İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər “Fiqhin xaric dərsi”ndə oxuduğu mühazirənin əvvəlində Myanmada baş vermiş faciələrə toxunaraq beynəlxalq təşkilatları və insan hüquqları çarçılarını bu faciələr qarşısında sükut etdikləri və passivlik göstərdikləri üçün kəskin tənqid etdi.
Bu gün (bazar günü) Xatəmül-Ənbiya (s) adına Hava Hücmundan Müdafiə Qərargahının rəsmiləri və komandanları ilə görüşü zamanı bu qərargahın dövlətin mövcudluğu və şərəfinin müdafiəsinin ön xətti olduğunu deyən Ali Baş Komandan Həzrət Ayətullah Xamenei müxtəlif sahələrin, o cümlədən silahlı qüvvələrin inkişafında işçi qüvvələrinin misilsiz rolundan danışaraq dedi: “Dayanmadan səy və fəaliyyət göstərib çoxsaylı işçi qüvvəsinin istedad və bacarıqlarını çiçəkləndirin, ondan ölkənin ehtiyacları və çatışmazlıqlarının aradan qaldırılmasında istifadə edin”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məkkədə həcc ziyarətində olan zəvvarlara ünvanladığı müraciətdə imperializm sisteminin müsəlmanlar arasına konflikt salmaq məqsədi ilə yürütdüyü siyasətlərə toxunaraq qeyd edir ki, müsəlman ölkələrinin başçılarının, habelə İslam dünyasının bütün aydınlarının vəzifəsi vəhdət yaratmaq, xalqları məlumatlandırmaq, müsəlman ölkələrində baş verən faciələri dərhal dayandırmaqdır.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin bu gün (bazar ertəsi) səhər - elmi-teoloji mədrəsələrdə təhsil ilinin başlanması ərəfəsində Tehran əyalətinin Elmi-Teoloji Mərkəzinin bir qrup tələbə və alimlə üç saatlıq görüşü oldu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər dövlət həftəsi münasibətilə dövlət başçısı və on ikinci hökumətin təmsilçiləri ilə görüşdü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Yəzd və Həmədan əyalətlərinin mədəniyyət işləri üzrə bir qrup məsul şəxsi və fəalları ilə görüşdü.
Bu gün (cümə axşamı) səhər dövlət məmurları, mülki və hərbi şəxsiyyətlər, xarici ölkələrin səfirlərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə prezidentlik səlahiyyətlərinin təsdiqi mərasimi keçirildi və İslam İnqilabının Ali Məqamlı Rəhbəri xalqın səsini təsdiqləyərək Höccətül-İslam vəl-müslimin doktor Həsən Ruhanini İran İslam Rspublikasının prezidenti vəzifəsinə təyin etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər builki Həcc ziyarətinin təşkilaçıları və cavadeh şəxsləri ilə görüşü zamanı bildirdi ki, Həcc İslam ümmətinin mövqe və münasibətlərini ifadə etməsi üçün ən yaxşı mövqeyə, misilsiz mənəvi və ictimai potensiala malikdir.
Ziqədə ayı və möhtərəm ongünlük ərəfəsində, bu gün (çərşənbə axşamı) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə, mənəviyyat dolu bir abu-hava içərisində Allahın səkkizinci höccəti Həzrət İmam Rzanın (ə) qəbri-şərifinin tozalma mərasimi keçirildi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Məhkəmə hakimiyyətinin sədri, məsul işçiləri, ölkənin bütün məhkəmələrinin sədrləri ilə görüşdü.
Mübarək Fitr bayramı günü İran İslam Respublikasının mömin və dindar əhalisi bir aylıq orucluğun və Allah-taalaya bəndəçiliyin şükrünü yerinə yetirmək üçün ölkənin hər yerində çox böyük təntənə ilə bayram namazı təşkil edib kərim olan Allahdan ən yaxşı diləkləri dilədilər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan qabaq dövlət məmurları, xalqın müxtəlif təbəqələrdən olan nümayəndələri və İslam ölkələrinin səfirləri ilə bayram görüşündə qeyd etdi ki, İslam dünyasının ən böyük problemi və ona vurulmuş ən böyük yara ixtilaf və təfriqədir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra yüzlərlə professor, universitet müəllimi, elmi heyətlərin üzvləri, akademik tədqiqatçılar və görkəmli elm xadimləri ilə görüşdü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Heydər Əli-İbadi və onunla birlikdə gəlmiş nümayəndə heyəti ilə görüşü zamanı İŞİD-lə mübarizədə İraqın bütün siyasi və dini cərəyanları arasında yaradılmış vəhdət və birliyi yüksək qiymətləndirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) Hərəmin və sərhədlərin müdafiəsi uğrunda şəhid olanların bir qrupunun ailəsi ilə görüşdü.
Səmimi inanclıların imamı Həzrət Əli ibn Əbutalibin (ə) şəhadətinin ildönümü günlərinə təsadüf edən Mübarək Ramazan ayının iyirminci günü İslam İnqilabının Ali Məqamlı Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrdən olan nümayəndələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o həzrətə matəm mərasimi keçirildi.
Təqvalıların rəhbəri Həzrət Əmirül-möminin İmam Əlinin (ə) zərbətlənməsinin ildönümü günü İslam İnqilabının Ali Məqamlı Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o əzəmətli imama həsr edilmiş matəm mərasimi keçirildi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra hökumət rəhbərləri, ölkənin məsul şəxsləri, dövlət işçiləri və idarə heyətinin bir qrup nümayəndəsi ilə görüşdü.
Əhli-beytin (ə) kərəm və səxavət sahibi olan nümayəndəsi Həzrət İmam Həsəni-Müctəbanın (ə) mövlud axşamı mədəniyyət işçiləri, Fars ədəbiyyatı və poeziyasının ustad sənətkarları, ölkənin gənc və veteran şairlərindən bir qrupu, habelə Hindistan, Əfqanıstan və Türkiyədən gəlmiş şairlər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan ayının on ikisi Tehranda oruclu olan bir qrup insanın şəhid olması və yaralanması ilə nəticələnən terror hadisəsi ilə bağlı başsağlığı müraciəti ünvanladı.