşikçilər Korpusunun komandirləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər İslam İnqilabının Keşikçilər Korpusunun Ümumrespublika Konfransının iştirakçıları ilə görüşü zamanı qeyd etdi ki, Sepah İnqilabın möhkəm səngəri, daxili və xarici təhlükəsizliyin müdafiəçisi, ölkənin inkişafı və ideyalara doğru hərəkət istiqamətində ehtiyac duyulan ən üstün kimlikdir.

Ali Məqamlı Rəhbər İranın statistika idarələrinin məsul şəxsləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günün birinci yarısı Əhali və Mənzillərin Ümumi Siyahıyaalınması Komitəsinin məsul şəxsləri, Dövlət Statistika Ali Şurasının üzvləri və İran Statistika Mərkəzinin rəhbər işçiləri ilə görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Mina şəhidlərinin ailələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Mina və Məscidül-həram şəhidlərinin ailələri ilə görüşdü. Ali Səudun bu hadisə zamanı səhlənkarlığı və səriştəsizliyi bir daha sübuta yetirdi ki, bu lənətlənmiş xəbis şəcərənin iki şərafətli hərəmi idarə etməyə ləyaqəti çatmır.

Yeni tədris ilində Ali Məqamlı Rəhbər “Fiqhin xaric dərsi” fənnindən mühazirəsi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər (çərşənbə gün) elmi mərkəzlərin yeni tədris ilində “Fiqhin xaric dərsi” fənnindən ilk mühazirəsi zamanı qeyd etdi ki, düşmən xalqın və gənclərin düşüncə və qəlblərini dinin əsl mahiyyətindən uzaqlaşdırmaq üçün böyük planlar işləyib hazırlayıb.

Ali Məqamlı Rəhbərin dünya müsəlmanlarına mühüm müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həcc mərasimi ərəfəsində dünya müsəlmanları və Allah evinin ziyarətçilərinə ünvanaldığı mühüm müraciətdə İbrahimi Həccin İslam ümmətinin beynəlxalq hegemonlar qarşısındakı izzət və əzəmətinin göstəricisi olduğunu qeyd etdi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ümumi ailə siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri konstitusiyanın 110-cu maddəsinin birinci bəndini rəhbər tutaraq dövlətin mənafeini müəyyən edən kollegiya ilə məsləhətləşdikdən sonra təsdiq edilmiş ümumi ailə siyasətlərini elan etdi

Ali Məqamlı Rəhbər Müdafiə Nazirliyinin mütəxəssisləri və məsul şəxsləri ilə görüşdü
İmam Xomeyni (r.ə) Hüseyniyyəsi bu gün (çərşənbə günü) Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin müdafiə sənayesinin nailiyyətləri sərgisinə ev sahibliyi etdi.

Ali Məqamlı Rəhbər Xatəmul-ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandanları ilə görüşdü
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta İran İslam Respublikası ordusunun Xatəmul-ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandanları və şəxsi heyəti ilə görüşdü.

Ali Məqamlı Rəhbər şəhid müharibə veteranı Hacı Rəcəb Məhəmmədzadənin ailəsi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan qabaq onun görüşünə gəlmiş şəhid Hacı Rəcəb Məhəmmədzadənin ailəsinə lütf və ehtiram göstərdi.
