Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Azərbaycan Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Azərbaycan Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşü zamanı qeyd etdi ki, ortaq məzhəb İran İslam Respublikasının Azərbaycan xalqı və bu ölkənin dövlət rəsmilərinə qarşı yaxınlıq və doğmalıq hissi keçirməsinə səbəb olan ən mühüm amildir.
Ali Məqamlı Rəhbər “Fələstin İntifadasına dəstək” adlı VI Beynəlxalq Konfransda iştirak etdi
Ali Məqamlı Rəhbər “Fələstin İntifadasına dəstək” adlı VI Beynəlxalq Konfransda iştirak etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər fələstinli qrupların rəhbərləri, İslam ölkələrinin parlament sədrləri və parlamentariləri, İslam dünyasının yüzlərlə alim, mütəfəkkir, azadlıq tərəfdarı olan görkəmli şəxsiyyətlərinin iştirak etdiyi “Fələstin İntifadasına Dəstək” adlı VI Beynəlxalq Konfransda etdiyi çıxışı zamanı bildirdi ki, regiondakı xaosların, və daxili müharibələrin məqsədi “Qüdsün azadlığı” adlı müqəddəs amalın dəstəklənməsini zəfilətməkdir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İsveçin baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İsveçin baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) günortadan sonra İsveçin baş naziri cənab Stefan Lofvenlə görüşü zamanı qeyd etdi ki, hər iki ölkə əməkdaşlıqları artırmaq üçün böyük potensiallara malikdir: “İki ölkənin bütün sahələr üzrə əlaqələrinin artırılmasını alqışlayırıq. Ümidvarıq ki, müzakirələr və əldə edilmiş razılaşmalar praktiki olaraq da həyata keçəcək”.
İslam İnqilabının Rəhbəri Hava Hücumundan Müdafiə Qərargahının komandirləri ilə görüşdü
İslam İnqilabının Rəhbəri Hava Hücumundan Müdafiə Qərargahının komandirləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qərargahının komandirləri və şəxsi heyəti ilə görüşü zamanı əziz İran xalqının imanlı, qüdrtəli, məntiqli, özünə inam və etimad hissi ilə dolu olan hərəkətini davam etdirdiyini vurğuladı: “Əgər Allaha ümid və təvəkkül rasionallıqla müşayiət olunsa, Allahın yardımına səbəb olar.
Ali Məqamlı Rəhbərin mömin və cəsur yanğınsöndürənlərlə bağlı müraciəti
Ali Məqamlı Rəhbərin mömin və cəsur yanğınsöndürənlərlə bağlı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ünvanladığı bir müraciətdə mömin və ixlaslı yanğınsöndürənlərin Plasko qəzasındakı əzəmətli və məzlumcasına fədakarlığını böyük hörmətlə andı və bu ağrılı-acılı on gündə var gücləri ilə böyük bir işi başa çatdırmış bütün qurumlara və insanlara təşəkkür etdi.
Ali Məqamlı Rəhbərin nümayəndəsi Plasko qəzasında yaralananları ziyarət etdi
Ali Məqamlı Rəhbərin nümayəndəsi Plasko qəzasında yaralananları ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Təqəvi bu gün (cümə) səhər Plasko qəzasında yaralanmış yanğınsöndürənlərin yerləşdirildiyi iki xəstəxanada olub. Yaralıları ziyarət edən Təqəvi müalicə prosesi ilə yaxından maraqlanıb və İslam İnqilabı Rəhbərinin bu fədakar və məsul qüvvələri salamladığını, habelə sağalmaları ilə bağlı dua etdiyini deyib.
Rəhbərin Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqına müraciəti
Rəhbərin Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqına müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının əlli birinci assambleyasına müraciətində gənclik və tələbəliyin təkanverici bir qüvvə kimi insana öz yüksək ideyalarına nail olmaqda yardım göstərdiyini vurğulayıb: “Siz əzizlərin öz çevrənizə təsir göstərəcəyinə, danışıq və əməllərinizlə Allah yolunun yolçularının sayını artıracağına ümid bəsləyirik”.
İslam İnqilabının Rəhbəri Qum şəhərindən olan minlərlə insanla görüşdü
İslam İnqilabının Rəhbəri Qum şəhərindən olan minlərlə insanla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Qum şəhərindən olan minlərlə insanla görüşü zamanı iman və dini maarif, elmi güc, stabil və dayanıqlı iqtisadiyyat və milli izzətin qorunmasının İran xalqı və ölkənin güc və qüdrətinin dörd komponenti olduğunu dedi və bu güc komponentlərini qorumaq üçün ölkənin yüksək idarə heyəti və məsul şəxslərinin, akademik təhsillilər, dini təhsillilər, ziyalılar, siyasi və mədəni fəalların mühüm vəzifə daşıdıqlarını vurğuladı: “Qum əhalisinin 19 Dey qiyamının (1356-cı ilin 19 Dey - 1977-ci ilin yanvar ayının 9-da Qum şəhərində keçirilən dinc etiraz aksiyası) ən mühüm dərsi düşməni, düşmənçilik metodunu, səmtini və tərəfini tanımaq, düşmən qarşısında zamanında və diqqətli addım atmaqdır”.

Seçilmiş ünvanlar