Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Rəhbəri Qəzvin, Zəncan və Semnan əyalətlərinin əhalisi ilə görüşdü
İslam İnqilabının Rəhbəri Qəzvin, Zəncan və Semnan əyalətlərinin əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Qəzvin, Zəncan və Semnan əyalətlərinin əhalisi ilə görüşündə etdiyi mühüm çıxışı zamanı bildirdi ki, Cümə gününün seçkiləri bir milli bayram, böyük xalq qəhrəmanlığı, İslam demokratiyasının dünya ictimaiyyəti qarşısında yeni və cəlbedici konsepsiyasının bir cilvəsidir.
Ali Məqamlı Rəhbərin Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə Novruz görüşü oldu
Ali Məqamlı Rəhbərin Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə Novruz görüşü oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə keçirdiyi Novruz görüşündə qeyd etdi ki, düşmənin planı xalqın, dövlət rəsmilərinin və Silahlı Qüvvələrin ruhiyyəsini zəiflətmək, “olmaz və bacarmarıq” ruhiyyəsi təlqin etməkdir.
Xalqın və rəhbərliyin məsullardan tələbi istehsal və məşğulluqdur
Xalqın və rəhbərliyin məsullardan tələbi istehsal və məşğulluqdur
1396-cı hicri şəmsi ilinin başlanğıcı münasibətilə müraciət ünvanlayan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bütün həmvətənləri, iranlıları, xüsusilə şəhid və fədakarların möhtərəm ailələrini Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu və Novruz bayramı münasibətilə təbrik etdi. İran xalqı və dünya müsəlmanlarına bərəkətli, əmin-aman və rifah dolu bir il arzulayan Rəhbər yeni ili “Müqavimət iqtisadiyyatı: istehsal-məşğulluq ili adlandırdı”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Azərbaycan Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Azərbaycan Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşü zamanı qeyd etdi ki, ortaq məzhəb İran İslam Respublikasının Azərbaycan xalqı və bu ölkənin dövlət rəsmilərinə qarşı yaxınlıq və doğmalıq hissi keçirməsinə səbəb olan ən mühüm amildir.

Seçilmiş ünvanlar