
Xəbərlər


İnqilabın Rəhbəri təsdiqetmə mərasimində hökumətin üç əsas strategiyasını bəyan etdi
Bu gün (cümə axşamı) səhər dövlət məmurları, mülki və hərbi şəxsiyyətlər, xarici ölkələrin səfirlərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə prezidentlik səlahiyyətlərinin təsdiqi mərasimi keçirildi və İslam İnqilabının Ali Məqamlı Rəhbəri xalqın səsini təsdiqləyərək Höccətül-İslam vəl-müslimin doktor Həsən Ruhanini İran İslam Rspublikasının prezidenti vəzifəsinə təyin etdi.

Ali Məqamlı Rəhbər Həcc ziyarətinin təşkilatçıları və məsul şəxsləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər builki Həcc ziyarətinin təşkilaçıları və cavadeh şəxsləri ilə görüşü zamanı bildirdi ki, Həcc İslam ümmətinin mövqe və münasibətlərini ifadə etməsi üçün ən yaxşı mövqeyə, misilsiz mənəvi və ictimai potensiala malikdir.

İnqilabın Ali Rəhbərinin iştirakı ilə İmam Rzanın (ə) qəbrinin tozalma mərasimi təşkil edildi
Ziqədə ayı və möhtərəm ongünlük ərəfəsində, bu gün (çərşənbə axşamı) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə, mənəviyyat dolu bir abu-hava içərisində Allahın səkkizinci höccəti Həzrət İmam Rzanın (ə) qəbri-şərifinin tozalma mərasimi keçirildi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Məhkəmə hakimiyyətinin sədri və rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Məhkəmə hakimiyyətinin sədri, məsul işçiləri, ölkənin bütün məhkəmələrinin sədrləri ilə görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri mübarək Fitr bayramının namazını qıldı
Mübarək Fitr bayramı günü İran İslam Respublikasının mömin və dindar əhalisi bir aylıq orucluğun və Allah-taalaya bəndəçiliyin şükrünü yerinə yetirmək üçün ölkənin hər yerində çox böyük təntənə ilə bayram namazı təşkil edib kərim olan Allahdan ən yaxşı diləkləri dilədilər.

Ali Məqamlı Rəhbərin dövlət məmurları, İslam ölkələrinin səfirləri və xalqla görüşü oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan qabaq dövlət məmurları, xalqın müxtəlif təbəqələrdən olan nümayəndələri və İslam ölkələrinin səfirləri ilə bayram görüşündə qeyd etdi ki, İslam dünyasının ən böyük problemi və ona vurulmuş ən böyük yara ixtilaf və təfriqədir.

Ali Məqamlı Rəhbər Beynəlxalq Qüds Günü ərəfəsində universitet müəllimləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra yüzlərlə professor, universitet müəllimi, elmi heyətlərin üzvləri, akademik tədqiqatçılar və görkəmli elm xadimləri ilə görüşdü.

İslam İnqilabının Ali Rəhbəri İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Heydər Əli-İbadi və onunla birlikdə gəlmiş nümayəndə heyəti ilə görüşü zamanı İŞİD-lə mübarizədə İraqın bütün siyasi və dini cərəyanları arasında yaradılmış vəhdət və birliyi yüksək qiymətləndirdi.

Ali Məqamlı Rəhbər Hərəm və sərhəd şəhidlərinin bir qrupunun ailələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) Hərəmin və sərhədlərin müdafiəsi uğrunda şəhid olanların bir qrupunun ailəsi ilə görüşdü.

İmam Əliyə (ə) həsr edilmiş matəm mərasimi keçirildi
Səmimi inanclıların imamı Həzrət Əli ibn Əbutalibin (ə) şəhadətinin ildönümü günlərinə təsadüf edən Mübarək Ramazan ayının iyirminci günü İslam İnqilabının Ali Məqamlı Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrdən olan nümayəndələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o həzrətə matəm mərasimi keçirildi.

Təqvalıların rəhbəri İmam Əliyə (ə) matəm mərasimi keçirildi
Təqvalıların rəhbəri Həzrət Əmirül-möminin İmam Əlinin (ə) zərbətlənməsinin ildönümü günü İslam İnqilabının Ali Məqamlı Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o əzəmətli imama həsr edilmiş matəm mərasimi keçirildi.

İslam İnqilabının Ali Rəhbəri ölkənin məsul şəxsləri və dövlət işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra hökumət rəhbərləri, ölkənin məsul şəxsləri, dövlət işçiləri və idarə heyətinin bir qrup nümayəndəsi ilə görüşdü.

İnqilabın Rəhbəri İmam Həsənin (ə) mövluduna həsr edilmiş gecədə bir qrup şairlə görüşdü
Əhli-beytin (ə) kərəm və səxavət sahibi olan nümayəndəsi Həzrət İmam Həsəni-Müctəbanın (ə) mövlud axşamı mədəniyyət işçiləri, Fars ədəbiyyatı və poeziyasının ustad sənətkarları, ölkənin gənc və veteran şairlərindən bir qrupu, habelə Hindistan, Əfqanıstan və Türkiyədən gəlmiş şairlər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Ali Məqamlı Rəhbərin Tehranda baş vermiş terror hadisəsi ilə bağlı başsağlığı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan ayının on ikisi Tehranda oruclu olan bir qrup insanın şəhid olması və yaralanması ilə nəticələnən terror hadisəsi ilə bağlı başsağlığı müraciəti ünvanladı.

Tələbələrlə görüşdə Ali Məqamlı Rəhbərin Tehranda baş vermiş terror hadisələrinə reaksiyası
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra tələbələrlə üç saatlıq görüşü zamanı onların elmi və akademik məsələlər, habelə ölkənin siyasi, mədəni və iqtisadi sahələri ilə bağlı münasibətlərini və fikirlərini dinlədikdən sonra tələbələri İslam dövlətinin hegemoniya ilə davamlı mübarizəsində ön sıralarda olmağa çağırdı.

Rəhbər İmam Xomeyni (r.ə) ziyarətgahına toplaşmış xalq izdihamı qarşısında çıxış etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra xalqın həmişəyaşar və ulu öndəri dahi Xomeyninin (r.ə) vəfatının iyirmi səkkizinci ildönüm mərasiminə toplaşmış böyük xalq izdihamı qarşısında çıxış edərkən dedi: “İnqilabçı ruhiyyəsi, təfəkkürü və davranışından bəhrələnmə dahi İmamın (r.ə) verdiyi böyük dərsdir.

İslam İnqilabının Rəhbəri “Qurani-Kərimlə ünsiyyət” adlı nurlu məclisdə iştirak etdi
Quranın baharı olan Mübarək Ramazan ayının birinci günü İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə “Qurani-Kərimlə ünsiyyət” adlı üç saatlıq nurani bir məclis keçirildi.

İslam İnqilabının Rəhbəri Müqəddəs Müdafiə döyüşçüləri və insəsənət xadimləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra Müqəddəs Müdafiə dövrünün komandirləri, döyüşçüləri, incəsənət xadimləri və xatirə gecələri proqramlarının təşkilatçılarından bir qrupu ilə görüşdü.
